02-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“GÜNAY BANK”DA ÇÖKMƏ PROSESİ BAŞLAYIB! – Müştərilər bankdakı pullarını geri götürüblər

25 Yanvar 2019, 13:00
Gündəm
A A
“GÜNAY BANK”DA ÇÖKMƏ PROSESİ BAŞLAYIB! – Müştərilər bankdakı pullarını geri götürüblər

Bank 100 milyon manatlıq oğurluğun qurbanına çevrilir?

Ötən ilin yayında hesablarından 100 milyon manata yaxın vəsaitin oğurlandığı bildirilən “Günay Bank”ın vəziyyətinin həddindən artıq ağırlaşdığı məlum olub. “AzPolitika.info” xəbər verir ki, Mahmud Məmmədovun bankının 2018-ci ilin nəticələrini əks etdirən hesabatından depozit portfelinin kəskin şəkildə azaldığı görünür.

Xarici valyutadakı depozitlər 2 dəfə, mənfəət isə 3 dəfə azalıb

Bankın maliyyə göstəricilərindən belə məlum olur ki, 2017-ci illə müqayisədə “Günay Bank” böyük sayda şirkət və fiziki şəxs olan müştərilərini itirib. Belə ki, bankın depozit portfelində 2017-ci illə müqayisədə 10 milyonlarla manatlıq azalma var. “Marja”nın məlumatında deyildiyi kimi, “Günay Bank”da 2017-ci ilin sonu ilə müqayisədə 2018-ci ildə cəmi depozitlər 15 milyon 600 min manat və ya 18,1% azalaraq 70 milyon 461 min manata düşüb. Hansı ki, 2017-ci ilin sonunda bu bankda depozitlər 86 milyon 61 min manat təşkil etmişdi.

Xüsusi qeyd edilməlidir ki, illik müqayisədə xarici valyutadakı cəmi depozitlər 2 dəfəyə yaxın – 50 milyon 481 min manatdan 27 milyon 283 min manatadək azalıb. Deməli, ötən il ərzində xarici valyutadakı depozitlərdə 23 milyon 198 min manatlıq azalma qeydə alınıb.

 

 

İlin maliyyə nəticələrindən görünür ki, həm şirkətlər, həm də fiziki şəxs olan sahibkarlar pullarını “Günay Bank”dan geri götürüblər. Belə ki, 2017-ci illə müqayisədə fiziki şəxslərin tələbli depozitləri 3 dəfəyədək azalaraq, 9 milyon 16 min manatdan 3 milyon 17 min manata düşüb. Hüquqi şəxslərin, yəni şirkətlərin depozitləri isə daha iri məbləğdə azalıb. Onların tələbli depozitləri 49 milyon 424 min manatdan 17 milyon 638 min manata düşüb ki, bu da 60 faizdən artıq – 31 milyon 786 min manatlıq azalma deməkdir və bir bank üçün olduqca acınacaqlı haldır.

O cümlədən, hüquqi şəxlərin xarici valyutadakı tələbli depozitləri 24 milyon 330 min manatdan 3 milyon 972 min manata, fiziki şəxlərin xarici valyutadakı tələbli depozitləri isə 5 milyon 354 min manatdan 1 milyon 421 min manatadək azalıb.

Bank 2017-ci ildə 4 milyon 100 min manat xalis mənfəət əldə etdiyi halda, 2018-ci ilin yekunlarına görə, bu göstərici cəmi 1 milyon 289 min manat olub. Bu o deməkdir ki, “Günay Bank”ın xalis mənfəəti 3.2 dəfə azalıb. Bunun əsas səbəbi isə bankın xərclərinin və ehtiyata ayırmalarının artmasıdır.

 

 

Əslində, bank ötən il 7 milyon 304 min manat əməliyyat mənfəəti əldə edib, lakin bu məbləğin 5 milyon 498 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına yönəldib. Yənu, bankın aktivləri üzrə riskləri xeyli artıb.

Maraqlıdır ki, bütün bunlarla yanaşı, “Günay Bank”da əhalinin əmanətləri 1,8 dəfə və ya 22 milyon 187 min manat artaraq 27 milyon 621 min manatdan 49 milyon 799 min manata çatıb.

100 milyon manatlıq oğurluğun sədası…

7338

“Günay Bank”dan şirkətlərin və sahibkarların pullarını geri götürmələri müxtəlif səbəblərdən irəli gələ bilər. Ancaq bankın olduqca zəifləmiş göstəricilərinə fikir verəndə, ötən ilin yayında baş vermiş hadisələri xatırlamamaq olmur. Həmin vaxt mətbuatda “Günay Bank”ın İdarə Heyətinin sədr müavini Emin Zeynalovun banka aid 100 milyon manata yaxın pulu ofşor hesablarına köçürdüyü xəbəri yayılmışdı. O zaman Virtualaz.org-un verdiyi məlumata görə, “Günay Bank” pulları ofşor hesablarına Baltikyanı ölkələrin Vaşinqtonun sanksiyaları altında olan bankları vasitəsilə çıxarıb. Bu məsələdə “Günay Bank”ın müdafiəsinə atılmış Maliyyə Bazarlarına Nəzarət üzrə Palatanın rəhbərlərinin də adı hallanırdı.

Bu işdə Emin Zeynalovla yanaşı, onun təcrübəli bank işçisi olan atası Zakir Zeynalovun və hətta “GünayBank”ın sahibi Mahmud Məmmədovun da əli olduğu iddia edilirdi: “Bank dairələrində qeyd edirlər ki, təcrübəsiz Emin təkbaşına bu böyüklükdə bank fırıldağını həyata keçirə və məşhur məmurlara məxsus olan onlarla milyon dolları xaricdəki hesablara yollaya bilməzdi. Bütün mənbələr ona işarə edir ki, bu bank fırıldağında cinayətkar qruplaşma fəaliyyət göstərib və həmin qruplaşmaya “GünayBank”ın rəhbərliyi də cəlb olunub…”

 

 

Məsələ ilə bağlı bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov isə mətbuata açıqlamasında Müşahidə Şurasının sədri və bankın faktiki sahibi olan Mahmud Məmmədovun “GünayBank”dan 100 milyon manatın mənimsənilmədiyini söyləməsinə diqqət çəkib: “Maliyyə Bazarlarına Nəzarət Palatası da belə bir halın olmadığını açıqladı. Axı mətbuatda bankın rəsmi balansındakı 100 milyon manatın mənimsənilməsindən söhbət getmir! Banka kimlərinsə etibar etdiyi qeyri-rəsmi əmanətlərdən söhbət gedir!

Yəni kimlərsə ”Günay Bank”a pul yerləşdirir və həmin pullar heç yerdə qeydə alınmır. Bankdan çıxarılan da həmin pullardır. Məncə, söhbət bundan gedir. Yəni formal şəkildə 100 milyon manatın mənimsənilməsi yoxdur, faktiki isə var…”

Əlbəttə ki, bütün bunlar bankın reputasiyasına təsirsiz ötüşə bilməzdi. Xatırladaq ki, həmin vaxt Mahmud Məmmədov özü mətbuata açıqlama verərək, heç bir oğurluq hadisəsinin və ciddi problemin olmadığını bildirmişdi. Lakin görünür, bankın müştəriləri onun bu açıqlamalarına inanmayıblar. Yəqin elə buna görə də şirkət və sahibkarların vəsaitlərini geri çəkməsi, bunun da nəticəsi olaraq, bankın depozitlərində bu cür kəskin azalma qaçılmaz olub…

Cəlal
AzPolitika.info

Əvvəlki yazı

ALIŞANOV DA ELDAR MAHMUDOVA AYLIQ HAQQ VERİRMİŞ – “Kürəkəni Fətulla Gülənlə görüşəndən sonra…”

Sonrakı yazı

Prezidentin səfəri öncəsi Mehman Hüseyinov məsələsini məqsədli şəkildə böyütdülər

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.