Müğənni Gülay Zeynallı həyat yoldaşı Kamil Zeynallının həbsinə reaksiya verib.
Reportyor.info xəbər verir ki, o, sosial şəbəkə hesabında bu haqda paylaşım edərək dua edib: “Allah qəlbləri görub, onu mükafatlandıran Allahdır.
Sənin, o insanın nə çəkdiyini bilmədiyin halda, o insanın hansı yükü daşıdığını, yorulub yıxılıb-durduğunda, ona yolun sonuna kimi dözum verən Allahdır. Allah dualarımızı qəbul etsin”.
Qeyd edək ki, Kamil Zeynallı karantin qaydalarını pozduğu üçün Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutkalıq həbs olunub.