28-06-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Göylə gedən “Səma cahangiri”nin “qəza enişi”: Cahangir Əsgərov erası sona çatır

04 Dekabr 2018, 11:23
Cəmiyyət
A A
Göylə gedən “Səma cahangiri”nin “qəza enişi”: Cahangir Əsgərov erası sona çatır

Ötən günlərin xəbərləri içərisində çoxlarının diqqətini cəlb etməyən, ilk baxışdan sıradan bir informasiya təsiri bağışlayan məlumat ölkədəki banklardan birinin adını dəyişdirməsi oldu. Söhbət “Bank Silk Way”-ın adının dəyişdirilərək “Premium Bank” ASC kimi yola davam etməsindən gedir. Sözügedən bank artıq ikinci dəfədir ki, adını dəyişir. Belə ki, bank fəaliyyətinə 1994-cü ildən “Azal Səhmdar Kommersiya Bankı” adı altında başlayıb. 2008-ci ildən onun hüquqi varisi olaraq “Bank Silk Way” ASC adı altında fəaliyyət göstərib, axırıncı dəyişiklikdən sonra isə “Premium Bank” adlandırıldı. Məsələ ilə bağlı cumhuriyyet.az xatırladır ki, “Silk Way Holding” AZAL prezidenti Cahangir Əsgərovun biznes imperiyasına daxildir. 4 iyul 2006-cı ildə C.Əsgərovun yaxın qohumlarından birinin adına təsis etdiyi holdinq, qısa müddətdə bir imperiyaya çevrilib. Rəsmi hesabatlara görə, AZAL prezidenti Cahangir Əsgərovun ailə üzvləri – həyat yoldaşı Zərifə Həmzəyeva, qızları Məlahət və Cəmilə aviaşirkətin infrastrukturundan istifadə edən «Silk Way Holding» şirkətlər qrupunun, qrupa daxil olan sığorta şirkətinin və bankın əsas payçılarıdır. Bu son olayın təfərrüatına keçməzdən öncə isə cumhuhuriyyet.az olaraq olaraq Azərbaycan mediasında müxtəlif qalmaqallarda adı hallanan bu məmur haqda oxucularımıza ətraflı məlumat veririk:
Qısa dosye
Əsgərov Cahangir Cəlal oğlu 11 iyul 1950-ci ildə Bakıda anadan olub. Leninqrad Mülki Aviasiya Məktəbini bitirən Ca¬hangir Əsgərov Bakı şəhəri Zabrat Birləşmiş Aviadəstəsində eskadrilya müdiri, uçuş dəstəsi komandirinin müavini vəzifələrində çalışıb. 1978-ci ildən Yevlax Birləşmiş Aviadəstəsinin komandiri, Hava limanının rəisi postunda işləmiş, bir ildən sonra adı korrupsiyada hallandırılmış və tutduğu vəzifədən uzaqlaşdırılmışdır. 1991-ci ildən Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, 1993-cü ildən isə Dövlət Kon¬serninin Türkiyədə baş nümanyəndəsi vəzifələrində işləmişdir. «Azərbaycan Hava Yolları» Dövlət Konserninin baş direktoru vəzifəsinə 1996-cı ildə gətirilib və bu günə qədər sözügedən postda möhkəm oturub. Evlidir, 2 övladı var.
Cahangirin «kor gələn» siftəsi
Gənc olmasına və bu sahədə kifayət qədər təcrübəsinin yoxluğuna baxmayaraq, Cahangir Əsgərov 1978-ci il¬də Yevlax Hava Limanının rəisi kimi yüksək vəzifəyə təyinat ala bilir. Həmin vəzifədə qısa müddət çalışan gənc Cahangirin heç ağlına da gəlməzdi ki, törətdiyi qanunsuzluqlara görə «ilişəcək». Belə ki, bu vəzifədə cəmi bir il işlədikdən sonra ona qarşı «dövlət əmlakını mənimsəmə» ittihamı ilə cinayət işi başlanılır. Nəticədə Cahangir Əsgərov həbs edilir, amma o zaman Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifə tutan atasının səyləri nəticə¬sində tezliklə azadlığa buraxılır.
Bundan sonra çoxları Cahangir Əsgərovun aviasiyadan qovulacağını düşündüyü halda bunun əksi baş verir. Düzdür, «vurulduqdan» sonra ciddi əhəmiyyət kəsb etməyən postlarda çalışdı, amma o zamanın şərtləri baxı¬mından bunun özü də gənc Cahangir üçün böyük uğur sayıla bilərdi. Düz on il ərzində ayrı-ayrı yerlərdə «başını girələməklə» məşğul olan Cahangir Əsgərov gözlənilmədən iş karyerasında yeni bir zirvə fəth edir. Köhnə əla¬qələr və imkanlar səfərbər edilir və Cahangir Əsgərov aviasiya işçilərinin Həmkarlar İttifaqının sədri kimi böyük bir vəzifəylə mükafatlandırılır. Müəyyən çətinliklər və ara-sıra ortaya çıxan problemlər nəzərə alınmasa, Cahangir Əsgərovun iş həyatı bundan sonra davamlı şəkildə uğurlarla müşayiət olunur.
Onu həbsdən kim qurtarıb?
Həmkarlar İttifaqının sədri vəzifəsi onun qarşısında çox geniş üfüqlər və varlanmaq imkanları açmışdı. Ən kiçi¬cik fürsəti belə əldən verməyən Cahangir Əsgərov üçün isə bu vəzifə göydəndüşmə idi. O, yeni vəzifədə həyata keçirdiyi maxanasiyalar nəticəsində qısa müddət ərzində kifayət qədər böyük kapitala sahiblənir və bu yöndəki fəallığını günbəgün artırırdı. O, 1990-cu illərin əvvəllərindən başlayaraq daha genişmiyaslı fırıldaqlar həyata keçirməyə başlayır və belə əməliyyatların birində yenidən «ilişir». Belə ki, «AZAL» rəhbərliyi onun fəaliyyətindən şüb¬hələnir, yoxlamalara başlanılır və məlum olur ki, Cahangir Əsgərov Həmkarlar İttifaqının gəlirlərindən küllü miqdarda pul mənimsəyərək, həmin vəsaiti şəriki olduğu bank vasitəsilə ölkədən çıxarmışdır. Əleyhinə olan təkzibolunmaz faktlar ortadaydı və Cahangir Əsgərovun başı üzərini qara buludlar almışdı. Amma bu dəfə də bəxt onun üzünə gülür. “yuxarılar”la olan isti münasibəti onu həbsxana həyatı yaşa¬maqdan qurtarır.
İşdən qovulur, türk polisi tutur və sonda «AZAL» prezidenti olur
«AZAL» rəhbərliyinə Ədalət Əliyevin gəlişi Cahangir üçün yeni problemlər və sıxıntılar yaradır. Ədalət Əliyev «iki ayağını bir başmağa» dirəyərək şirkətdən oğurluq etmiş Cahangir Əsgərovun qanunun tələbləri çərçivəsində cəzalandırılmasını istəyir. Elə buradaca cumhuriyyet.az olaraq “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) sabiq prezidenti Ədalət Əliyevin Cahangir Əsgərov haqda mediaya verdiyi açıqlamanı diqqətə çatdırırıq: “Mən onu 20 ildən çoxdur ki, yaxşı tanıyıram. Vaxtilə mən onu işdən də çıxartmışam. 1990-cu ildə mən işdən getmişdim. Sonra qayıdanda gördüm ki, Cahangir Əsgərov AZAL-ın Həmkarlar Təşkilatına rəhbər qoyulub. İşə yeni qayıtmışdım, təyyarəçilərin hamısı Həmkarlar Təşkilatından şikayətlənirdi. Mənə deyirdilər ki, bizə dincəlmək üçün ezamiyyət verilmir və sairə. Mən dərhal bu məsələ ilə ciddi maraqlandım. Baş mühasibə zəng edib soruşdum ki, hər il AZAL təyyarəçiləri həmkarlara nə qədər pul köçürür? Mühasib sualıma cavab vermədi, tutuldu. Dedim nə üçün təyyarəçilərə ezamiyyət verilmir? Axı təyyarəçilər ən azı ildə bir dəfə dincəlməsə, onları işə buraxmaq qadağandır! Sonra məsələnin kökünü araşdıranda məlum oldu ki, Cahangir Əsgərov həmin vəsaitləri banka toplayırmış. Həmin dövrdə Ayaz Mütəllibovun bankı vardı, AZAL-ın Həmkarlar Təşkilatına köçürdüyü vəsaitlər də qeyri-qanuni şəkildə o banka qoyulurmuş, mənimsənilirmiş. Bütün bunlara görə də Cahangir Əsgərovu yanıma çağırıb danladım və fırıldaqçılığına görə işdən çıxartdım. Dedim ki, sizə qətiyyən Həmkarlar Təşkilatında işləmək olmaz”. Amma hakimiyyətdəki dostlarının köməkliyi ilə Cahangir Azərbaycandan kənarlaşdırılır və «AZAL»-ın İstambuldakı təmsilçisi kimi fəaliyyətə başlayır. Burada da «boş dayanmayan» Cahangir bu dəfə türk polisi tərəfindən həbsə atılır. Səbəb onun «Türk hava yolları» ilə saxta konraktlar əsasında 380 min dolla¬rı mənimsəməsiydi. Amma bəxti üzdə olan «diribaş oğlan» bu dəfə də canını həbsdən qurtarmaqla yanaşı, üstündən bir qədər keçdikdən sonra «AZAL»ın prezidenti təyin olunur. «AZAL»ın o vaxtkı rəhbəri Ədalət Əliyevin həbs olunması onun yolu üzərindəki əsas məneənin götürülməsi demək idi. 1996-cı ildə karyerasının ən yük¬sək zirvəsini fəth edən Cahangir Əsgərov Türkiyə təmsilçiliyindən birbaşa şirkətin prezidentliyinə gətirilir. Bu günə qədər həmin postda çalışan Cahangir Əsgərovun sonrakı həyatı da «məcaralar»la doludur. Adının çeçen terrorçuları ilə yanaşı hallandırılması isə buna bir nümunə sayıla bilər.
«Nələr çəkmiş başın sənin…»
Cahangir Əsgərovun adı Rusiya hüquq-mühafizə orqanları tərəfindən araşdırılan «Beslan terroru» ilə bağlı isn¬tintaq materiallarında hallandırılıb. Materiallarda «AZAL» prezidentinin bir sıra terror aktlarını maliyyələşdirdiyi bildirilir. Sızan informasiyalara görə o zaman Cahangir Əsgərov Rusiyanın hüquq-mühafizə orqanlarına verdiyi izahatda etiraf edib ki, onun həyat yoldaşını girovluqdan azad edən çeçenlər sonradan onu əməkdaşlığa təhrik etməyə çalışıblar. Təsdiqlənməmiş məlumatlara görə, isntintaq materiallarında Cahangir Əsgərovun bəzi terror aktlarına maliyyə dəstəyi verməsi faktı təkzibonlunmaz faktlarla təsdiqlənib. Amma güman edilir ki, Cahagir Əsgərov çeçenlərə verdiyi pulların konkret olaraq hansı məqsədə yönəldiləcəyini bilməyib.
«Qəza enişi» və 400 milyin tələbi
AZAL Dövlət Konserninin prezidenti Cahangir Əsgərovun hakimiyyətdəki mövqeyi xeyli laxlayıb. Hakimiyyət resurslarının yeni sahibləri onu işdən kənarlaşdırmaq üçün hərəkətə keçib. Bu barədə cumhuriyyet.az-a hakimiyyətdəki mənbələrdən xəbər daxil olub. Uzun müddətdir ki, «Azal»a rəhbərlik edən Cahangir Əsgərovun vəzifədən kənarlaşdırılması gündəmə gəlib. Prosesin başlanğıcı kimi isə elə yazının əvvəlində bildirdiyimiz bank faktoru dayanır. “Silk Way Holding” MMC-dir ki, ona uzun illər Cahangir Əsgərova yaxın qohumluğu çatan Zaur Axundov rəhbərlik edib. Zaur Axundov holdinqdən yalnız bu yaxınlarda uzaqlaşdırılıb. Buna səbəb kimi isə holdinqin fəaliyyəti üçün Beynəlxalq bankdan götürülmüş kreditlərin qaytarılmasında çox ciddi problemlərin yaşanması göstərilir. Belə ki, “Silk Way Holding” qurulduqdan sonra Beynəlxalq Bankdan 400 milyon dollar kredit götürülüb. Ancaq kredit bu günə qədər qaytarılmayıb. Məlumata görə, hazırda Cahangir Əsgərovdan Beynəlxalq Bankdan götürülmüş kreditlərin qaytarılması tələb olunur. Lakin çox ciddi nağd pul problemi üzündən C.Əsgərov bu tələbi yerinə yetirə bilmir. Elə Cahangir Əsgərovun da buna görə, yəni Beynəlxalq Bankdan götürülən kreditlərin qaytarılmamasının məsuliyyətini “Silk Way Holding”in rəhbərliyinin üzərinə qoymaq üçün Zaur Axundovu vəzifəsindən azad etdiyi bildirilir. Hətta inandırıcı olsun deyə AZAL prezidentinin “Silk Way Holding”də təftiş başlatdığı da qeyd olunur. Bununla C.Əsgərovun vaxt qazanmağa çalışdığı, yoxsa ümumiyyətlə 400 milyonu qaytarmaq istəmədiyini söyləmək çətindir.
Milyonlar hara gedib?
Əsas ofisi beynəlxalq hava limanında yerləşən “SW Holding”in qazancı qarşısında 400 milyonun elə də böyük pul olmadığını söyləyə bilərik. Bu holdinqin tərkibinə əsasən aviasiya sahəsində fəaliyyət göstərən xeyli sayda şirkət daxildir. Hansı ki, bu şirkətlər vasitəsilə Cahangir Əsgərov böyük pullar qazanır. Holdinqə daxil olan şirkətlərdə minlərlə insanın çalışması onun biznes imperiyasının həcmini təsəvvür etməyə imkan verir.
Holdinqə daxil olan şirkətlər bunlardır: Airport Gate; Airport Hotel; Azal Sığorta; Baku Cargo Terminal (BCT); Duty Free; Euroasian Cargo; Ground Handling Company (GHC); Silk Way Airlines; Silk Way Bank; Silk Way Business Aviation; Silk Way Construction; Silk Way Helicopter Services (SWHS) ; Silk Way Technics (SWT); Silk Way Information Technologies (SWIT); SW Catering & Supply; Sky Catering ; SW Travel; Turan Air və sair.
Qeyd edək ki, Əsgərov bu holdinqi yaratmaqla «AZAL» QSC-yə, yəni dövlətə məxsus gəlirli sahələri öz şirkətlərinə transfer edib. Bu qurumun bütün gəlirli sahələri Əsgərovun «Silk Way Holdinq»inə transfer olunub. Cahangir Əsgərov bu holdinq vasitəsi ilə Azərbaycan SƏMASINI sözün həqiqi mənasında İNHİSARA ALIB və bu sahədən HƏR İL külli miqdarda qazanc götürür. Təkcə karqo daşınmalardan – xarici ticari əməliyyatlardan Əsgərovun holdinqinin qazancı 100 milyonlarla ölçülür.
Belə ki, karqo daşınmaları Əsgərovun holdinqinin offşor kampaniyalar vasitəsilə həyata keçirdiyi bildirilir. Bu da holdinqə ildə bir neçə yüz milyon dollar gəlir gətirir. Yükdaşımaların böyük hissəsi «Silk Way” Aviaşirkəti vasitəsilə həyata keçirilir. Rəsmi statistikaya əsasən, 2003-cü ildə hava nəqliyyatında daşımalardan 133 milyon manata yaxın gəlir əldə edilmişdi. 2006-cı ildə bu gəlirlər 223 milyon manatı keçdi, 2007-ci ildə 327 milyon manata yaxın oldu. 2011-ci ildə isə hava daşımalarından əldə edilmiş gəlirlər 558 milyon manata yaxın idi. 2012-ci ildə gəlirin həcmi 617 milyon, 2013-cü ildə 780 milyon manata yaxın, 2014-cü ildə 1 milyrd 400 milyondan artıq, 2015-ci ildə 1 milyard 680 milyon, 2016-cı ildə 2 milyardan artıq, 2017-ci ildə isə 2 milyard 200 milyon manatdan artıq olub. Bu il bu rəqəmin daha da artacağı şübhə doğurmur. Hələ qeyri-rəsmi gəlirləri demirik. Bu vəsaitlərin əhəmiyyətli hssəsi isə məhz «Silk Way Holdinq»in büdcəsinə yönəldilir. Holdinqin tərkibindəki digər şirkətlərin də gəliri 10 milyonlarla ölçülür.
Belə böyük qazanc əldə edən holdinqin Beynəlxalq Bankdan götürdüyü 400 milyon dollar krediti qaytarmamasını, əlbəttə, məntiqlə izah etmək çətindir. Ancaq unutmayaq ki, Azərbaycanda yüksək rütbəli məmurların bir çoxu dövlətdən yalnız almağa öyrəşib. Ona görə də, C. Əsgərovun 400 milyonu geri qaytarmaq üçün müxtəlif üsullara əl atması elə də təəccüblü deyil…

Əvvəlki yazı

Laçının icra başçısı fermerlərə şərik olur VİDEO

Sonrakı yazı

Bakıda universitetdə DƏHŞƏTLİ HADİSƏ: gənc oğlan tələbə yoldaşını tualetdə…

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.