Reportyor.info “Den.az”- ın yerli bürosuna istinadla xəbər verir ki, hadisə rayon mərkəzində, yaşayış binalarının birində baş verib.
Belə ki, Göyçay rayonun Şıxbəy kəndindən olan 26 yaşlı Gülanə Abdullayeva qonşu Məlikkənd kəndindən olan həyat yoldaşı Taryel Abdullayevə məktub yazaraq evdən qaçıb.
Məktubda onunla ailə həyatında xoşbəxt olmadığını və 3 qız övladından son beşiyi 1 yaşlı qızının məhz atasının başqa şəxs olduğunu qeyd edib. Daha sonra evi tərk edərək, naməlum istiqamətə gedib. Qadının 3-cü uşağın atası ilə qaçdığı iddia olunur.
Qeyd edək ki,ailənin 1, 4, 5 yaşlarında 3 qız övladı var. Ər Taryel Abdullayevin məsələ ilə bağlı Hüquq mühafizə orqanlarına müraciət etdiyi bildirilir.