10-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Göyçay səhiyyəsində hərc-mərclik: hamilə insanın başına elə oyun açdılar ki…

19 İyul 2022, 15:09
Cəmiyyət, Sosial
A A
Göyçay səhiyyəsində hərc-mərclik: hamilə insanın başına elə oyun açdılar ki…

 

 

“Göyçay Rayon Mərkəzi Xəstəxanasında hərc-mərclik, korrupsiya, rüşvət, məsuliyyətsizlik pik həddə çatıb. Belə ki, həyat yoldaşım 1993-cü il təvəllüdlü Qafarova Günel Şahin qızını 28.06.2022-ci il tarixdə saat 12-30 radələrində keçirdiyi hamiləlik dövrü səbəbilə (hemotoma) ilə Göyçay rayon Mərkəzi Xəstəxanasının Acil Şöbəsinə aparmışdım. İlkin qeydiyyatın ardınca onu xəstəxananın Ginekologiya Şöbəsinə yerləşdirdilər. Həkim müayinəsindən dərhal sonra USM müayinəsi məsləhət görülür və həyat yoldaşım Güneli həkimin kabineti ilə yanaşı olan USM müayinə otağına yönəldirlər”. Bunu Reportyor.info-ya şikayət məktubunda Günel Qafarovanın həyat yoldaşı yazıb. Onun sözlərinə görə, saat 12:52 radələridir, xəstə ağrılardan və qanaxmadan qıvrıla-qıvrıla qalıb, lakin vəziyyətindən aslı olmayaraq otağın qarşısında növbə gözləməkdədir. “Ardıcıl şəkildə dəfələrlə zəng edirəm, zəngimə cavab vermir. Nəhayət saat 14-30 radələrində etdiyim zəng zamanı mənə “Hələki USM otağında növbəmi gözləyirəm” dedi. Buna əsəbləşək telefonu söndürdüm, təcili olaraq özümü Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırdım. Birbaşa baş həkim Ləman Hacıyevayanın və direktor Yaşar Əhmədovun otağına girərək onlara öz iradımı bildirdim. Mənə bildirdilər ki, məsələni araşdırıb doktor Gülnarə Osmanova barəsində lazım olan tədbirləri görəcəyik. Ancaq mən, onların tədbir görəcəyinə ehtiyac duymadım. Çünki artıq neçənci dəfə idi ki, belə halların şahidi olmuşdum. Bu necə özbaşınalıqdır ki, saat 12-52 radələrindən UMS gözləyən ağır xəstən ta ki, 14-35 radələrində müayinəyə buraxılır”-məktubda qeyd olunub. Şikayətçi deyir ki, belə davranış Cinayət Məcəlləsinin 314-cü maddəsində göstərilən “Səhlənkarlıq” kimi qanunsuzluğa əsas verir: “Üstəlik də yataq şəraitində müalicə tövsiyə olunur. Bu azmış kimi, İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil olan USM üçün 6 (altı) manat məbləğində pul (rüşvət) alırlar, mənim rəhbərliklə iradımdan sonra isə qorxuya düşərək həmin pulu geri qaytarırlar. Bildiyiniz kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311-ci maddəsilə sabitdir ki, bu əməl “Rüşvət alma (passiv rüşvətxorluq)” hesab olunur.

Cənab Prezident! Yuxarıda qeyd etdiyim özbaşınalıqlar, rüşvət hallarının çoxalması xəstəxana rəhbərliyinin təcrübəsiz və ya məsuliyyətsizliyindən irəli gəlir. İndi Sizə, irəli sürdüyüm iddianı Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə əsaslandıracağam. Bildiyiniz kimi Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsində “Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır”. Məlumunuz olsun ki, direktor Yaşar Əhmədov 2-ci qrup əlildir. ““Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı maddə 2.2. əsasən “İkinci dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın” qeyd olunmuşdur.

İcbari Tibbi Sığorta, yaxud da TƏBİB vakant yerə təyin edəcəyi yeni direktoru müsabiqə vasitəsi ilə seçə bilərdi. Axı Göyçay 120 000 (yüz iyirmi min) əhalisi olan bir rayondu və bəzi ətraf rayonlardan belə Göyçay Rayon Mərkəzi Xəstəxanasına xəstələr gəlməkdədir. Lakin olduqca maraqlı və eyni zamanda müəmmalı məsələdir ki, rayonumuzda heç də 2-ci qrup əlillik statusu olmayan, savadlı, idarəçilik sisteminə mükəmməl yiyələnmiş kadrlar kifayət qədər olduğu halda, 2-ci qrup əlil insanı rəhbər vəzifəsinə təyin edirlər. Sizcə də bu, qaranlıq məsələ deyildirmi? Aqibət isə xəstəxanada olan özbaşınalıqların artması ilə nəticələnmişdir.

Cənab Prezident! Sizdən Göyçay rayon sakini, ictimai fəal və ən əsası qanunsuzluqlarla üzləşən vətəndaş kimi çox xahiş edirəm, dr. Gülnarə Osmanovanın həyat yoldaşıma qarşı olan davranışı, rüşvət alması tərəfinizdən obyektiv araşdırılsın, bütün bu özbaşınalıqlara səbəb olan Yaşar Əhmədovun hansı müəmmalı yollarla rəhbər vəzifəsinə gəldiyi ortaya çıxarılsın.

Sizə öz minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, haqq şikayətim tezliklə mənim də iştirakımla araşdırılacaq və tədbirlər görüləcəkdir”.

Tel: (055) 426 06 03

Əvvəlki yazı

Səfər Mehdiyevin qaynı həbs olundu

Sonrakı yazı

Lənkəranda məktəblinin döyülməsində iştirak edən direktorla bağlı qərar verildi

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.