Türk-İslam Diyanət İşləri Birliyinə (DİTİB) bağlı Göttingen məscidinə irqçi ifadələrin yer aldığı təhdid məktubu göndərilib. NSU 2.0 imzası ilə yanaşı nasist simvolu svastikanın da yer aldığı məktubda deyilir: “Bütün İslamı öldürün. Bu artıq çox çəkməyəcək. Almanlar sizə göstərəcək”.
Göttingen DİTİB Məscidi Birliyi Başçısı Mehmet İbrahimbaş hadisənin polislə paylaşıldığını və cinayət işi açıldığını bildirib.
“MÜSƏLMANLAR TƏHLÜKƏLİDİR”
22 Sentyabr 2022-ci ildə eyni məscidin çöl hissəsində svastika işarəsi çəkildiyini və 8 Noyabr 2022-ci ildə poçt vasitəsilə buna bənzər təhdid məktubunun göndərildiyini bildirən İbrahimbaş, “Məscid camaatımız və Göttingendə yaşayan müsəlmanlar olaraq biz narahat. Biz idarə heyəti olaraq sosial media hesabımızda və məscidimizdə açıqlama verdik və onları tədbirli olmağa dəvət etdik. Biz idarə heyəti olaraq camaatımızın məscidimizə təhlükəsiz şəkildə gəlib namaz qılması üçün bütün imkanları yaradacağıq”.
Hücumu şiddətlə qınadıqlarını ifadə edən İbrahimbaş, “Hannover Baş Konsulu Gül Özge Kaya və Göttingen Bələdiyyə Başçısı Petra Broistedt tezliklə sağalmaq diləklərini çatdırdılar və bütün dəstəkləri ilə yanımızda olduqlarını bildirdilər” dedi.