10-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“GÖSTƏRİŞLƏRİ DÜNYAMİN XƏLİLOVDAN ALMIŞAM” – Cahangir Hacıyevin 4.7 milyardlıq cinayət işi…

04 Mart 2019, 15:20
Cəmiyyət
A A
“GÖSTƏRİŞLƏRİ DÜNYAMİN XƏLİLOVDAN ALMIŞAM” – Cahangir Hacıyevin 4.7 milyardlıq cinayət işi…

Sabiq bankir Cahangir Hacıyev 21 nəfərlə birlikdə növbəti dəfə hakim önünə çıxarılıb. Musavat.com xəbər verir ku, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə ittiham edilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid Gündüz Məmmədov bildirib ki, 2008-2011-ci illərdə Azərbaycan Beynəlxalq Bankının Kartlar Departamentinin rəhbəri işləyib. Həmçinin Kredit Komtəsinin üzvü olub.

Sərbəst ifadəsində Məmmədov deyib ki, hazırda bankın “Abşeron” filialında müdir müavini vəzifəsində çalışır. O, Kredit Komitəsində lahiyələr üçün ayrılan kreditlərə imza atdığını deyib: “Kredit Komitəsi kreditlərin verilməsinə nəzarət edən qurum olub. Ayrılan kreditlərin limitinin nə qədər olduğunu xatırlamıram. Təxminən 100 min manatlıq kreditlər idi. Layihələrə kreditlərin verilməsinə bankın müşahidə şurası nəzarət edirdi”.

Şahidin istintaqa ifadəsi ilə indiki ifadəsi arasında ziddiyyət olub. Məhkəmədə bildirilib ki, G.Məmmədov istintaqda 1,5 milyon manatlıq layihələr üçün verilən kreditlərə imza atdığını deyib.

Şahid qismində Beynəlxalq Bankın Aktivlər və Passivlər Departamentinin katibi Həsən Həsənzadə dindirilib. O, ötən il işdən ayrıldığını bildirib və ifadəsində qeyd edib ki, Aktivlər və Passivlər Departamenti formal qurum olaraq işləyib və əksər hallarda iclaslarda iştirak etməyib: “Elə hallar da olurdu ki, iclaslar keçirilmirdi, lakin veksellərlə bağlı protokollar tərtib edilirdi. Bankın sədri Cahangir Hacıyev də imzalayırdı. Cahangir Hacıyev göstəriş verdi ki, Xəzinadar Departamentindən təqdim edilən sənədləri siyahıya daxil edim. Mən də onun dediklərini edirdim”.

Məhkəmədə “İntertekstil” şirkətinin sabiq rəhbəri Şakir Musayev də dindirilib. O, istintaqa verdiyi ifadəni təsdiq etdiyini söyləyib.

Ş.Musayev deyib ki, təqsirləndirilən Dünyamin Xəlilovun göstərişi ilə onun şirkətinin işçilərinin adına bankdan 5 milyon manatdan artıq kredit götürülüb: “Dünyamin müəllim zəng etdi. Mən də mühəndis İlham Ağaverdiyevə dedim ki, işçiləri banka göndərsin və sənədlərə imza atsınlar. Göstərişləri Dünyamin Xəlilovdan almışam”.

Xatırladaq ki, zərərçəkmiş qismində Beynəlxalq Bankla yanaşı, Aqrokredit bank və Vergilər Nazirliyi tanınıb. Həbs edilənlərdən biri C.Hacıyevin dostu, hazırda həbsdə olan Dünyamin Xəlilovdur. İsmayıl Hidayətzadə təqsirləndirilən şəxsdir. O, C.Hacıyevin bacanağıdır və “İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun direktoru vəzifəsində işləyib. Hidayətzadə “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılıb və 5 il cəza alıb.

Digər şəxslər isə Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qaffarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Mariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovdur. Onların barəsində mənimsənmə ittihamı irəli sürülüb.

Rəsmi məlumata görə, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaqla C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

 

Əvvəlki yazı

Erməni konsulluğuna vərəqələr yapışdırıldı – “Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır”

Sonrakı yazı

Dollar kreditinə olan güzəşti belə hesablaya bilərsiz – Kalkulyator

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.