07-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Görürsüz, Türkiyə Suriyada nələr edir?..” – Xankəndində panika, müharibə xofu

17 Oktyabr 2019, 09:49
Cəmiyyət
A A
“Görürsüz, Türkiyə Suriyada nələr edir?..” – Xankəndində panika, müharibə xofu

Paşinyan Qarabağdakı kriminal rejimin başçısını təcili İrəvana çağırdı; erməni səhra komandiri: “Gedin baxın, Azərbaycan təmas xəttində hansı mühəndis işlərini görüb…”

Qardaş Türkiyənin Suriyadakı antiterror əməliyyatını ən böyük həyəcan və diqqətlə izləyənlər heç sübhəsiz, ermənilər – Ermənistan və Dağlıq Qarabağdakı separatçı-kriminal rejimin təmsilçiləridir. Bu narahatlıq və həyəcan o dərəcədə güclüdür ki, hətta Suriya erməniləri Türk qoşunları ilə vuruşmaq üçün batalyon yaradıblar.   

Təbiidir. Ona görə ki, Suriyada xeyli ölçüdə təkcə kürd-PKK terrorçuluğunun deyil, həm də onun tarixi müttəfiqi – türk qanına susayan erməni terrorizminin taleyi həll olunur. Odur ki, “Qara məni basınca mın qaranı basım” prinsipi üzrə erməni ultramillətçi-şovinist-faşist-terrorçu ünsürlər əl-ayağa düşüb, hərəkətə keçiblər. Başqa sözlə, onların kürdlərə dəstəyi əsla sonuncuları yox, özlərini qorumaq instinktindən qaynaqlanır.

Maraqlıdır ki, bu fonda srağagün İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyan və Dağlıq Qarabağdakı separatçı rejimin başçısı, “Kremlin tulası” ayamasını daşıyan Bako Saakyan arasında görüş keçirilib (Teleqraf). Görüşdən öncə Paşinyan deyib: “Bugünkü görüşümüz son vaxtlar baş tutan görüşlər, müzakirələr və təəssüratları bölüşmək məqsədi güdür”.

 

Öz növbəsində separatçıbaşı Bako Saakyan “bir sıra əlamətdar hadisələrin baş verdiyini” bildirib və əlavə edib: “Mən sizə bütün bunlar barədə məlumat verəcəyəm”. Sözsüz ki, söhbət həm də regionda  ermənilərin əleyhinə yaşanan yeni və mühüm gəlişmələrdən gedir.

*****

İrəvandakı Paşinyan-Saakyan görüşü Azərbaycanın son vaxtlar beynəlxalq arenada işğalçı Ermənistana qarşı bir-birinin ardınca etdiyi diplomatik həmlələrindən sonraya təsadüf eləməsi ilə xüsusi diqqət çəkir. Azərbaycanın maraqlarına cavab verən bir sıra hadisələr fonunda belə bir təcili görüşün reallaşması tamamilə məntiqlidir.

Belə ki, oktyabrın 3-də Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Azərbaycan prezidenti tarixi çıxış edib. Bir neçə gün sonra – oktyabrın 11-də isə İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında N.Paşinyana tutarlı cavab verib. Eyni zamanda Paşinyan-Saakyan görüşünün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün keçirildiyi günlərdə baş tutması da təsadüfi hesab oluna bilməz.

İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında N.Paşinyana tutarlı ile ilgili görsel sonucu

Görünür, “tərəflər” məhz son vaxtlar baş verən bütün bu faktları ciddiyə alaraq, Ermənistanın və separatçı rejimin  mövqelərinin zəiflədiyini anlayıblar və məsələhətləşmələr aparmaq qərarına gəliblər. Paralel surətdə düşmən tərəfin təmsilçilərinin hazırda bölgədə səfərdə olan ATƏT-in Minsk Qrupu həmsədrlərinə Azərbaycandan gileyləndikləri haqda məlumatlar gəlməkdədir. Onların arasında saxta “prezident” Bako Saakyanın saxta “aparat rəhbəri” David Babayan da var.

“Yeni Müsavat”ın məlumatına görə, 1in.am erməni saytına müsahibəsində bu soyadı türk kökənli separatçı Xankəndində həmsədrlərlə görüş öncəsi belə deyib: “Hər şeydən əvvəl, həmsədrlərin bu səfərləri danışıqlar prosesinin vərəsəliyini saxlamağa imkan verir. Biz onlarla ənənəvi mövzularda danışacaq, regiondakı situasiyanı müzakirə edəcəyik. Təbii ki, İlham Əliyevin ”Qarabağ – Azərbaycandır, nida” bəyanatı ilə bağlı da danışacağıq. Bilirsiniz, bu, artıq Azərbaycanın mövqeyini göstərir. Buna kimi də oxşar bəyanatlar verilib, İrəvan onlarındır və s. Təbi ki, son bəyanata toxunulacaq. Biz bir daha vurğulayacağıq ki, belə yanaşma nizamlamaya kömək eləmir, əksinə, situasiyanı daha da qəlizləşdirir”.

Babayan ardınca başılovlu deyib: “Biz, ümumiyyətlə, ayıq-sayıq və yekdil olmalıyıq. Görürsüz, Suriyada nələr baş verir? Türkiyə bütün beynəlxalq qaydaları və hüququ pozaraq bu ölkəyə girib. Biz belə vəziyyətdə mütəşəkkil olmalı, düzgün geosiyasət aparmalı və reallıqlardan uzaq düşməməyə çalışmalıyıq”.

Xankəndidə qorxu ile ilgili görsel sonucu

Separatçının büruzə verdiyi panik ovqat, müharibə xofu sözsüz ki, işğal altındakı bölgəmizdə hökm sürən ovqatdan xəbər verir. Babayanlar, saakyanlar yaxşı bilirlər ki, günün birində “tələ sahibi” – Azərbaycan işğalçılarla bağlı öz son və qəti sözünü deyəcək.

Xankəndidə qorxu ile ilgili görsel sonucu

“Sadəcə, görmək lazımdır ki, bütün bu vaxt ərzində Azərbaycan qoşunların təmas xəttində hansı mühəndis işlərini görüb. Xüsusən də müdafiə döyüşlərinin, hücum döyüşlərinin aparılması, hava müşahidəsi, gündüz müşahidəsi, gecə müşahidəsi üçün. Gedin görün və əmin olun ki, Nikol Paşinyanın operativ əlaqəsi antierməni mahiyyəti daşıyır, təhlükəlidir və bizim təhlükəsizliyimizi təhdid edən anlaşmadır”.

Bu sözləri isə qarabağlı keçmiş erməni səhra komandiri-general Vitali Balasanyan deyib (Virtualaz.org). Bundan əvvəl Balasanyan Nikol Paşinyana fiziki divan tutmaqla hədələmişdi. Daha sonra o, Paşinyanın Dağlıq Qarabağın Azərbaycanın tərkibində muxtariyyət statusuna razılaşdığını iddia edib. Balasanyan bildirir ki, onun özünün mənbələri var və Paşinyanın Əliyevlə nədən danışdığını, hansı anlaşma əldə etdiklərini bilir…

*****

Qeyd edilən nüanslar düşmən tərəfdə, özəlliklə də separatçılar arasında müharibədən yana güclü bir xofun yaşandığına şübhə saxlamır. Qardaş Türkiyənin uğurlu “Barış Pınarı” əməliyyatı bu xofu sözsüz ki, kritik həddə çatdıracaq. Xofda olan düşməni cəzalandırmaq isə qat-qat asandır…

Əvvəlki yazı

İlham İsmayıl: “Dini radikallar məqam gözləyirlər, ancaq nəzarətsiz deyillər”

Sonrakı yazı

İrana silah qadağası bitir: nələr gözlənilir?

Azərbaycanlı musiqiçinin qızı ağır vəziyyətdədir – FOTO

Azərbaycanlı musiqiçinin qızı ağır vəziyyətdədir – FOTO

07 Avqust 2025, 16:04
ABŞ-də İlham Əliyevi müşayiət edən kortej – Video

ABŞ-də İlham Əliyevi müşayiət edən kortej – Video

07 Avqust 2025, 15:33
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-a işgüzar səfərə gəlib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-a işgüzar səfərə gəlib

07 Avqust 2025, 15:31
Tanınmış idmançı FHN-də vəzifəyə TƏYİN OLUNDU

Tanınmış idmançı FHN-də vəzifəyə TƏYİN OLUNDU

07 Avqust 2025, 14:15
“Bu cür iddialar əsassız, boş, axmaq söhbətlərdir” — Artur Rasizadədən açıqlama

“Bu cür iddialar əsassız, boş, axmaq söhbətlərdir” — Artur Rasizadədən açıqlama

07 Avqust 2025, 14:12
7 nəfərin öldüyü qəzadan görüntülər – Foto-Video

7 nəfərin öldüyü qəzadan görüntülər – Foto-Video

07 Avqust 2025, 14:09
Azərbaycan yığmasının 27 yaşlı üzvü vəfat etdi

Azərbaycan yığmasının 27 yaşlı üzvü vəfat etdi

07 Avqust 2025, 13:52
“Qabiliyyət imtahanları jurnalistikaya xidmət etmədi və etməyəcək” — Fadil Paşayev

“Qabiliyyət imtahanları jurnalistikaya xidmət etmədi və etməyəcək” — Fadil Paşayev

07 Avqust 2025, 13:50
DYP sərnişindaşıma fəaliyyəti göstərənlərə müraciət edib

DYP sərnişindaşıma fəaliyyəti göstərənlərə müraciət edib

07 Avqust 2025, 13:24
Paytaxtı iyrənc qoxu bürüyüb – SƏBƏB

Paytaxtı iyrənc qoxu bürüyüb – SƏBƏB

05 Avqust 2025, 18:08
AHİK endirim fırıldağı edir? – FOTO

AHİK endirim fırıldağı edir? – FOTO

05 Avqust 2025, 18:06
TBMM-də tarixi gün: “Terrorşuz Türkiyə” üçün komissiya işə başladı

TBMM-də tarixi gün: “Terrorşuz Türkiyə” üçün komissiya işə başladı

05 Avqust 2025, 18:04
Lerik Rayon İcra Hakimiyyətinin 400 minlik tenderi ləğv edildi

Lerik Rayon İcra Hakimiyyətinin 400 minlik tenderi ləğv edildi

05 Avqust 2025, 15:39
Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı

Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı

05 Avqust 2025, 15:36
Ana və azyaşlı övladının həyatına son qoyan səhlənkarlıq – BDYPİ-dən açıqlama

Ana və azyaşlı övladının həyatına son qoyan səhlənkarlıq – BDYPİ-dən açıqlama

05 Avqust 2025, 15:33
“Balaxanı Operating Company” LTD şirkəti cərimələndi – FOTOLAR

“Balaxanı Operating Company” LTD şirkəti cərimələndi – FOTOLAR

05 Avqust 2025, 15:31
“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin layihələri elan olunub

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin layihələri elan olunub

05 Avqust 2025, 15:27
Beynəlxalq axtarışda idi – Azərbaycanda tutuldu

Beynəlxalq axtarışda idi – Azərbaycanda tutuldu

05 Avqust 2025, 15:23
“Ai-95” yanacağı ilə bağlı AÇIQLAMA – Bu gündən

“Ai-95” yanacağı ilə bağlı AÇIQLAMA – Bu gündən

05 Avqust 2025, 13:38
Məşhur müğənninin qardaşı “Qocalar evi”nə yerləşdirildi – FOTO

Məşhur müğənninin qardaşı “Qocalar evi”nə yerləşdirildi – FOTO

05 Avqust 2025, 13:34

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.