Azmetal şirkətinin rəsmi meneceri Müşviq Əmirli Dövlət Gömrük Komitəsindən şikayət edib. Reportyor.info xəbər verir ki, şirkət ixrac üçün gömrük orqanlarına müraciət edib. M.Əmirli deyir ki, amma uyğunluq sertifikatı tanınmır. Gömrük əməkdaşları göstəriş olduğunu bildiriblər, sertifikatın başqa qurumdan alınması tələb edilir.
Amma qeyri-rəsmi göstəriş olduğu üçün şirkət bununla razılaşmır. Bunların başında Bakı baş Gömrük Idarəsinin vəzifələrin müvəqqəti icraçısı, Dövlət Gömrük Komitəsinìn sədrinin birinci müavini general-leytenant Hüseynov İsmayıl durur.O gömrük işçilərinə və gömrük laboratoriyasına qanunsuz göstərişlər verir. Şirkət nümayəndəsinin video çıxışını təqdim edirik: