21-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Generalların həbsi son deyil – Növbədə “baronlardır”

07 Aprel 2021, 09:57
Manşet
A A
Generalların həbsi son deyil – Növbədə “baronlardır”

Eldar Mahmudovun rəhbərliyi altında işləmiş daha iki generalın – MTN-in İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyevin və həmin nazirliyin Hərbi əks-Kəşfiyyat İdarəsinin sabiq rəisi Nizami Şirinovun həbsi sabiq MTN nazirinin nədən hələ də azadlıqda qalmasına dair məntiqi sualı yenidən gündəmə gətirir. Artıq sözügüdən iki general da daxil olmaqla, indiyə qədər Mahmudovun yaxın ətrafından həbs olunan generalların sayı 6-ya çatıb.

Buraya sonradan azadlığa buraxılan MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, eləcə də MTN-in Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyev, MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev, MTN-in Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov da daxildir. Daha bir xanım general isə şərti cəza alıb.

Ümumilikdə həbs olunan yüksək rütbəli MTN əməkdaşlarının sayı 30-a yaxındır. Eləcə də Mahmudova yaxın onlarla şəxs işdən qovulub. Qovulanlar sırasında Eldar Mahmudovun sayəsində Azərbaycanın ən gənc generallarından biri olan 36 yaşlı general-mayor Vüqar Allahquliyev də var…

Ən əsası odur ki, yuxarıda adları çəkilən və çəkilməyən MTN-çilər ağır cinayətlərdə ittiham olunublar, ortada danılmaz sübutlar, faktlar, çoxlu sayda zərərçəkənlər var. Azərbaycanda bütün bu cinayətlərin nazir Eldar Mahmudovun rəhbərliyi və tapşırığı ilə icra olunduğuna şübhə edəcək qədər sadəlövh adam çətin ki, tapıla. Elə Mahmudovun özü də istintaqa cəlb olunub, ifadə verib. Ancaq bu adam hələ də həbs olunmayıb.

Baxmayaraq ki, MTN rəhbərliyində demək olar həbs olunmayan, ağır cinayətləri üzə çıxmayan kimsə qalmadı. Belədə sual yaranır ki, görəsən daha kim, yaxud kimlər həbs olunmalıdır ki, növbə nəhayət Eldar Mahmudova da çatsın?

Əslində, “nazir yaxşıdır, ətrafındakılar pis” tendensiyası təkcə MTN-ə yox, digər nazirlik və icra strukturlarına da aiddir. Ən yaxın keçmişişimizdə çoxlu sayda buna oxşar nümunə tapmaq olar.

Məsələn, Ramiz Mehdiyevin birbaşa kurasiyasında olan bir neçə icra başçısı həbs olundu, onların uzun illər Prezident Aparatının rəhbərinə “işlədikləri” heç kimə sirr deyildi. Ancaq R.Mehdiyev azadlıqda və Azərbaycan elminin başındadır.

Yaxud, “Rabitə işi”ndə Əli Abbasovun rəhbərlik etdiyi nazirliyin üst idarəetməsində az qala həbs olunmayan məmur qalmadı. Ancaq Əli Abbasov azadlıqda və öz kefindədir.

Ya da olsun XİN-dəki məlum korrupsiya cinayətlərinin üzə çıxması. Rəhbər vəzifəli şəxslər həbs olundu, ancaq təkcə ABŞ-da milyonlarla dollar qiymətində mənzilləri olduğu üzə çıxan Elmar Məmmədyarova kimsə “gözün üstə qaşın var” demədi.
Eynilə də Mədəniyyət Nazirliyindəki məlum korrupsiya cinayətləri, həbslər və sair – Əbülfəz Qarayev azadlıqda və yığdıqlarını xərcləməkdədir.

Hələ son olaraq, Hacıbala Abutalıbovun “sağ əli” sayılan BŞİH-in Aparat rəhbərinin həbsini, sabiq merinsə özünü mələk sifətində təqdim etməsini və “diqqətdən kənarda” qalmasını demirik. Bu siyahıya Ziya Məmmədovu, Fazil Məmmədovu və digərlərini də əlavə edərək, onu xeyli uzatmaq olar.

Mahmudov kimi, elə bu şəxslərlə bağlı da soruşmaq olar ki, onların tabeliyində və ətrafında olanlardan daha kimlər həbs olunmalıdır ki, növbə bunların özünə də çatsın?

Belə çıxır ki, bu adamların hamısı rəhbərlik etdikləri qurumlarda baş verən cinayətlərdən, oğurluqlardan, korrupsiyadan xəbərsiz və bir növ “süddən çıxmış ağ qaşıq” olublar? Əslində, onların Azərbaycanda və xaricdə malik olduqları varidatdan, cah-cəlaldan, bizneslərdən və s. xəbəri olmayan kimsə yoxdur…

Ancaq maraqlıdır ki, sadalanan və siyahı uzun olduğundan sadalamadığımız iri ranqlı məmurlardan fərqli olaraq, yalnız Səlim Müslümov həbsə atılıb. Görəsən qeyd etdiyimiz məmurların nəyi Səlim Müslümovdan artıq, yaxud əskikdir? Müslümov da daxil olmaqla, bu adamların hamısı eyni bezin qırağı deyillərmi? Axı bu adamlar eyni cinayətləri törədiblər, eyni oğurluqla məşğul olublar – biri beş manat az, biri beş manat çox…

Şübhəsiz, ədalət mühakiməsi o zaman əsl mənada ədalətli olur ki, hamıya eyni dərəcədə tətbiq olunur. İndiki halda isə, yəni mahmudovlar, abbasovlar, abutalıbovlar, mehdiyevlər və digərləri azadlıqda öz lyuks həyatlarını davam etdirirlərsə, artıq “haqq-ədalətin bərpası”, “ədalət mühakiməsi” və s. kimi ifadələr öz mənasını itirir və sınıq-salxaq, yarımçıq anlayış təsiri bağışlayır… /Azpolitika

Əvvəlki yazı

İki əsgərimiz Suqovuşanda minaya düşdü – RƏSMİ

Sonrakı yazı

Azərbaycanın Ermənistanla sərhəddində yeni hərbi hissə fəaliyyətə başladı

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.