06-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“GENERALLAR ÖZ İŞLƏRİNDƏ, İCRAÇILAR HƏBSDƏDİR…” – “Hospitallarda cərrahi əməliyyatlar həyata keçirir”

19 Sentyabr 2018, 10:38
Gündəm
A A
“GENERALLAR ÖZ İŞLƏRİNDƏ, İCRAÇILAR HƏBSDƏDİR…” – “Hospitallarda cərrahi əməliyyatlar həyata keçirir”

“Əsas gühahkarlar azadlıqda gəzir, öz işlərindədirlər, ancaq onların tapşırıqlarını icra edənlər həbs olunub. Qorxuruq ki, bütün günahı da onların üzərinə qoyaraq, işə xitam versinlər”.

Bu sözləri “AzPolitika.info”ya dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan şəbəkənin üzvü kimi həbsə alınanlardan birinin yaxını bildirib. Müəyyən səbəblərdən adının çəkilməsini istəməyən şikayətçi bu işdə adları keçən generalların artıq tam sərbəst şəkildə öz fəaliyyətləri ilə məşğul olduğunu iddia edir.

Bu iddialara keçməzdən öncə xatırladaq ki, ötən bu ilin aprel-may aylarında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən ölkədə dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan şəbəkənin ifşa edilərək məsuliyyətə cəlb olunması istiqamətində geniş miqyaslı əməliyyatlar həyata keçirilib. “Dərman mafiyası”na qarşı əməliyyatlar çərçivəsində içərisində Dövlət Gömrük Komitəsinin (DGK) vəzifəli şəxsləri də olmaqla, bir qrup gömrükçüyə qarşı cinayət işi açılıb. Buna görə də DGK sədrinin müvafiq əmrinə əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, general Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi, general Fikrət Qədiməliyev, həmçinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədov işdən çıxarılıb.

DTX-da davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə əvvəlcə Fərman Həmzə oğlu Məmmədli, Vasif Teymur oğlu Xıdırov, Cəmil Səlim oğlu Mehdiyev, Ateş Adem oğlu Atanur, Anar Kamran oğlu Məmmədov, həmçinin Əlamət Nazim oğlu Quliyevə müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan edilərək, barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib.

Mayın 10-da isə Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyevə ittiham elan olunub. Ona Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan edilib. İstintaqda Fikrət Qədiməliyevin adı əsas fiqurant kimi çəkilsə də, məhkəmə onun barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri çıxarmışdı. Səbəb kimi onun ağır xəstə olması göstərilmişdi.

Bir qədər əvvəl “AzPolitika.info”ya daxil olan məlumatda bildirilirdi ki,  avqustun 14-də bu cinayət işində adı keçən digər yüksək rütbəli məmura – gömrük general-mayoru Sadiq Abduyevə qarşı da rəsmi ittiham elan olunub. Belə ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi) və 206.3.2 (qaçaqmalçılıq) maddələri ilə cinayət işi açıldığı bildirilirdi. Ancaq haqqında hər hansı qətimkan tədbiri seçilməyib.

Saxlanılan gömrükçülərdən birinin yaxını da bildirir ki, generallar barədə həbs qətimkan tədbiri seçilmədiyi halda, onların tapşırıqlarını icra edən sadə işçilərin təcridxanada saxlanılmasını başa düşmək olmur: “Həbs edilən bütün gömrükçülər barəsində həbs-qətimkan tədbiri onların istintaqa mane ola biləcəkləri ehtimalı əsas götürülməklə seçilib. Necə olur ki, aşağı vəzifəli gömrükçülər istintaqa mane ola biləcəyi ehtimal edilir, ancaq yüksək vəzifə tutanlar barədə bu düşünülmür? Burda məntiq varmı? Bu, ona bənzəyir ki, avtomobili yüksək sürətlə sürərək qəza törədən sürücü məsuliyyətdən kənarda saxlanır, yanında oturan sərnişin kəmər taxmadığı üçün həbsə alınır”.

Onun sözlərinə görə, həbs edilənlərin əksəriyyəti Tibbi Xidmət İdarəsinin əməkdaşları olsalar da, onlara bu işi gördürən rəis Fikrət Qədiməliyev azadlıqda rahat şəkildə fəaliyyət göstərir: “Düzdür, ona qarşı da ittiham irəli sürülüb. Ancaq ağır xəstə olduğu iddia edilərək, barəsində həbs qətimkan tədbiri seçilməyib. Ancaq Fikrət müəllim necə ağır xəstədir ki, müxtəlif hospitallarda cərrahi əməliyyatlar həyata keçirir, biznesi ilə məşğul olur?”

Elə digər general Sadiq Abduyev də öz biznesi ilə məşğuldur, sərbəst şəkildə fəaliyyətini davam etdirir: “Halbuki, bu işdə əsas məsuliyyəti də məhz Hava Nəqliyyatında Baş Gömrük İdarəsi daşıyır. Onlar bu malların ölkəyə gətirilməsinin qarşısını alsaydı, Tibbi Xidmət İdarəsi necə dövriyyəyə buraxa bilərdi? Tibbi Xidmət İdarəsinin əməkdaşları sadəcə verilən tapşırıqları yerinə yetirdikləri halda, onları həbsə alıblar. Əlbəttə, onlar da məsuliyyət daşıyır. Ancaq əsas fiqur deyillər.
Biz kiminsə həbs edilməsini arzulamırıq. Ancaq bir işin başında duran şəxsin azadlıqda gəzdiyi, işi ilə məşğul olduğu halda, onun tapşırıqlarını icra edənlərin həbsə salınması nə qədər doğrudur?
Ordan-burdan eşidirik ki, onların himayəçiləri var deyə heç nə etməyəcəklər. Bütün günahı haqlarında həbs qətimkan tədbiri seçilən aşağı vəzifəli icraçıların üzərinə qoyaraq işə xitam veriləcəyinə dair fikirlər səsləndirilir. Ona görə də, biz bu məsələnin ölkə rəhbərliyinin, ictimaiyyətin diqqətində qalmasını, hər kəsin öz əməlinə görə cəza almasını istəyirik”.

Yazıda qeyd olunanlarla bağlı qarşı tərəfin, eləcə də istintaq orqanının da mövqeyini işıqlandırmağa hazırıq.

Reportyor.info

Əvvəlki yazı

“PAŞİNYAN O SƏRVƏTDƏN ÖZ ŞƏXSİ PAYINI İSTƏYİR…” – Prezidentin köməkçisinin məqaləsi

Sonrakı yazı

KEÇMİŞ HƏRBİ KOMİSSARDAN ŞOK SİYAHI – Nazirlərin övladları ön cəbhədə xidmət ediblərmiş…

Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11
Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

05 Fevral 2026, 15:10
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

05 Fevral 2026, 14:21
Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

05 Fevral 2026, 14:19
TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

05 Fevral 2026, 14:18
26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

05 Fevral 2026, 13:48
AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026, 11:21

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.