11-05-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Generalın geri aldığı əmlaklar yenidən müsadirə oluna bilər

28 Fevral 2023, 13:55
Gündəm
A A
Generalın geri aldığı əmlaklar yenidən müsadirə oluna bilər

Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyev, 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai İstintaq İdarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərovun apellyasiya şikayəti üzrə proses davam edir. 

Qaynarinfo xəbər verir ki, sonuncu prosesdə ilk olaraq zərərçəkən Əhməd Mirzəyev çıxış edib. O, heç bir günahı olmadan həbsə alındığını bildirib:

“Heç bir qaçaqmalçılıqla məşğul olmadığım halda məni istintaqa cəlb etdilər. MTN-nə çağırdılar, birbaşa İstinaq Baş İdarəsinin rəisi olan Mövlam Şixəliyevin otağına apardılar. Məndən 500 min manat pul istədi. Əks halda ən azından qaçaqmalçılıqla 8 il azadlıqdan məhrum olunacağımı bildirdi. 1 aya yaxın məni qanunsuz olaraq həbsdə saxladılar. Şirkətimə Çingiz Əsədullayevin bankından 300 min dollarlıq kredit xətti açdılar. Ümumilikdə 400 min dollar pul alıblar. Bundan sonra 15 aprel 2010-cu il tarixdə Təhsin Ağayev məni otağına gətizdirdi, “pul çatıb, səni azad edəcəyik” dedi. Təhsin Ağayev də məndən 10 min manat alıb qaçdı. Bu gün məhkəmələrə gəlmir. Pulu aldıqları gün məni azadlığa buraxdılar. Amma bundan sonra da Mövlam Şıxəliyev məndən əl çəkmədi. Hər dəfə bir sifariş göndərirdi.

2010-2015-ci illər ərzində santexnka malları satılan mağazamdan müntəzəm olaraq öz malikanələri, obyektləri üçün pulsuz kafel-metlax və santexnika avadanlıqları daşıtdırdı. Payçısı olduğum Gədəbəy Mineral Suları zavodundan pulsuz 5 il ərzində “Slavyanka” suları ilə öz evlərini və obyektlərini təmin edirdi. Qızıldan “Vertu” telefonu və “Stefano Ricci” mağazasından ad gününə kostyum almaq adı altında məndən 25 min dollar qopardı”.

Zərərçəkən Müsənnif Salahov da məhkəməyə verdiyi apellyasiya şikayətini müdafiə edib:  “Mövlam Şıxəliyevə verilmiş cəzanın ağırlaşdırılmasını tələb edirəm. 2012-ci ilin martında “Texnikabank işi” üzrə MTN-də aparılan araşdırıma ilə bağlı MTN-nə dəvət olunmuşam. O zaman bankın Sumqayıt filialının rəhbəri idim. Martın 27-də ümumi suallar verib izahat aldılar. Vüsal Ələkbərov məni apardı Mövlam Şıxəliyevin müavini Təhsin Ağayevin yanına. Orada məndən 3 milyon pul istənildi. Həmin gün evə qayıtdım və səhərisi gündən təzyiqlər başladı. Zəngləri Təhsin Ağayev edirdi. Vüsal Ələkbərov deyirdi ki, pulu gətir, gətirməsən, sən də Etibarın(“Texnikabank” rəhbəri) yanına gedəcəksən. Dedim ki, məndə o pul yoxdur. Uzun-uzadı tələblər oldu, pulu verə bilmədim. Bir dəfə 200 min gətirib verdim. 1 həftə sonra qaytarıb verdilər ki, bəs biz ciddi adamlarıq, bu iş 200 minlə düzələn deyil. Dedilər ki, Mövlam Şıxəliyev yoxdur, qızı xəstədir, onunla bərabər Türkiyədədir. Sağ olsun, gələndən sonra çox xahiş-minnətdən sonra 600 min manatın üzərində dayandı. 500 minini aparıb verdim. 1 həftə vaxt verdi ki, 100 mini də verim. Gətirib o pulu da verdim. Ona görə də bu gün şikayətimi müdafiə edirəm, dəymiş zərərin ödənməsini istəyirəm”.

Digər zərərçəkənlər də Mövlam Şıxəliyevin ünvanına ittihamlar səsləndirərək, onun cəzasının ağırlaşdırılmasını xahiş edib.

Bundan sonra Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov çıxış edib. Vəkil bildirib ki, müvəkkilinin əməlində cinayət sıfıra bərabərdir. Vəkil bildirib ki, Mövlam Şıxəliyevə məxsus olan və üzərinə həbs qoyulan əmlakların 90 faizini o, MTN İstintaq Baş İdarəsinin rəisi olmazdan əvvəl əldə edib. Vərəsəlik şəkilində onun alə üzvlərinə keçən pay torpağı müsadirə olunub.

Vəkil bildirib ki, Mövlam Şıxəliyevin həyat yoldaşı Aybəniz Şıxəliyeva bacısı oğlu Ağabala Şıxıyevlə birlikdə mebel biznesi ilə məşğul olublar. Biznesdə Aybəniz Şıxəliyevanın oğlu Elgün Şıxəliyev də iştirak edib. Vəkil Səbail rayonu ərazisində Aybəniz Şıxəliyevanın mebel biznesindən əldə etdiyi gəlirlər hesabına əmlaklar aldığını diqqətə çatdırıb. Bildirib ki, həmin əmlakların 2-də bir hissəsi müsadirəyə götürülüb. Halbuki həmin dövrə aid Mövlam Şıxəliyevin əməlində hər hansı bir ittiham yoxdur.

Daha sonra sonra hakim çıxış üçün sözü dövlət ittihamçısına verib. O, Bakı Hərbi Məhkəməsinin Mövlam Şıxəliyev və digər 3 şəxs barəsində çıxardığı hökmün cəza hissəsi ilə razı olduğunu deyib. Dövlət ittihamçısının narazı qaldığı hissə isə müsadirəyə götürülən əmlaklarla bağlıdır.
Belə ki, Bakı Hərbi Məhkəməsi istintaq dövründə üzərinə həbs qoyulan əmlakların yarısına qədərini Mövlam Şıxəliyevə qaytarıb. Dövlət ittihamçısı isə bildirib ki, həmin əmlaklar cinayət yolu ilə əldə olunub və geri qaytarıla bilməzdi. Ona görə də məhkəmədən xahiş edib ki, xüsusi müsadirədən çıxarılan həmin əmlaklar tam olaraq müsadirəyə götürülsün. Dövlət ittihamçısının çıxışından sonra proses martın 6-na qədər təxirə salınıb.

Əvvəlki yazı

Adil Kərimli təmizliyə başladı – 30-dan çox vəzifəli şəxs işdən çıxarıldı

Sonrakı yazı

Baş Prokurordan yeni təyinat

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.