Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə Banner

GENERALA RƏSMİ İTTİHAM ELAN OLUNDU! – “Dərman mafiyası”nın istintaqında ŞOK gəlişmə

2018-08-17
in Banner, Manşet, SEÇMƏ
0
GENERALA RƏSMİ İTTİHAM ELAN OLUNDU! – “Dərman mafiyası”nın istintaqında ŞOK gəlişmə
0
Paylaşılıb
12
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan şəbəkənin ifşasından sonra başlanan cinayət işinin istintaqında yenilik var.

“AzPolitika.info”ya mötəbər mənbələrdən daxil olan məlumata görə, aylarla davam edən istintaqdan sonra avqustun 14-də bu cinayət işində adı keçən ən yüksək rütbəli və vəzifəli məmura – Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sabiq rəisi, gömrük general-mayoru Sadiq Abduyevə qarşı rəsmi ittiham elan olunub! Belə ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi) və 206.3.2 (qaçaqmalçılıq) maddələri ilə cinayət işi açılıb. Rəsmi ittiham elan olunduqdan sonra bu generalın barəsində həbs-qətimkan tədbirinin seçilib-seçilmədiyini dəqiqləşdirə bilmədik.

Bənzər Yazılar

Azərbaycanda ən uzun asma körpü və yeraltı tunel inşa edilir (FOTO/VİDEO)

“Bakıdan başqa, bütün ölkələrdə metro işləyir” – Partiya sədri

Azərbaycanın səfiri 250 min manata maşın aldı (FOTOLAR)

Xatırladaq ki, bu ilin aprel-may aylarında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən ölkədə dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan şəbəkənin ifşa edilərək məsuliyyətə cəlb olunması istiqamətində geniş miqyaslı əməliyyatlar həyata keçirilib. Əvvəlcə Bakıda 11 ünvana, o cümlədən dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan “Sanimed” və “Epidbiomed” Məhdud Məsuliyyətli Cəmiyyətlərin inzibati binalarına, onlara məxsus anbarlara, aptek şəbəkələrinə, yaşadıqları mənzillərə, habelə dərman vasitələrinin qanunsuz satılması prosesində iştirak etmiş bəzi həkimlərin iş otaqlarına baxış keçirilərək, qanun pozuntularını törədən şəxslərin əməlləri ifşa edilib. Beş vəzifəli şəxs həbs olunub.

Sonra “dərman mafiyası”na qarşı əməliyyatlar Dövlət Gömrük Komitəsində davam etdirilib. Aprelin 30-da DGK-nın yüksək vəzifəli şəxslərinin də içində olduğu “dərman mafiyası”nın üzvləri ifşa olunub. Üç gün sonra – mayın 3-də isə DGK sədrinin müvafiq əmrinə əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev sərəncama götürülüblər. Əməliyyatdan sonra həmçinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədov da sərəncama götürülüb.

gomruk

Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə Fərman Həmzə oğlu Məmmədli, Vasif Teymur oğlu Xıdırov, Cəmil Səlim oğlu Mehdiyev, Ateş Adem oğlu Atanur, Anar Kamran oğlu Məmmədov, həmçinin Əlamət Nazim oğlu Quliyevə müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla, barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib.

Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyevə mayın 10-da ittiham elan olunub. Ona Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Rəsmi məlumatdan belə məlum olur ki, “dərman mafiyası” ilə DGK rəsmiləri qaçaq yolla ölkəyə gətirilən dərman preparatlarına görə 25 faiz haqq alıblar. İlkin istintaqla müəyyən olunub ki, xarici ölkə vətəndaşı Ateş Atanur və Azərbaycan Respublikasının vətəndaşı Anar Məmmədov 2016-cı ildən aprelin 30-dək satış məqsədi ilə dərman vasitələrinin ölkəyə qanunsuz yollarla gətirilməsini müntəzəm təşkil ediblər. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin vəzifəli şəxsləri bu dərmanların yük müşayət sənədlərini dəyişdirərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Mərkəzi Gömrük Hospitalına çatması nəzərdə tutulan başqa məhsullar adı altında bəyan edilməsini, bu yolla qeyd olunan dərmanların ölkəyə qeydiyyatsız keçirilməsini təşkil etməyə görə əvvəlcədən hər yükün ümumi dəyərinin 25 %-i dəyərində haqq alıblar. Dərmanların ölkəyə qeydiyyatsız idxalını, gömrük nəzarətindən çıxarılaraq birbaşa dərman satışı ilə məşğul olan şəxslərə çatdırılmasını təmin ediblər.

gomruk derman

Onu da qeyd edək ki, ilk günlərdən DGK-nin Tibbi Xidmət İdarəsinin 6 əməkdaşı həbsə alındığı, İdarənin rəisi, gömrük xidməti general-mayoru Fikrət Qədiməliyev barədə cinayət işi qaldırıldığı halda, Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən yalnız 1 nəfərə qarşı ittiham irəli sürülmüşdü. Görünür istintaq bu idarənin rəhbərliyinin də təqsirini sübut edən kifayət qədər dəlillər toplaya bilib.

“Uzun illər boyu Hava Nəqliyyatında Baş Gömrük İdarəsində bahalı dərman vasitələri xəstə bezi və pampers kimi qeydiyyata alınaraq, ölkəyə buraxılıb. Bununla həm dövlətin milyonlarla manat vəsaiti mənimsənilib, həm də tərkibi yoxlanılmadan ölkəyə gətirilən dərmanlar əhalinin sağlamlığına təhlükə yaradıb. Bunları İdarənin rəisi, gömrük general-mayoru Sadiq Abduyevin, eləcədə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədovun xəbəri olmadan həyata keçirilməsi mümkün deyildi” – məlumatlı mənbə bir qədər əvvəl “AzPolitika”ya bildirmişdi.

Onu da xatırladaq ki, Sadiq Abduyev fövqəladə hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşının əmisi oğludur…

Rasim ƏLİYEV
AzPolitika.info

PaylaşTweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

Bu il dərslər sentyabrın 15-də başlamayacaq - SƏBƏB

Sonrakı yazı

Əsgər ölümünə görə 3 hərbi qulluqçu həbs edildi - RƏSMİ

Sonrakı yazı
Əsgər ölümünə görə 3 hərbi qulluqçu həbs edildi – RƏSMİ

Əsgər ölümünə görə 3 hərbi qulluqçu həbs edildi - RƏSMİ

Qadın özünü maşından ataraq intihar etdi

Qadın özünü maşından ataraq intihar etdi

Orta məktəblərdə ilk dərs bu mövzulara həsr olunacaq – Nazir əmr verdi

Orta məktəblərdə ilk dərs bu mövzulara həsr olunacaq - Nazir əmr verdi

Discussion about this post

Bizə Qoşulun

  • 21.2k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

“Qarabağ” darmadağınla qalib gəldi

“Qarabağ” darmadağınla qalib gəldi

2021-04-12
Ermənistanda rus generalın qızının meyiti tapıldı

Ermənistanda rus generalın qızının meyiti tapıldı

2021-04-12
Azərbaycanda ən uzun asma körpü və yeraltı tunel inşa edilir (FOTO/VİDEO)

Azərbaycanda ən uzun asma körpü və yeraltı tunel inşa edilir (FOTO/VİDEO)

2021-04-12
Bu şəxslər peyvənd oluna bilməz

Bu şəxslər peyvənd oluna bilməz

2021-04-12
“Gizli toy edənlər düz edirlər“ – Deputatdan qalmaqallı açıqlama

“Gizli toy edənlər düz edirlər“ – Deputatdan qalmaqallı açıqlama

2021-04-12
“Bakıdan başqa, bütün ölkələrdə metro işləyir” – Partiya sədri

“Bakıdan başqa, bütün ölkələrdə metro işləyir” – Partiya sədri

2021-04-11
Ağsuda yas keçirənlər inzibati məsuliyyətə cəlb edildi

Ağsuda yas keçirənlər inzibati məsuliyyətə cəlb edildi

2021-04-11
Ağstafada şəhidin son arzusu yerinə yetirildi (FOTO)

Ağstafada şəhidin son arzusu yerinə yetirildi (FOTO)

2021-04-11
Azərbaycanın səfiri 250 min manata maşın aldı (FOTOLAR)

Azərbaycanın səfiri 250 min manata maşın aldı (FOTOLAR)

2021-04-11
Hikmət Hacıyev: “”Media haqqında” qanun layihəsi hazırlanıb”

Hikmət Hacıyev: “”Media haqqında” qanun layihəsi hazırlanıb”

2021-04-10
Azərbaycanda daha 33 nəfər koronavirusdan öldü – Foto

Azərbaycanda daha 33 nəfər koronavirusdan öldü – Foto

2021-04-10
“Buta Airways” Moskvaya uçuşları bərpa edir – QAYDALAR

“Buta Airways” Moskvaya uçuşları bərpa edir – QAYDALAR

2021-04-10
Fahrettin Altun Şuşanın qlobal turizm məkanına çevrilməsindən danışdı

Fahrettin Altun Şuşanın qlobal turizm məkanına çevrilməsindən danışdı

2021-04-10
Türk Şurası rəsmiləri sabah Ağdama gedəcək

Türk Şurası rəsmiləri sabah Ağdama gedəcək

2021-04-10
Karantin qaydalarını pozan 30 ictimai iaşə obyekti cərimələnib (SİYAHI)

Karantin qaydalarını pozan 30 ictimai iaşə obyekti cərimələnib (SİYAHI)

2021-04-10
Bakıda Türk Şurası rəsmilərinin toplantısı keçirilir

Bakıda Türk Şurası rəsmilərinin toplantısı keçirilir

2021-04-10
Koronavirusa yoluxan hamilələr nə etməlidir? – Həkimdən AÇIQLAMA

Koronavirusa yoluxan hamilələr nə etməlidir? – Həkimdən AÇIQLAMA

2021-04-10
Bakıda daş karxanasında gənc işçi faciəvi şəkildə öldü

Bakıda daş karxanasında gənc işçi faciəvi şəkildə öldü

2021-04-10
DYP sürücülərə müraciət etdi

DYP sürücülərə müraciət etdi

2021-04-10
İstanbul Avropanın birinci şəhəri olacaq – 2035 hədəfləri

İstanbul Avropanın birinci şəhəri olacaq – 2035 hədəfləri

2021-04-10

Seçmə

  • Bütün
  • SEÇMƏ
DYP sürücülərə müraciət etdi
SEÇMƏ

DYP sürücülərə müraciət etdi

2021-04-10
Daha bir məktəb koronavirusa görə bağlandı
SEÇMƏ

Məktəblər hansı şərtlərlə açıla bilər? (VİDEO)

2021-04-10
İşdən çıxarılan daha bir direktor Ramiz Mehdiyevi məhkəməyə verdi
SEÇMƏ

İşdən çıxarılan daha bir direktor Ramiz Mehdiyevi məhkəməyə verdi

2021-04-09
İqtisadçı alim: “Uşaq pulu qayğı deyil, uşaqların haqqıdır”
SEÇMƏ

İqtisadçı alim: “Uşaq pulu qayğı deyil, uşaqların haqqıdır”

2021-04-06
Ən çox nöqsanlar bu qurumlarda qeydə alındı (SİYAHI)
SEÇMƏ

Ən çox nöqsanlar bu qurumlarda qeydə alındı (SİYAHI)

2021-04-05
Keçmiş Aparat rəhbərinin nədə ittiham olunduğu açıqlandı
SEÇMƏ

Keçmiş Aparat rəhbərinin nədə ittiham olunduğu açıqlandı

2021-04-03
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Bizi İzləyin

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

“Qarabağ” darmadağınla qalib gəldi

“Qarabağ” darmadağınla qalib gəldi

2021-04-12
Ermənistanda rus generalın qızının meyiti tapıldı

Ermənistanda rus generalın qızının meyiti tapıldı

2021-04-12
  • Reportyor.İnfo

© 2020 Reportyor.info.

  • Manşet
  • Gündəm
  • Cəmiyyət
  • SEÇMƏ
  • Siyasət
  • Dünya
  • Rəsmi
  • Sosial
  • Araşdırma
  • Kriminal
  • Təhsil
  • Əyalət
Nəticə yoxdur
Bütün nəticələrə bax

© 2020 Reportyor.info.