Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
No Result
View All Result
Reportyor
No Result
View All Result
Home Cəmiyyət

GENERAL ƏLİXANOV NİYƏ İŞDƏN ÇIXARILDI? – Bacısı oğlunun həbsi onu xilas etmədi

2018-05-04
in Cəmiyyət, SEÇMƏ
A A
0
GENERAL ƏLİXANOV NİYƏ İŞDƏN ÇIXARILDI? – Bacısı oğlunun həbsi onu xilas etmədi
0
SHARES
19
VIEWS
Facebook-da paylaş"Twitter"-də paylaş

Qaçan dustaqlara görə təkcə həbsdə olan bacısı oğlunun deyil, özünün də məsuliyyəti vardı…

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov vəzifəsindən azad edilib. Penitensiar Xidmətdən modern.az-a faktı təsdiqləyiblər. Generalın 65 yaşı tamam olduğu üçün təqaüdə göndərildiyi bildirilib. Maraqlıdır ki, H.Əlixanovun təqaüd yaşı mayın 1-də tamam olub… Yəni general dərhal işdən uzaqlaşdırılıb… Məsələ ilə bağlı unikal.org-a açıqlamasında Hüseyn Əlixanov işdən getməsini təsdiqləyib: “Mən işləmirəm artıq, təqaüdə çıxmışam. Hələ ki yerimə təyinat yoxdur”.
H.Əlixanovun hər hansı bir adla işdən çıxarılacağı hələ ötən ilin oktyabrından gözlənilirdi. Ötən ilin oktyabr ayının 23-də Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, CM-in müxtəlif maddələri ilə təqsirləndirilən “Qoca” ləqəbi ilə tanınan Etibar Məmmədov və 1989-cu il təvəllüdlü, CM-in müxtəlif maddələri ilə təqsirləndirilən “Abdulla” ləqəbli  Əli Ağami qaçmışdı.  E.Məmmədovun saxlanılması üçün keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərdiyi üçün öldürülərək zərərsizləşdirildi. Ə.Ağami isə Şirvan şəhərində saxlanıldı və bu işə görə də cəzası ağırlaşdırıldı.

“Abdulla” ləqəbli  Əli Ağami ile ilgili görsel sonucu

Faktla bağlı dərhal Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlandı. Bunun ardınca isə həbslər başladı.

Əvvəl tanınmış mügənni Fədayə Məmmədova (Laçın) təqsirləndirilən şəxs qismində istintaq cəlb olunaraq, barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçildi. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıldı və bu iş üzrə  istintaq hələ də davam etdirilir.

Qoca ləqəbli ile ilgili görsel sonucu

Ən maraqlı hadisələr isə bundan sonra baş verdi. Baş Prokurorluqda faktla bağlı başladılmış istintaq Penitensiar Xidmətin üç əməkdaşının saxlanmasına səbəb oldu. Qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılaraq istintaqa cəlb edildilər. Həmçinin Penitensiar Xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayevin barəsində  həbs-qətimkan tədbiri seçildi. Qarovul rəisi Ceyhun Səmədovun Hüseyn Əlixanovun bacısı oğlu olması faktı üzə çıxdıqdan sonra generalın taleyi demək olar ki, həll olundu. 

Üstəlik, həbsxanalara əsas nəzarət funksiyasının da H.Əlixanovun kurasiyasında olması onun işini itirəcəyinə şübhə yeri qoymurdu. “Yeni Müsavat”ın həmin günlərdə yazdığından  bir sitatı yada salaq: “Mümkündür ki, bu cinayət işində əsas fiqurun RX rəis müavininin ən yaxın qohumu olması generalın da karyerasına ciddi təhlükə olsun. Hələ bir çox gizli məqamların dustaqların həbsindən sonra üzə çıxacağı gözlənilir ki, bu da onların hökmündən əvvəl yüksək vəzifəli bəzi şəxslərə hökm (cəza) veriləcəyi etimalını gücləndirir”.  

Hüseyn Əlixanov ile ilgili görsel sonucu

H.Əlixanovu həmin vaxt işdən çıxarmadılar, görünür, xidmətlərinə görə onun karyerasını bu cür ağır ittihamla  bitirmək istəmədilər. Ölkədə ciddi rezonans doğuran bu hadisəyə görə Penitensiar Xidmətin əməkdaşları – Elvin Namazov, İlkin Emilov, Vüsal Məmmədov, Tehran Musayev və daha 4 nəfər işdən qovuldu.Bundan başqa, generalın bacısı oğlu da daxil olmaqla, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov ədliyyə orqanlarından xaric edildi.

may 4 kollaj.jpg (1.63 MB)

Qeyd edək ki, bu ilin fevralında isə Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə saxlanılan şəxslərin həbs müddəti daha  3 ay artırılıb. İstintaqın nə vaxt bitəcəyi isə bilinmir.

Hüseynağa Əlixanov (Vikipediya məlumatlarında adı belə yazılır)  1 may 1953-cü il tarixdə Quba rayonunun Yerfi  kəndində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hüquq-mühafizə orqanlarında əmək fəaliyyətinə 1981-ci ildən başlayıb. Bakı Şəhər Prokurorluğunun baş müstəntiqi, Gəncə şəhər prokuroru, Bakı Şəhər Prokurorluğunun daxili işlər orqanlarında qanunların icrasına nəzarət şöbəsinin rəisi, Bakı şəhər prokurorunun birinci müavini vəzifələrində işləyib. Bakı şəhər prokuroru vəzifəsini icra edib, Baş Prokurorluğun Prokurorluq orqanlarında istintaqa nəzarət idarəsinin rəisi, Bakı şəhər Nizami rayon prokuroru vəzifələrində işləyib. H.Əlixanov 2004-cü ildən ədliyyə orqanlarında xidmətə keçirilərək Ədliyyə Nazirliyinin Məhkəmə İcraçıları Baş İdarəsinin rəisi təyin edilib. 2007-ci ildən Penitensiar Xidmətin rəis müavini idi. (müsavat.com)

ShareTweetSendSendShareScan
Bizim Video
Previous Post

Ziya Məmmədovun oğlu 25 milyona Böyük Britaniya vətəndaşlığı alıb

Next Post

“Nar”-dan 40 qəpiyə bütün istiqamətlərə günlük 20 dəqiqə

Next Post
“Nar”-dan 40 qəpiyə bütün istiqamətlərə günlük 20 dəqiqə

“Nar”-dan 40 qəpiyə bütün istiqamətlərə günlük 20 dəqiqə

Yerli icra hakimiyyəti orqanlarından bu səlahiyyət alındı

Yerli icra hakimiyyəti orqanlarından bu səlahiyyət alındı

Qaradağda ata və oğlunu maşın vurdu

Qaradağda ata və oğlunu maşın vurdu

Discussion about this post

Bizə Qoşulun

  • 11.9k Subscribers
  • 1.2k Subscribers

Son Xəbərlər

Xəzərdən Kiyevə hücum: Ən bahalı raketlər atılıb

Xəzərdən Kiyevə hücum: Ən bahalı raketlər atılıb

2022-06-26
Mövlud Çavuşoğlu Azərbaycana gəlir

Mövlud Çavuşoğlu Azərbaycana gəlir

2022-06-26
Sergey Şoyqu Ukraynada – VİDEO

Sergey Şoyqu Ukraynada – VİDEO

2022-06-26
Azərbaycanlı qadın müğənni: “Pike kimi kişidən ayrılmaq olar?!”

Azərbaycanlı qadın müğənni: “Pike kimi kişidən ayrılmaq olar?!”

2022-06-26
BNA indi də kondisionerli dayanacağı su anbarına çevirdi – Foto

BNA indi də kondisionerli dayanacağı su anbarına çevirdi – Foto

2022-06-26
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 104 il ötür

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 104 il ötür

2022-06-26
Silahlı Qüvvələr Günü ilə bağlı 114 hərbçi təltif olunub

Silahlı Qüvvələr Günü ilə bağlı 114 hərbçi təltif olunub

2022-06-25
Bir qrup hərbçiyə ali hərbi rütbələr verilib – SƏRƏNCAM

Bir qrup hərbçiyə ali hərbi rütbələr verilib – SƏRƏNCAM

2022-06-25
Abşeronda 26 İyun Silahlı Qüvvələr Günü silsilə tədbirlərlə qeyd olundu

Abşeronda 26 İyun Silahlı Qüvvələr Günü silsilə tədbirlərlə qeyd olundu

2022-06-25
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin sonuncu respublika zona konfransı keçirilib

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin sonuncu respublika zona konfransı keçirilib

2022-06-24
Abşeron rayonunda silsilə tədbirlər keçirilib

Abşeron rayonunda silsilə tədbirlər keçirilib

2022-06-24
Son sutkanın yoluxma statistikası

Son sutkanın yoluxma statistikası

2022-06-24
DTX əməliyyat keçirdi: Saxlanılanlar var – RƏSMİ

DTX əməliyyat keçirdi: Saxlanılanlar var – RƏSMİ

2022-06-24
Bayden 907-ci düzəlişin dayandırılması müddətini uzatdı

Bayden 907-ci düzəlişin dayandırılması müddətini uzatdı

2022-06-24
Səfər Mehdiyev özü gedəcək, yoxsa göndərəcəklər? 

Səfər Mehdiyev özü gedəcək, yoxsa göndərəcəklər? 

2022-06-24
Şənbə günü Bakıda 33, rayonlarda 37 dərəcə isti olacaq

Şənbə günü Bakıda 33, rayonlarda 37 dərəcə isti olacaq

2022-06-24
Ermənilər Laçını atəşə tutub – RƏSMİ

Ermənilər Laçını atəşə tutub – RƏSMİ

2022-06-24
Azərbaycanla Rusiya arasında Saziş imzalandı

Azərbaycanla Rusiya arasında Saziş imzalandı

2022-06-24
İmzalanmış Siyasi Bəyannamə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdırır

İmzalanmış Siyasi Bəyannamə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdırır

2022-06-24
Rusiya: 2 minə qədər ukraynalı hərbçi mühasirəyə alınıb

Rusiya: 2 minə qədər ukraynalı hərbçi mühasirəyə alınıb

2022-06-24

Seçmə

  • Bütün
  • SEÇMƏ
Silahlı Qüvvələr Günü ilə bağlı 114 hərbçi təltif olunub
Gündəm

Silahlı Qüvvələr Günü ilə bağlı 114 hərbçi təltif olunub

2022-06-25
Azərbaycanla Rusiya arasında Saziş imzalandı
Manşet

Azərbaycanla Rusiya arasında Saziş imzalandı

2022-06-24
Məşhur klinika qapadıldı: Araz Bayramov dələduzdurmu?! – VİDEO
SEÇMƏ

Məşhur klinika qapadıldı: Araz Bayramov dələduzdurmu?! – VİDEO

2022-06-24
Əsir düşən ukraynalı polis intihar etdi
SEÇMƏ

Əsir düşən ukraynalı polis intihar etdi

2022-06-23
Qubadlı sakini Kəmaləddin Heydərova müraciət etdi, şok faktlar açıqladı
SEÇMƏ

Qubadlı sakini Kəmaləddin Heydərova müraciət etdi, şok faktlar açıqladı

2022-06-23
Səfər Mehdiyev Prezident Administrasiyasına çağırıldı
Cəmiyyət

Səfər Mehdiyev Prezident Administrasiyasına çağırıldı

2022-06-22
Reportyor

Bizi İzləyin

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Köşə
  • Manşet
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Uncategorized

Son əlavələr

Xəzərdən Kiyevə hücum: Ən bahalı raketlər atılıb

Xəzərdən Kiyevə hücum: Ən bahalı raketlər atılıb

2022-06-26
Mövlud Çavuşoğlu Azərbaycana gəlir

Mövlud Çavuşoğlu Azərbaycana gəlir

2022-06-26

Xeberler

  • Reportyor.İnfo
  • Əlaqə

© 2020 Reportyor.info.

  • Manşet
  • Gündəm
  • Cəmiyyət
  • SEÇMƏ
  • Siyasət
  • Dünya
  • Sosial
  • Araşdırma
No Result
View All Result

© 2020 Reportyor.info.