12-05-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Gecə saat 3-də barda oturur, nəşə çəkirlər” – Partiya sədri 

04 Aprel 2022, 22:56
Cəmiyyət
A A
“Gecə saat 3-də barda oturur, nəşə çəkirlər” – Partiya sədri 


“Övladına 400 minlik toy edən məmurun qızı, əlbəttə, gecə barlarda yatmalıdır…”Bu sözləri Yenisabah.az-a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Bakıda gecə saatlarında “Location” klubda baş verən partlayış barədə danışan Hacıyev bunun cəmiyyətdə qıcıq yaratdığını deyib:

“Əlbəttə, bu partlayış hamımızı üzür. Orada yaralananlar var. Hər halda Azərbaycanda bu tip gecə klublarının olması birmənalı qarşılanmır, hətta ora başqa cür də müraciət edirlər. Orada ancaq varlılar ola bilər, sizin, bizim kimi kasıblar heç çörək almağa pul tapmırıq. Ona görə də bu cür yerlərdə məmur təbəqəsinin övladları daha çox olur, gecələr evlərinə yığılmırlar, ən pozğun insanların hamısı elə yerlərdə toplaşır”.

Gecə klubunda yaralananların arasında sabiq məmur övladlarının da olmasına diqqət çəkən siyasətçi belə deyib:

“Onların hamısı harınlamış insanlar, onların ailələrinin övladlarıdır. Gecə saat 3-də gedib barda oturur, başqa işlərlə, narkomaniya ilə məşğul olurlar, getdikləri barlarda nəşə çəkirlər. Bu çox ciddi məsələdir. Azərbaycanda siyasi sabitliyi pozmaq istəyən güclər var, onlar əldə milyardları olan varlılardır, Azərbaycanın pulunu sümürüb-talayan məmur övladlarıdır. Arxa tərəfdə göstəriş verirlər ki, vəziyyəti gərginləşdirək, ölkədə qarşıqlıq düşsün. Belə bir vəziyyətdir. Bu vəziyyətdən çıxmaq üçün də yenə millətimizin birliyi lazımdır.

Kasıb təbəqə nə etməlidir? Onlar görür ki, Azərbaycan xalqının varını-dövlətini sümürənlər bir hissəsini xaricdə xərcləyir, bir hissəsini də bu cür gecə barlarında səpələyir. Buna görə onlarda qıcıq yaranır. Bu partlayış təbii ki, xoşagələn hal deyil, biz bundan üzülürük, amma ələxüsus da Ramazan ayının girdiyi gündə gecə saat 3-də o bar niyə açıq olmalıdır?! Ümumiyyətlə, məmur təbəqəsi, onların xanımları, övladları Azərbaycanda sabitliyin pozulması üçün əlindən gələni edirlər. Mən buna çox pis baxıram. Gəlin, hamımız ölkə prezidentinə kömək edək ki, ölkədə siyasi sabitlik nəzarətdən çıxmasın. Hər halda, bu barədə yoxlamalar gedir, prokurorluq müəyyən açıqlamalar verib, lakin düşünürəm ki, nə qədər ki, Azərbaycanda harınlamış təbəqə var, bununla məsələ bitməyəcək.

Övladına 400 minlik toy edən məmurun qızı, əlbəttə, gecə barlarda yatmalıdır. Hamısı belədir”.

Onun sözlərinə görə, dövlət idarələrində çalışan məmurların var-dövləti əllərindən alınmalıdır:

“Dövlət idarələrində işləyənlərin əllərində nə varsa, maaşları istisna olmaqla alınmalıdır. Bu zaman sabitlik olacaq. Bu olmasa mümkün deyil, yalandan “Hər şey əladır” deməklə olmur, bilirik ki, elə deyil. Bu da kasıb xalqda qıcıq yaradır. Millətin bir hissəsi acdır, şəhid ailələrinin durumu ağırdır. Qazilərimiz yeməyə çörək tapmırlar, bəzi məmurların övladları da gecə barlarda xarici vətəndaşlarla eyş-işrət yaşayırlar. Buna qarşı ciddi tədbir görülməlidir”.

Əvvəlki yazı

Prezident iki nəfərə şöhrət ordeni verdi (SƏRƏNCAM)

Sonrakı yazı

İlham Əliyev İsrailin nazirini qəbul edib

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.