Yaponiyanın Xirosima şəhərində dünən başlayan G7 Liderlər Zirvəsi ikinci günündə davam edir. ABŞ prezidenti Co Bayden, Böyük Britaniyanın baş naziri Rişi Sunak, Kanadanın baş naziri Castin Trüdo, İtaliyanın baş naziri Giorgia Meloni, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel və Aİ Komissiyasının sədri Ursula fon der Leyen , “Müqavimət və İqtisadi Təhlükəsizlik” adlı sessiyada İqtisadi görüş keçirilib.
Sessiyadan sonra edilən yazılı açıqlamada, ümumi çəkindirməni gücləndirmək və iqtisadi təzyiqlərə qarşı mübarizə aparmaq üçün yeni “İqtisadi Təzyiq Koordinasiya Platforması”nın yaradılacağı açıqlanıb.
Bu kontekstdə üzv ölkələrin müvafiq hüquq sistemlərinə uyğun olaraq erkən xəbərdarlıq və sürətli məlumat mübadiləsindən istifadə edəcəyi, müntəzəm olaraq bir-biri ilə məsləhətləşəcəyi, əməkdaşlıq çərçivəsində hadisələri təhlil edəcəyi, koordinasiyalı cavablar verəcək və iqtisadi təzyiqlərin qarşısını alacağı bildirilib.
“Biz beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən hərbi potensialın inkişafında inkişaf etdirdiyimiz ən son texnologiyalardan istifadənin qarşısını almaq üçün birgə məsuliyyətimizi və koordinasiyada qətiyyətimizi bir daha bəyan edirik”, – bəyanatda deyilir. Açıqlamada birtərəfli ticarət məhdudiyyətlərinə qarşı lazımi tədbirlərin görüləcəyi də bildirilib və strateji məhsullardan, o cümlədən yarımkeçiricilərdən və akkumulyator istehsalında istifadə edilən nadir elementlərdən asılılığın azaldılması üçün əməkdaşlıq ediləcəyi vurğulanıb.
Müəlliflik hüququndan tutmuş dezinformasiyaya qədər bir çox problemlərin həlli üçün işçi qrupunun yaradılacağı da vurğulanıb. Dünyanın gündəmində olan süni intellekt texnologiyasının təsirlərinin təcili olaraq qiymətləndirilməsinin vacibliyinə diqqət çəkilib. “Biz anlayırıq ki, biz ölkələr və sənayelər arasında getdikcə daha çox istifadə olunan süni intellekt texnologiyasının verdiyi imkanları və çağırışları dərhal həll etməliyik”, – bəyanatda deyilir. Bildirilir ki, hər bir ölkə bu məsələ ilə məşğul olmaq üçün öz nazirlərini təyin etməyə razılaşıb. Bundan əlavə, qeyd olunub ki, bu çərçivədə aparılacaq müzakirələrə idarəetmə, müəlliflik və əqli mülkiyyət hüquqlarının müdafiəsi, şəffaflığın təşviqi, informasiya manipulyasiyasına, o cümlədən dezinformasiyaya qarşı mübarizə, əlaqəli texnologiyalardan məsuliyyətli istifadə kimi məsələlər də yer alacaq.