Yaponiyanın Xirosima şəhərində keçirilən G7 Liderlər Zirvəsi ikinci iş günündə davam edir. G7 liderləri Çini Ukraynadakı müharibəni dayandırmaq üçün Rusiyaya təzyiq göstərməyə çağırıb. “Biz Çini Rusiyanın Ukraynaya təcavüzünü dərhal dayandırmağa və heç bir şərt qoymadan hərbi qüvvələrini geri çəkməyə çağırırıq”, – deyə birgə bəyanatda bildirilir.
Çin və Tayvan arasında zaman-zaman gərginlik yaşandığı da qeyd edilib. Bəyanatda Çini Tayvanda suverenlik münaqişəsinin sülh yolu ilə həlli tapmağa çağırılıb və Şərqi və Cənubi Çin dənizlərindəki vəziyyətlə bağlı “ciddi narahatlığın” vurğulanıb. Çinin Cənubi Çin dənizindəki geniş miqyaslı iddialarının hüquqi əsası olmadığı bildirilən açıqlamada, Çinin bölgədəki hərbi fəaliyyətlərinə qarşı çıxıldığı bildirilib.