Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
Reportyor.info xəbər verir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb.
Belə ki, kişi ailə münaqişəsi zəminində həyat yoldaşı, Gəncə şəhər sakini, 1967-ci il təvəllüdlü Quliyeva Ofeliya Həmid qızını bıçaqla qətlə yetirib.
Gəlini, 1984-cü il təvəllüdlü Quliyeva Günay Malik qızına, nəvələri – 2002-ci il təvəllüdlü Quliyeva Sevinc Elnur qızı və 2006-cı il təvəllüdlü Quliyev Malik Elnur oğluna bıçaqla xəsarətlər yetirib.
Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.