07-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Gəncədə nə baş verdi: Dövlətə, Dünyəviliyə, Dinə və Sabitliyə terror -TƏHLİL

11 İyul 2018, 09:20
Siyasət
A A
Gəncədə nə baş verdi: Dövlətə, Dünyəviliyə, Dinə və Sabitliyə terror -TƏHLİL

İyulun 10-da saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərdi.

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında qeyd olundu ki, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. Və nəticədə qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid oldular.

Asayiş keşikçiləri Gəncədə sabitliyi pozmağa cəhd edən 30-dan çox iğtişaşçını saxlayıblar, şəhərdə sakitlik tam bərqərar olub.

Gəncə artıq normal günlərindən birinə davam edir.

… Amma fakt bu ki, ölkənin ikinci böyük şəhərində iki polis zabiti qətlə yetirildi, terrora məruz qoyuldu, ölkəni Gəncədən qarışdırmaq istədilər.

Kimliyi, nə istədiyi, hansı davanı apardığ bəlli olmayan, “Allahu əkbər” sədası altında gizlənib (məhz gizlənib!) lomla, soyuq silahlarla silahlanıb şəhərin mərkəzi meydanına gələn bu dəstənin sabitliyin düşməni olduğu bəsbəllidir.

Bu adamlar dindardılarmı? Qətiyyən. Onların qətlə yetirdikləri polis zabiti Səməd Abbasov Gəncədəki məşhur İmamzada kompleksinin axundu, Gəncənin tanınmış və köklü dindarlarından olan Hacı Tahir Abbasovun qardaşıdır. Elə bu faktın özü deyir ki, hadisələrdə heç nə, amma heç nə təsadüfi deyil. Bu hadisələrdə din də, sabitlik də, dünyəvilik də, yəni, DÖVLƏT və DÖVLƏTÇİLİK üçün müqəddəs olan bütün dəyərlər hədəfə alınıb.

Gəncədəki iğtişaş cəhdini kənardan seyr edən uşaq belə anlayır ki, bu, bir xalq etirazı deyil, baxmayaraq ki, ölkədə bəzi problemlər var, bunu bircə gün əvvəl keçiridyi müşavirədə dövlət başçısı özü də deyib, məmurlara iradlar bildirib, tapşırıqlar verib. Bu hadisə ölkədə sabitliyə yüklənmiş, xalqı öz dövlətilə üz-üzə qoymaq istəyənlərin bölgə üçün planlaşdırılmış əməliyyatıdı. Qurulub, düzənlənib və balaca, dağıdıcı, beyni bəzi hücrələrdə yıxanmış yerli aktyorlara da kütləvi səhnələr tapşırılıb.

***

Hadisə baş verəndən, hüquq-mühafizə orqanları rəsmi məlumat yayandan dərhal sonra isə yenə də Gəncədəki başıpozuq dəstənin sosial şəbəkələrdəki dəstəkçiləri “iş başına keçdilər”. Bu dəfə hədsizliyin, arqumetsizliyin dibinə vurublar. Sosial şəbəkələrdə “iki polis zabitinin məhz məqsədli,iğtişaş yaratmaq görüntüsü üçün hökumət tərəfindən qətlə yetirildiyini ” yazırlar, yayırlar.

Halbuki özlərinin yaydıqları video görüntülərdə, radikalyöümlü saytlarının həyəcanlı qızının vay-şüvən içindəki yayımında belə soyuq silahla silahlanmış dəstənin polisə necə hücum çəkdiyi, zabitləri yaraladığı açıq-aydın əksini tapır. Hakimiyyətə olan kinini əks etdirmək üçün bundan betər “arqument” tapa bilmədimi, bu hücrəçilər? Bir hökümət illərlə yetişdirdiyi, hər zaman məhz anarxistlərin qarşısında dayanan, kəskin mövqeyi, sədaqəti ilə seçilən polisini vurarmı? Bunu düşünmək üçün hansı qafa sahibi olmaq lazımdır?

***

Bu gün Gəncədə baş verənlər Azərbaycanın müstəqilliyinə, dünyəvilyinə, sabitik boyda sərvətinə göz dikildiyinin göstəricisidir. Bir ovuc radikalın istəyi, məramı bilinmədən, hardan gəldiyi, nə səbəbə gəldiyi bəlli olmadan şəhəri qarşıdırmaq cəhdidir. Əslində açıq deyək, oyun o qədər primitiv, istedadsız və açıq oynanılır ki, bu hücrəçilərin yetişdirildiyi, mesaj aldığı mərkəz (lər) çox aydın görünür. Oturduqları yer Avropa və ya Azərbaycanda bir cami küncü ola bilər, amma oxuduqları moizənin havası soyuq gəlir.

Bu daşın altından çıxan əllər yaddır, amma biz bu əl(lər)i tanıyırıq. Həmişə MƏMLKƏTİN MÜSTƏQİLLİYİNƏ uzanıb, daxildən də o əli tutmağa və öpməyə cəhd edən dəstəni “hazır saxlayıb”.

***

Dərhal qanunun ən sərt üzü tətbiq edilməli, bu əməli törədənlər, bu əmələ təşviq edənlər tapılmalı, cəzalandırmalıdırlar. Bu ölkənin ən böyük sərvəti olan sabitliyə, dünyəviliyə göz dikən, ölkədə qarşıdurma yaratmaq istəyən heç kimə güzəşt olunmamalıdır. Buna yol açanların əlləri, bu cığırda yürümək istəyənlər ayaqları qırılmalıdır!

Sosial şəbəkədə, adını “siyasi müxalifət” qoyub, amma hardan silahlandığı, hardan əmr aldığı bəlli olmayan ən kiçik anarxist dəstəyə belə hakimiyyətə qarşı olduğu üçün dəstək verənlər də cəzadan, məsuliyyətdən kənarda qalmamalıdırlar.

***

Xalq baş verənlərdən hiddətlənib, çünki azərbaycanlılar başqa bir imperiyanın tərkibindən qurtulmaq üçün həqiqi azadlıq mübarizəsi aparanda belə heç kimi qətlə yetirməyblər. İndi, bu MÜSTƏQİL ölkənin vətəndaşları qatil olmaqla, terror törətməklə “mübarizə aparmırlar”, bu ölkədə mübarizənin də, Mübarizliyin də yolu VƏTƏNDAŞ olmaqdan keçir. Və ölkədə VƏTƏNDAŞ olan hər kəsi xaricidilli hücrələrdə yıxanan, qurunan beyinlərin sahibləri, onların lom tutan əlləri hiddətləndirir. Bu ölkənin VƏTƏNDAŞı öz polisinin, qanı qanından, dini dinindən, can canından olan qardaşının üstünə lomla, dəynəklə getməz, getməyib. Bu ölkənin VƏTƏNDAŞI bu lom tutan, daş atan, polis öldürən ƏL(LƏR)İ tanıyır, ona görə də o əllərin sahiblərinə haqlı olaraq xain deyir, bağışlamır, lənətləyir.

O hiddəti indi, bax elə bu saatlarda sosial şəbəkələrdə görmək mümkündür. Ölkənin bütün sağlam düşüncəli, layiq təfəkkürlü və sabitlik istəyən çoxluğu bu başıpozuqluğu lənətləyir.

Hətta 5 gün əvvəldən elan olunmasına baxmayaraq, xalq bu zorakılığı, iğtişaşı dəstəkləmədi, ona qoşulmadı, əksinə, Gəncə də daxil Azərbaycan etiraz səsini qaldırmağı, bu terroru lənətləməyi özünə borc bilir.

Və bütün sadaladıqlarlmızdan gəlinəcək son nəticə budur:

Azərbaycan xalqı DÖVLƏTİNİ, MÜSTƏQİLLİYİ, DÜNYƏVİLİYİ VƏ SABİTLİYİ seçir. Bu dəyərlərə zərbə yetirməyə cəhd edənlər isə qarşılarında VƏTƏNDAŞı görəcəklər!

APA ANALİTİK MƏRKƏZİ

Əvvəlki yazı

Masallıda faciə: qadın 2 uşaqla göldə batdı

Sonrakı yazı

Təhlükəsizlik orqanları Gəncə hadisələrində şübhəli bilinən 2 nəfər haqqında məlumat yayıb

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.