21-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ “AÇIQ QAPI GÜNÜ” KEÇİRİLMİŞDİR

11 İyun 2022, 16:16
Cəmiyyət
A A
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ “AÇIQ QAPI GÜNÜ” KEÇİRİLMİŞDİR

 

Gəncə Dövlət Universitetində təhsilin hər iki səviyyəsi üzrə yaz imtahan sessiyası başlayıb. İmtahanların yazılı, test, xüsusi qabiliyyət tələb edən ixtisaslarda qabiliyyət, Avropa İttifaqının ERASMUS+ proqramının Azərbaycan Universitetlərində keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması və inkişafı EQAC adlı layihəsi çərçivəsində icra olunacaq yeni kurrikulumun tətbiqi pilot layihəsi üzrə hazırlanan Biologiya müəllimliyi ixtisasında isə şifahi formada keçirilməsi nəzərdə tutulur.
İmtahan sessiyasının keçirilməsi üçün təlimata uyğun hazırlıq işləri yerinə yetirilmiş, imtahan otaqları ayrılmış, test imtahanlarının keçirilməsi üçün otaqlar kompüterlərlə təchiz edilmişdir. Tələbələrin semestr ərzində topladıqları ballar universitetin serverində elektron formada yerləşdirilmişdir.
Fənn müəllimləri tərəfindən yazılı imtahanlar üçün 60, test imtahanları üçün isə 300-500 sual hazırlanmışdır. Test suallarının cavabları “A” variantında əvvəlcədən tələbələrə verilmişdir.
İmtahan sesiyasının mütəşəkkil keçirilməsi, müvafiq metodiki işlərin həyata keçirilməsi və imtahan sessiyasına nəzarət edilməsi məqsədilə Universitet üzrə “İmtahan mərkəzi” və imtahan zamanı ictimai nəzarətin həyata keçirilməsi, habelə şəffaflığın təmin edilməsi məqsədilə Gəncə şəhərinin Respublikada tanınmış ziyalılarından, elm xadimlərindən, millət vəkillərindən, KİV nümayəndələrindən, tələbələrin valideynlərindən və QHT üzvlərindən ibarət “İctimai nəzarət şurası” yaradılmışdır.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qaynar xətt” xidməti ilə əlaqə yaratmaq və imtahanlar zamanı baş vermiş neqativ hallar haqqında operativ məlumat ötürmək məqsədilə Universitet üzrə “İmtahan qərargahı” fəaliyyət göstərir.
Gəncə Dövlət Universitetində yaz semestr imtahanlarının gedişi ilə tanış olmaq üçün 8 iyun 2022-ci ildə “Açıq qapı” günü keçirilmişdir. Universitetdə təhsil alan tələbələrin valideynlərinin, qeyri hökumət təşkilatlarının və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən “Açıq qapı” gününün iştirakçıları imtahan otaqlarını gəzmiş, yaradılan şəraitlə yaxından tanış olmuş, valideynlər övladlarının kömpüterdə test suallarına cavab vermələrini müşahidə etmişdir. Müasir texniki vasitələrlə təchiz edilmiş imtahan otaqları, hər tərəfdə hökm sürən sakitlik və nəzarətçilərin obyektiv fəaliyyəti razılıqla qarşılanmışdır.
Universitetin tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov “Açıq qapı” gününün iştirakçılarına ali təhsil ocağında imtahanların obyektiv və şəffaf keçirilməsi üçün yaradılan şəraitlə, tələbələrin imtahanlarla bağlı şikayətlərini və narazılıqlarını araşdırmaq üçün yaradılmış “Apelyasiya komissiyası”nın və “İmtahan qərargahı”nın fəaliyyəti ilə bağlı ətraflı məlumat verdi.
“Açıq qapı” günündə 20-yə yaxın valideyn iştirak etmişdir. Gəncə şəhərindən və ətraf rayonlardan gəlmiş valideynlər Saleh Abbasov, Vasif Verdiyev, Teymur Kərimli, Asif Tağıyev və başqaları imtahanların gedişindən razı qaldıqlarını bildirmiş, burada təhsil alan övladlarının biliklərinin obyektiv qiymətləndirilməsi üçün göstərilən qayğıya görə universitet rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər. Qarabağ qazisi Mehdi Kərimov universitetdə təhsil alan iki övladına göstərilən qayğıdan danışaraq universitet rəhbərliyinə öz minnətdarlığını bildirdi.
Sonra “Açıq qapı” gününün iştirakçıları 44 günlük Vətən müharibəsində şəhid olmuş, həm də qazi adını almış universitet tələbələrinin şəkillərindən ibarət guşəyə baxış keçirtmiş, ümummilli lider Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkdirmişlər.
“Açıq qapı” günündə universitetin elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə və humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva da iştirak edərək qonaqlara imtahanlara hazırlığın vəziyyəti ilə bağlı ətraflı məlumat vermişlər.

Əvvəlki yazı

Abşeron rayonunda vətəndaş qəbulları keçirilib

Sonrakı yazı

Kazmirov Kremlin “erməni sifətini” ifşa etdi

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.