04-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Gələcək yeni reallıqlara əsaslanaraq qurulmalıdır

18 Dekabr 2021, 16:40
Cəmiyyət
A A
Gələcək yeni reallıqlara əsaslanaraq qurulmalıdır

1990-cı illərdə həm Azərbaycan, həm də Ermənistan öz müstəqilliyinə qovuşdu. Bir sıra dövlətlərdə, eləcə də Azərbaycanda hərc-mərclik yarandı. Hakimiyyət uğrunda mübarizələr başlandı.
Həmin vaxtlar Ermənistanın ordusu Azərbaycanın sərhədlərinə hücum çəkərək torpaqlarımızın 20 faizini işğal etdi. Bir milyondan artıq soydaşlarımız öz yurd-yuvalarından didərgin düşərək Bakıya, Sumqayıta və Azərbaycanın digər rayon və kəndlərinə pənah gətirdilər.
Bu müddət ərzində erməni vandalları işğal etdikləri ərazilərdə soyğunçuluqla məşğul oldular.
On illərlə ermənilər bütün dünyaya Ermənistanın “yenilməz ordusu”, “döyüşkən, igid əsgəri”, “cəsarətli komandirləri” barədə mif yaymağa başladılar. “Dənizdən dənizə” xülyası ilə yaşadılar.
ATƏT-in Minsk Qrupunun qəbul etdiyi bəyanatlara məhəl qoymayaraq, Azərbaycanın torpaqlarından çıxmaq deyil, hətta Azərbaycanı bütövlükdə belə işğal etmək niyyətində olduqlarını açıq aşkar bildirirdilər.
27 sentyabr 2020-ci il tarixində Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə Azərbaycan nəhayət özü öz torpaqlarını erməni işğalından azad etməyə qalxdı.
44 günlük vətən müharibəsi ərzində Azərbaycan Ordusu yenilməz siyasətçi, cəsarətli rəhbər İlham Əliyevin komandanlığı ilə işğal altında olan torpaqlarımızı mənfur düşməndən təmizlədi. Ermənistan ordusu tamamilə məhv edildi. Kapitulyasiya aktı imzalandı. Torpaqlarımızın qalan hissələri də kapitulyasiya aktından sonra bir güllə atmadan belə erməni əsgərləri və 30 ilə yaxın orada yaşayan ermənilər tərəfindən boşaldıldı. Ermənilərin özləri haqqında yaratdıqları mifi darmadağın etdi. Hazırda bütün dünya Azərbaycan Ordusunun taktikasını öyrənir. Azərbaycan əsgərinin şücaətindən, qəhrəmanlığından və müzəffər Ali Baş Komandanımızın uzaqgörən siyasətindən danışır.
Azərbaycanın qalibiyyəti ilə başa çatan Vətən müharibəsindən dərhal sonra Dövlət sərhədləri təyin edilməli idi, lakin hava şəraitinin buna imkan vermədiyindən, ordumuz 2021-ci ilin may ayında Azərbaycanın Dövlət sərhədlərinə tərəf hərəkət etməyə başladı və öz mövqeyini tutdu.
Azərbaycan həmişə şülhün tərəfdarı olub. İndiyə qədər nə heç kəsin torpağında gözü olmayıb, nə də heç bir yerə hücum etməyib. Lakin ermənilər özlərinin məğlubiyyəti ilə barışmaq istəmir və sərhədlərimizdə yeni təxribatlar törətməyə cəhd göstərir. Odur ki, Azərbaycan Ermənistanın manevrlərini, hərəkətlərini yenidən sərhəddi pozmaq cəhdlərini izləyir. Hər bir halda erməni tərəfindən olan təhlükələrin qarşısı alınır və alınacaq.
Azərbaycan sülh danışıqlarına hər vaxt getməyə hazır olduğunu bildirib. Lakin Ermənistan tərəfindən hələ də heç bir cavab yoxdur. Belə ki, Ermənistan Azərbaycanın sərhədlərini tanımaq istəmir. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu qəbul edir. Ermənistan isə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb tanımadığı barədə yalnız susur. Hal-hazırda Ermənistanın bu məsələ ilə bağlı heç bir mövqeyi yoxdur.
Azərbaycanın, Rusiyanın və Ermənistanın Baş nazirlərinin müavinlərinin rəhbərlik etdikləri üçtərəfli işçi qrup çərçivəsində görüşlər davam edir. Bu qrupların görüşlərinin əsas məqsədi və vəzifəsi kommunikasiyaların açılmasıdır. Artıq bu səpkidə bir neçə danışıqlar mərhələsi uğurla başa çatdırılıb.
Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqəsinin açılması ilə bağlı tam razılıq əldə edilib. Danışıqlar, razılaşmalar zamanı avtomobil yolunun da çəkilməsinin labüd olduğu bildirilib və bu barədə artıq aydın təsəvvürlər mövcuddur.
Zəngəzur dəhlizinin hüquqi rejimi müzakirə olunub.
Artıq Azərbaycan Hava Yollarının Bakıdan Naxçıvan Muxtar Respublikasına uçan təyyarələri Ermənistan Hava Yollarından keçməyə başlayıb.
Gələcək artıq yeni reallığa əsaslanaraq qurulmalıdır. Ermənistan yalnız Azərbaycana qarşı düşmənçilik əməllərindən çəkinməli, Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir.
Şəhla Ağbulud

Əvvəlki yazı

Sabah hava necə olacaq?

Sonrakı yazı

“Uşaqpulu üçün 3 milyard lazımdır, bu pulu ödəmək məqbul sayılmır” – Sahil Babayev

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34
DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

03 Fevral 2026, 11:32
Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

03 Fevral 2026, 10:10
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.