“Deputat həmkarlarımı təmkinli olmağa və nəticəni gözləyib, mülahizələr yürütməyi çağırıram. Hazırda rayonda bu hadisələrlə bağlı iş aparılır. İlkin məlumatlar olsa da, nəticəni biz gözləməliyik”.
Reportyor.info-ya xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Gədəbəydən seçilən deputat Sevinc Hüseynova deyib.
Deputat bildirib ki, Sovet dövründən bu kənd alimlər kəndi kimi də tanınır:
“Söyüdlü kəndində əhalinin əsas məşğulluq sahəsi əkinçilik, maldarlıqdır. Söyüdlü kəndinin əhalisi I və II Qarabağ müharibəsi zamanı vətəninə xidmət edib. Rayonumuzda baş verən hadisə məndə təəssüf hissi doğurur. Dağın başında halal əməkləriylə övlad böyüdən insanların ekoloji sağlam mühitdə yaşamaq istəyi onların hüququdur”.