06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

GƏNCƏDƏ BANKLARI DA TALAYIBLAR – İş adamlarının adına milyonlarla kredit götürülüb

11 Oktyabr 2018, 21:37
Gündəm, Cəmiyyət
A A
GƏNCƏDƏ BANKLARI DA TALAYIBLAR – İş adamlarının adına milyonlarla kredit götürülüb

Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisinin 78 mülkdən xərac topladığı məlum olub

Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi, Elmar Vəliyevin “sağ əli” kimi tanınan Məharət Mustafayevə  cinayət işi açılması barədə məlumat vermişdik.

Qeyd edək ki, daha əvvəllər (2011-2014-cü illər) Gəncə şəhər Nizami rayonunun icra başçısı olmuş Məharət Mustafayev həmin vaxtlardan yerli əhaliyə, habelə onlarla sahibkara qan uddurub. O, nəhayət, Göygöl rayonunun bələdiyyə sədrini döydükdən sonra vəzifəsindən azad edilmişdi.
Bir müddət sonra – daha dəqiqi, 2016-cı ildə isə M.Mustafayev Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi vəzifəsinə təyin edilib. Bu vəzifədə olduğu müddət ərzində Gəncə şəhərində mülkiyyət, torpaq satışı məsələləri yalnız Məharət Mustafayevin “monopoliyasında” olub.

M.Mustafayevin qanunsuz əməlləri barədə “Yeni Müsavat”ın ötən saylarında yazılar dərc etmişik. Onun çoxlu sayda şəhər sakininə saxta sənədlə torpaq satdığı, faktiki olaraq dələduzluq, sənəd saxtalaşdırma, vəzifə səlahiyyətlərindən su-istifadə kimi cinayət xarakterli əməlləri törətdiyi, habelə onlarla sahibkarın pulunu inzibati qaydada mənimsəməsi haqda məlumat vermişdik. Məsələn, M.Mustafayev Gəncədə bir sıra parkları, binaları dövlət layihəsi üzrə abadlaşdıran iş adamına – “Kolani MMC”nin rəhbərinə 1 milyon 538 min manat pul “atıb”. Dövlət büdcəsindən abadlıq işi üçün ayrılan pullar işləri görən şirkətə ödənməyib, M.Mustafayev tərəfindən mənimsənilib. Şirkətə bu qədər borcu olduğunu icra hakimiyyətinin möhürü ilə də təsdiqləyib, amma bu günədək ödəməyib…

niyazi-bayramovSon məlumatda isə bildirilir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin yeni başçısı Niyazi Bayramov tərəfindən işdən azad olunmuş Məharət Mustafayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşlardan müxtəlif məbləğlərdə pul toplaması və digər əməlləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edilib. Müraciətlərə görə idarəyə çağırılan sabiq memara cinayət işi açılıb, ondan başqa yerə getməmə haqda iltizam alınaraq müvəqqəti azadlığa buraxılıb.

Məlum olub ki, cinayət işi Tutu Əhmədova, Eynulla Kərimov, Asim Kazımov və digərlərinin şikayəti əsasında açılıb və cinayət işi üzrə müəyyən istintaq hərəkətləri də aparılıb, M.Mustafayev bir neçə dəfə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılıb. Şikayətçilər iddialarında qeyd ediblər ki, M.Mustafayev onlara torpaq sahəsi ayıracağı adı altında müxtəlif məbləğlərdə pul alıb, lakin nə vəd olunmuş torpaq verilib, nə də pul geri qaytarılıb. Şikayətçilərdən T.Əhmədova Rusiya vətəndaşıdır və Baş Prokurorluğa yazdığı şikayətdə M.Mustafayevin ondan 100 min dollar aldığını bildirib.

Nəzərə çatdıraq ki, Gəncədə sabiq başçı Elmar Vəliyevin “sağ əli” kimi tanınan Məharət Mustafayevi yeni başçı Niyazi Bayramov işdən azad etməklə yanaşı, Memarlıq və Şəhərsalma İdarəsinin rəisinin fəaliyyətinin araşdırılması üçün komissiya yaradılması barədə də qərar vermişdi.Musavat.com-a daxil olan məlumata görə, komissiyanın araşdırmaları zamanı Məharət Mustafayevin ağlasığmaz qanunsuzluqlar etdiyi bəlli olub.

7748a788f3aa5e996982f3576cfbb073

Məlum olub ki, Gəncənin keçmiş rəhbərliyi şəhərdə müxtəlif obyektlər inşa edib, həmin mülkləri ayrı-ayrı şəxslərin adına rəsmiləşdiriblər. Məqsəd isə bankları xortumlamaq olub! Bütün bu prosesi isə Məharət Mustafayev koordinasiya və icra edib, tapşırıqları, göstərişləri bilavasitə o verirmiş. Musavat.com-u bu haqda məlumatlandıran mənbə bir konkret faktı sadalayıb: “Gəncənin mərkəzində, Cavadxan küçəsində yeni bir hotel tikilib. Bu hotel inşa olunmağa başlayarkən Məharət Mustafayevin təkidi və tələbi ilə Gəncədə tanınmış sahibkar, ”Universam”ın keçmiş müdiri İsmayıl Hüseynovun adına banklardan 15 milyon manat kredit rəsmiləşdirilib. Daha dəqiqi, tikinti başlayanda İsmayıl Hüseynov banklardan 15 milyon manat kredit götürüb, bu inşa işlərinə yönəltməyə məcbur edilib. Ona deyilib ki, əgər bütün biznesini itirmək, özü də həbs olunmaq istəmirsə, bu deyilənlərdən imtina etməməlidir. Həmçinin Məharət Mustafayev Hüseynovu arxayın edib ki, hotel sabiq başçının yaxın adamlarından biri üçün tikilir, ona görə narahat olmasın, sadəcə, səs-küyə səbəb olmasın deyə kredit onun adına rəsmiləşməlidir.

Kreditlər onun adına alınsın ki, şübhə doğurmasın. İş adamına deyilib ki, bankdan götürülən pulla hotel tikiləcək, sonra ödənişlər vaxtında ediləcək, ona heç bir problem də yaranmayacaq. Amma 2018-ci ilin hələ ilk aylarında İsmayıl Hüseynova bankdan zəng edib deyiblər ki, niyə ödənişləri etmir. Həmin vaxtdan başlayaraq, Məharət Mustafayev və icra hakimiyyətindəki digər vəzifəli şəxslər İsmayıl Hüseynova ödənişlərin texniki səbəbdən gecikdiyini deyərək, onu arxayın salmağa çalışıblar. İyul ayında baş verən məlum olaylardan və Gəncənin rəhbərliyi dəyişəndən sonra isə bank ödənişləri İsmayıl Hüseynovun üzərinə yönəldib. Ona bildirilib ki, aylardır ödəniş olmur və sənədlər də onun adınadır, başqa kimsə məsuliyyət daşıyırsa hüquq-mühafizə orqanlarına, məhkəməyə müraciət edə bilər, amma ödənişləri etməlidir. İsmayıl Hüseynov tanınmış futbolçu Yunis Hüseynovun böyük qardaşıdır”.

Qaynaq deyib ki, Gəncədə bankların xortumlanması yolu ilə inşa olunan obyekt təkcə qeyd edilən hotel deyil: “Gəncədə ”Qrand bazar” da İsmayıl Hüseynovun adına bankdan götürülən pulla tikilib. Köhnə rəhbərlik Gəncədə bütün bazarları bağlayıb, ticarətçiləri zorla bu bazara yönəltmişdi. Yeni başçı Gəncədə camaatla görüşəndə, əksəriyyət bazar problemindən gileylənib. Başçının tapşırığı ilə artıq ikinci aydır Gəncədəki bazarlar nəhayət ki, açılıb”.

Mənbə bildirir ki, bu cür oyunlar Gəncədə bir neçə tanınmış iş adamının başına gətirilib: “Onları aldadıblar ki, adına kredit götürürük, sən narahat olma, ödəniləcək. İndi nə Məharət Mustafayevi tapa bilirlər, nə də bankı başa sala bilirlər. Faktiki olaraq banklar da pis duruma düşüb. Hər halda, dövlətin müvafiq qurumları bu məsələyə əncam çəkməlidir. Şəhərə məsul edilmiş şəxslər faktiki olaraq onlarla adamı ağlar vəziyyətdə qoyublar. İnsanlara vurulan bu ziyan necə ödəniləcək?”

Qaynaq deyib ki, Gəncədə onlarla vətəndaş, kiçik iş adamları Məharət Mustafayevə torpaq almaq üçün pul ödəyiblər: “Məharət Mustafayev aylarla onları süründürüb, indi də bəlli durum yaranıb. Bildiyim bir faktı deyim, hazırda konkret olaraq irili-xırdalı 78 mülkə dair şikayətçinin müraciəti Gəncə Şəhər İcra Hakimiyyətində müvafiq şöbələrə təqdim edilib. Hansı ki, həmin 78 mülkün, torpaq sahəsinin hər birinə görə Məharət Mustafayev şəxslərdən 5 min, 10 min, 20 min və daha yuxarı məbləğlər alıb, ancaq heç bir sənəd verməyib. Faktiki olaraq onların pulunu mənimsəyib. İnsanlar indi qalıblar ortada və hər biri də şikayətçidir. Bundan başqa, Məharət Mustafayev xeyli adama bir mülkü təkrar satıb. Məsələn, öyrənirmiş ki, hansısa torpaq sahəsinin sahibi Rusiyadadır, onun mülkünü saxta sənədlə başqasına satırmış”(musavat.com).

Əvvəlki yazı

CAHANGİR HACIYEVƏ QARŞI ŞOK İTTİHAM – Seçkilərə müdaxilədə günahlandırılır

Sonrakı yazı

124 milyon nəfər aclıq çəkir -Azərbaycan aclıq reytinqində necəncidir?

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.