Beynəlxalq Futbol Assosiasiyası Şurası (İFAB) matçlardakı mövcud qaydalara dəyişiklik edib.
Reportyor.info xəbər verir ki, futbolun qaydalarını təyin edən qurum oyunun penaltilər seriyasına qədər uzadılması təqdirində 4 dəfə oyunçu dəyişilməsinə icazə verib.
Yeni qayda ilk olaraq 2018 Dünya Çempionatında tətbiq ediləcək.
UEFA Çempionlar və Avropa liqasında mübarizələr davam etdiyi üçün bu mövsüm yeni qaydanı tətbiq etmək istəmir. Ancaq növbəti mövsümdən etibarən bu qaydanı dünyanın ən prestijli turnirlərində də görə bilərik.