11-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Fürsətdir, torpaqları azad etməliyik” – General Aydəmirov

16 İyul 2020, 13:40
Gündəm
A A
“Fürsətdir, torpaqları azad etməliyik” – General Aydəmirov

İyulun 12-də Ermənistan-Azərbaycan sərhədində hərbi vəziyyətin kəskinləşməsi hələ də gündəmin əsas müzakirə mövzusudur. Azərbaycan cəmiyyəti yaranmış vəziyyətdən istifadə edərək işğal olunmuş ərazilərin azad edilməsi üçün ayaqdadır. 

Yenisabah.az mövzunun hələ də aktual olduğunu nəzərə alaraq bu barədə keçmiş korpus komandiri general-leytenant Yaşar Aydəmirovun fikirlərini öyrənib.

– Cənab general,  Ermənistan növbəti dəfə atəşkəsi pozaraq Azərbaycanın mövqelərinə sarsıdıcı zərbələr endirməyə cəhd göstərib. Rəsmi məlumatlara görə, Ermənistan hərbi birləşmələri cavab atəşi nəticəsində geri oturdulub. Azərbaycan cəmiyyəti isə döyüşlərin davam etdirilməsi və işğal olunmuş torpaqların azad edilməsi üçün ayaqdadır. Bir hərbçi kimi necə hesab edirsiniz, bunun üçün əlevrişli zaman yetişibmi?

– Heş şübhəsiz indi çox əlverişli zamandır və Azərbaycan Ordusunun da torpaqlarımızı işğaldan azad etmək üçün bütün imkanları var. İstər texniki, istər maliyyə, istərsə də insan resursları baxımından Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrində qat-qat güclüdür. Azərbaycanın səfərbərlik ehtiyatı həddindən artıqdır. Amma indiki vəziyyətdə səfərbərlik elan etmədən də torpaqları azad etmək iqtidarındadır.

Ermənistan böyük müharibəyə hazır deyil. Buna nə texniki, nə də maliyyə imkanları çatır. Onlar ancaq bu cür təxribat xarakterli lokal döyüşlər apara bilər. Amma böyük müharibə başqa şeydir. Ermənistanın heç hərbi birləşmələri böyük müharibə aparmaq yetərli deyil. Onlar hesab edir ki, Dağlıq Qarabağa giriblərsə Azərbaycanla bacara biləcəklər. Xeyr, yanılırlar. Azərbaycan bir neçə istiqamətdə hücuma keçib düşmənə sarsıdıcı zərbələrə endirməklə məsələni həll edə bilər. Ona görə də hesab edirəm ki, fürsətdir və bizim torpaqlarımızı işğaldan azad etməli, şəhid olan generalımızın, polkovnikimizin və digər hərbçilərimizin qisasını almalıyıq. Qisas vaxtı yetişib.

– Ermənilərin bu dəfə Qarabağda deyil, sərhəd zonasında hərbi əməliyyatlara başlaması barədə müxtəlif mülahizələr irəli sürülür. Sizcə, nədən bu dəfə Tovuz hədəfə alındı?

– Bu əlbəttə ki, təxribatdır və burada bir neçə məkrli niyyət var. Ermənistan hesab edir ki, sərhəd zonasında hərbi vəziyyəti kəskinləşdirməklə Azərbaycanı təxribatı çəkəcək və bizimkilər hücum edərək bu ölkənin ərazisinə girəcək. O zaman ermənilər hay-küy salacaqlar ki, onların ərazi bütövülüyünə təhlükə var və Azərbaycanı beynəlxalq ictimaiyyətə təcavüzkar kimi təqdim etməyə cəhd göstərəcəklər.

Azərbaycan Ermənistanı bir dövlət kimi tanımasa da – buna haqqı da var, çünki o torpaqlar da bizimdir, ora da Qərbi Azərbaycandır – bu sərhədlər beynəlxaq səviyyədə tanınır. Ona görə də Azərbaycan Ordusu bu təxribata getməyib. Biz bunun əvəzində Dağlıq Qarabağda hərbi əməliyyatlara başlayıb torpaqlarımızı azad etməliyik. Bu bir neçə gündə Ermənistan bir daha Azərbaycan Ordusunun gücünü gördü.

Təsadüfi deyil ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın xanımı Azərbaycan analarına müraciət edib. Deyib ki, döyüşlər dayansın, sizin də, bizim də balalarımız ölməsin. Amma o bilmir ki, Azərbaycan anaları vətən uğrunda bütün övladlarını qurban verməyə hazırdır. Azərbaycan xalqı haqq uğrunda ölməkdən qorxmur. Digər tərəfdən, ömrü verən Allahdır. Biz qisasımızı almalıyıq.

– Bu dəfəki döyüşlərdə general Polad Həşimov şəhid oldu. Bu olaya müxtəlif yanaşma var. Sizin fikirlərinizi bilmək maraqlı olardı…

– Əvvəla, onu deyim ki, Azərbaycan Ordusunun generalı da, polkovniki də şəhid olmağa hazırdır. Amma bundan əvvəl gərək yüzlərlə düşmən məhv edilsin. Mən əlbəttə ki, generalımızın hansı şəraitdə şəhid olduğunu bilmirəm. Bu barədə hər hansı dolğun məlumata malik deyiləm. Ehtimallarla danışmağı da sevmirəm. Onu deyə bilərəm ki, orada hansısa səhv olubsa, bu səhvi kim edibsə, bu məsələ araşdırılacaq və müvafiq tədbirlər görüləcək. Onu da əlavə edim ki, vətəndaşlarımız diqqətli olmalı, hər məlumatı tirajmamalı, Azərbaycan Ordusunun haqqında mənfi rəy formalaşdıra biləcək fikirləri rədd etməlidir. İndi Azərbaycan Ordusuna dəstək lazımdır və sevindirici haldır ki, cəmiyyət demək olar ki, bütövlükdə bu dəstəyi verir.

Əvvəlki yazı

“Bandotdel”dən əməliyyat: silahlılar saxlandı – Fotolar

Sonrakı yazı

Ceyhun Bayramov XİN başçısı gətirilir – Təcili

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

11 Fevral 2026, 17:34
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

11 Fevral 2026, 16:34
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.