Prezidentliyə namizəd Fuad Əliyev Ağsuda seçicilərlə görüşüb.
Reportyor.info bildirir ki, görüşdə prezidentliyə namizəd hamını səsvermədə iştiraka çağırıb. F.Əliyev qələbədən sonra ilk seçki keçirildiyini və tarixi bir seçki olacağını qeyd edib. O, seçicilərə müraciətində öz platformasını açıqlayıb, prezident seçiləcəyi halda görüşəcəyi işlərdən danışıb. Daha sonra Seçki Qərargahının rəhbəri Xəzər Teyyublu seçkidə iştirakın vacibliyindən, hər kəsin səsinə sahib çıxmasının əhəmiyyətindən söz açıb. X.Teyyublu da çıxışında ölkədəki ictimai-siyasi vəziyyət, sosial-iqtisadi problemlərdən bəhs edib. Sonra Prezidentliyə namizəd Fuad Əliyev seçiciləri dinləyib, Ağsu sakinlərinin şikayət və problemləri ilə tanış olub.