10-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Fuad Abbasova görə deputatla səfir üz-üzə gəldi – qalmaqal

27 May 2019, 10:20
Gündəm
A A
Fuad Abbasova görə deputatla səfir üz-üzə gəldi – qalmaqal

Səfir: “Mən nəyi hara soxmağı ona anlada bilərəm”; deputat: “Ona elə cavab verərdim ki, dəymişi dura-dura kalı tökülərdi…” 

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə “Yenicag.az”a sabah Azərbaycana deportasiya ediləcəyi gözlənilən jurnalist Fuad Abbasovla bağlı qalmaqallı müsahibə verib.  Həmin müsahibə deputatla Rusiyadakı səfirimiz Polad Bülbüloğlunu üz-üzə qoyub.

Partiya sədri jurnalistin Azərbaycan heç bir dəxli olmadığını və onun Türkiyə vətəndaşı olduğunu bildirib. A.Əlizadə F.Abbasovun ölkəmizə deportasiya olunacağı təqdirdə, bunun P.Bülbüloğlunun xidməti olacağını qeyd edərək, səfirlə bağlı bəzi iddialar səsləndirib: “Yəqin ki bu, Poladın (Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu – red.) xidmətidir. Onu Rusiya telekanallarının tok-şoulurına bizim səfirimiz Polad soxmuşdu… Rusiya televiziyaları Polada müraciət etmişdilər ki, bizim verilişlərdə erməni politoloqlar çox olsa da, azərbaycanlılar yoxdur. Xahiş edirik ki, azərbaycanlı politoloqları bizə təqdim edəsiz. Polad Bülbüloğlu isə onlara belə təqdimat vermişdi ki, rusdilli Azərbaycan politoloqları yoxdur, amma Türkiyə vətəndaşı olan Azərbaycan əsilli politoloq var. Onu göndərmişdi… Olmazdı ki, Türkiyə vətəndaşı Fuad Abbasova verilən pulları versinlər bizim rusdilli politoloqlara və o verilişlərə göndərsinlər? Rusiyalı deputatlar Milli Məclisdə olanda mən Kalaşnikovdan soruşdum ki, niyə sizin tok-şoularda azərbaycanlı politoloqlar yoxdur? O da cavab verdi ki, səfiriniz bizə rəsmi cavabında rusdilli Azərbaycan politoloqlarının olmadığını bildirib”.

Polad Bülbüloğlu ile ilgili görsel sonucu

Səfirin deputata cavabı gecikməyib. P.Bülbüloğlu jurnalist Fuad Abbasovun Rusiyada yayımlanan tok-şoularda onun müdaxiləsi və iştirakı ilə bağlı mətbuatda yayılan fikirlərə kəskin reaksiya verib: “Mən heç kimi harasa soxmuram. Amma nəyi hara soxmağı Araz Əlizadəyə anlada bilərəm. Rusiya televiziyaları mənə müraciət etmişdilər ki, bizim verilişlərdə erməni politoloqlar çox olsa da, azərbaycanlılar yoxdur. Bu səbəbdən də biz həmin tok-şoularda iştirak üçün politolqolar təqdim etməli olduq”.

Araz Əlizadə Polad ile ilgili görsel sonucu

Səfir açıqlamasında A.Əlizadənin 90-cı illərdən sonra siyasi səhnədən silindiyini deyib. P.Bülbüloğlu digər iddialara da münasibətini açıqlayıb: “Araz Əlizadə deyir ki, Fuad Abbasov Azərbaycan vətəndaşı deyil. O, yalan danışır. Azərbaycan səfirliyində onun Azərbaycan vətəndaşlığı pasportu var və bizdə Azərbaycan vətəndaşlarının problemləri ilə məşğul olmalıyıq”.

P.Bülbüloğlu deputatı savadsızlıqda da ittiham edib: “Deputat olan bir şəxs belə savadsız fikirlər söyləməz. Guya rusiyalı deputat Kalaşnikov ona deyib ki, səfirə müraciət etmişik ki, bizə tok-şoular üçün politoloq versin. Ancaq səfir deyib ki, belə adamlar yoxdur. Deputat olan kəs bilməlidir ki, səfir bütün yazışmaları və təklifi ancaq Xarici İşlər Nazirliyinin xətti ilə aparır”.

P.Bülbüloğlunun dediklərinə A.Əlizadə “Yeni Müsavat” sərt cavab verdi: “Açığı, ona heç cavab vermək fikrim yoxdur. Çünki o kimdir ki, ona bir cavab da verim? Əgər səfir olmasaydı, ölkəmizi təmsil etməsəydi, ona elə cavab verərdim ki, dəymişləri dura-dura kalları tökülərdi.  Mən özümə bərabər insanlara cavab verə bilərəm. Uzun illərdir səfirdir, heç olmasa bir dəfə Azərbaycan Konstitusiyasını açıb oxusun. Deyir ki, Fuad Abbasov Azərbaycan vətəndaşıdır. Konstitusiyanı oxusa, bilər ki, Azərbaycanda ikili vətəndaşlığa icazə verilir, ya yox? Onun belə fikirlər səsləndirməsi sadəcə, ayıbdır. Mətbuata diqqət edin, görəcəksiniz ki, Fuad Abbasov Azərbaycan yoxsa Türkiyə vətəndaşıdır. Polad Bülbüloğlunun yalanlarını çıxarmaq üçün mənə niyə belə suallar verirsiniz? Bundan sonra ona cavab vermək belə fikrim yoxdur. Hər bir insan özünə bərabərhüquqlu olanla mübahisə edər. Deyib ki, səfir bütün yazışmaları və təklifi ancaq Xarici İşlər Nazirliyinin xətti ilə aparır. Kiminlə istəyirsə aparsın, mənə nə dəxli var?”

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Əvvəlki yazı

Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan bugünlərdə həbsdən çıxan 2-ci prezident Robert Koçaryana baş çəkib. Ermənistan KİV-lərinin məlumatına görə, bu barədə Robert Koçaryanın ofisinin rəhbəri Viktor Sogomonyan xəbər verib. Sogomonyan deyib ki, keçmiş prezidentlərin görüşündə nələrin müzakirə olunduğunu bilmir. “Hesab edirəm ki, siyasi məsələlərdən daha çox şəxsi məsələlər müzakirə olunub”, – Sogomonyan vurğulayıb. Onun sözlərinə görə Robert Kocharyan yaxın vaxtlarda bəyanatla çıxış edəcək. Bundan əvvəl verilən məlumata görə Koçaryan “İzmirlyan” tibb mərkəzində müayinədən keçib. Qeyd edək ki, Yerevan məhkəməsi mayın 18-də Koçaryanın həbsdən azad edilməsi barədə qərar çıxarıb. Koçaryan “2008-ci ildə ökədə konstitusyon quruluşu devirməkdə və böyük məbləğdə rüşvət almaqda” ittiham olunur. Onu, Azərbaycanın separatçı bölgəsi – qondarma Dağlıq Qarabağ rejiminin indiki və keçmiş rəhbərləri Bako Saakyanla Arkadi Qukasyan zaminliyə götürüblər. Onlar həmçinin 2 min dollara yaxın girov qoyublar.

Sonrakı yazı

Moskvadan Bakı və İrəvana şifrəli mesaj – “Müharibə başlasa…”

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.