Bu gün Türkiyənin xarici nümayəndəliklərində və gömrük qapılarında başlayan prezident seçkilərinin ikinci turu üçün səsvermə davam edir. Fransadakı türk seçicilər yerli vaxtla saat 08:00-dan etibarən 9 nöqtədə qurulan seçki qutularına getməyə başlayıb.
Türkiyənin Parisdəki Baş Konsulluğuna səs vermək üçün gələn seçicilər yüzlərlə metrlik növbə yaradıblar. Seçkilərin birinci turunda iş günləri 10, istirahət günləri isə 15 qutu qurulmuşdusa, ikinci turda bu rəqəm 30-a çatdırılıb.
Fransada bu gün başlayan səsvermə prosesi mayın 21-də Klermon-Ferranda Lion Baş Konsulluğunda və Orleanda Paris Baş Konsulluğunda, mayın 24-də isə digər məntəqələrdə başa çatacaq.