Avropa İttifaqı səviyyəsində Rusiya neftinə embarqo hazırlanır.
Reportyor.info xəbər verir ki, bu barədə Fransanın maliyyə naziri Bruno Le Maire deyib.
O bildirib ki, Fransa prezidenti Emmanuel Makron belə bir addımın atılmasını istəyir.
“Ümid edirəm ki, qarşıdakı həftələrdə avropalı tərəfdaşlarımızı Rusiya neftinin idxalını dayandırmağa inandıracağıq”, – Le Maire əlavə edib.