18-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Fövqəlnazir”ə “qırmızı kart”…

28 Noyabr 2019, 10:30
Seçmə, Banner
A A
“Fövqəlnazir”ə “qırmızı kart”…

Yazıçı Qabriel Qarsiya Markesin məşhur povesti var – “Polkovnikə heç kim yazmır”. Bu kitab yorğun, yaşlı, unudulmuş bir tirana ithafdır. Bir vaxtlar “qılıncının dalı da, qabağı da kəsən” polkovnik indi heç kəsin yadına düşmür, ona bir məktub yazan da yoxdur.

Bu tragik səhnənin bir az məzəli, yumoristik prototipi isə Vaqif Səmədoğlunun “Evləri köndələn yar” teletamaşasındakı “Şakir Şəkəroviç” obrazıdır. Vaxtilə hörmətli, vəzifəli kişi olan Şəkəroviçin nə qapısını döyən var, nə yada salan…

Anaxeber.info hər iki personanın analogiyasını apararaq yazır ki, ölkənin bir zamanlar qüdrətli, “fövqəlnazir”i kimi təqdim olunan general-polkovnik Kəmaləddin Heydərov eyni ab-havada görünür.

Fövqəladə Hallar naziri hücrəsinə elə çəkilib ki, depressiya yaşayır təəssüratı oyadır. Hətta Bibiheybətdəki uçqun baş verən əraziyə baş nazir və digər səlahiyyətli şəxslər gəlsələr də, FHN şefi hadisə yerində görünmədi.

Halbuki, harada bir təbii fəlakət olarsa, ilk növbədə özü yüyürərək gedərdi. Üstəlik, bu məsələ elə bir dövrə təsadüf etdi ki, K.Heydərovun 85 milyonluq iki layihəsinin batdığı xəbərləri yayılmışdı.

Deyəsən, doğurdan da onun əhvalı, ovqatı təlx olub, bir tərəfdən köhnə komandasının üzvləri iqtidardan bir-bir gedirlər, bir yandan iqtisadi projeləri fiaskoya uğrayır, ən əsası isə karyera yüksəlişi gözləntisi gerçəkləşmir.

Söhbət FHN rəhbərinin bir müddət əvvəl Prezident Administrasiyasına rəhbər təyin olunacağı haqda hakimiyyət kluarlarından sızmış informasiyalardan gedir. Amma nəinki bu təyinat təsdiqlənmədi, ardınca FHN-nin ləğv olunması və struktur islahatının aparılması təklifləri səslənməyə başladı.

Bütün bu qanqaraldıcı hadisələr K.Heydərovun ətrafında baş verdiyi halda təhlilçilər güman edirlər ki, onun da vəzifəsi ilə vidalaşmasına çox qalmayıb. İddalardan biri də gömrüyün tamamilə onun kurasiyasından çıxarılmasıdır. Bu, həm mövqelər, həm iqtisadi baxımdan ağır zərbə və itkidir.

Belə iddialar səslənir ki, hazırkı gömrük sədri Səfər Mehdiyevlə Kəmaləddin Heydərov ümumiyyətlə bir-biri ilə danışmırlar, münasibətlər yoxdur. Ona görə “fövqəlnazir”in həm siyasi istibleşmenti, həm media qanadı, həm biznes imperiyası közərmə dövrünü yaşayır.  Nazirin kövrək davranışları və iqtisadi enişi məhz gözlənilən sona çatdırılmasının əlamətləridir.

Anaxeber.info yazır ki, məsələn, ötən həftə Heydərova məxsus “Gilan”  holdinqin cərimələnməsi xəbəri yayıldı. Eləcə də ona bağlı olduğu deyilən “Benkons Group”-un Bosniyada tikdiyi 30 milyon avroluq layihəsini başa çatdıra bilmədiyi və maliyyə sıxıntıları ilə üzləşdiyi məlim oldu.

Nazirə məxsus “Benkons Group” Tatarıstandakı iki böyük layihəsini dayandırıb. Söhbət Kazanka çayı sahilində 20 milyon dollar investisiya dəyərində 13 ofislik biznes mərkəzi və 252 yerlik 4 ulduzlu oteldən ibarət kompleksin tikintisindən gedir.

Nazirin şirkəti eyni zamanda Tatarıstanın Laişevski rayonunda 4 milyard rubl (65 milyon dollar) investisiya dəyəri olan şirə zavodunun və logistika mərkəzinin tikintisindən də müəmmalı şəkildə imtina edib.

İldə 50 min ton istehsal gücünə malik zavodda 250 nəfərin işlə təmin olunması nəzərdə tutulurdu.
Heydərovun şirkəti kompleks üçün nəzərdə tutulmuş 2 hektarlıq ərazini yarımçıq tikili qarışıq Rusiyanın UD Group-una bu yaxınlarda satıb. Zavod üçün alınmış 75 hektar və logistika nəzərdə tutulmuş 12 hektar ərazi də hazırda satışa çıxarılıb.

Amma onun kommersiya şəbəkələru bununla məhdudlaşmır. Kəmaləddin Heydərovun İngiltərədəki biznesini etibar etdiyi ən sadiq dostu 1963-cü il təvəllüdlü Britaniya vətəndaşı xanım Gillian RALSTON JORDAN-dır.

Əslində kifayət qədər cazibədar görünən Gillian xanım daha əvvəldən Gilan Holdinq sahibinin biznesinin böyük qismini öz kölgəsində gizlədib. Hazırda o, Taleh və Nicat Heydərovların adına olan 5 şirkəti idarə edir.

Bloombergin məlumatına görə, xanım Jordan 25 ildən çox idarəçilik təcrübəsinə malikdir, Şotlandiya Krallıq Bankının rəhbərinin müavini olmaqla yanaşı, Bermuddakı offşor şirkətlərinin meneceri olaraq fəaliyyət göstərir.

Məlum olub ki, indiyədək Heydərov qardaşlarının adına İngiltərədə 12 şirkət və cəmiyyət qeydiyyatdan keçirilib və adları mediada var.

Kəsəsi, ölkədə gedən kadr dəyişiklikləri, yeni hakim elitanın formalaşdırılması, köhnə qvardiyanın yola salınması mərhələsində K.Heydərova da – “sonuncu mogikana” da “qırmızı kart” göstərilir…

Təhlilçilərin fikrincə, K.Heydərovun “qılıncının qabağı və dalı kəsən” dövran deyil. Vaxtilə kompromat savaşlarına entuziazmla qoşulan, qruplaşma oyunlarının mahiri olan, rəqiblərini çeynəyən, nazir həmkarlarının bir neçəsini “zərərsizləşdirən” K.Heydərovun artıq “fövqəlnazir” qüdrəti çoxdan gedib.

Doğrudur, onun indiyə qədər prezident yanında bir ciddi siyasi xətası, bağışlanmaz səhvi yoxdur, İ.Əliyev FHN rəhbərinə etimad edir, sədaqətlidir.

Amma aprel seçkisindən sonra başladılmış islahatlar, bu ilin yanvarından start götürən yeni “siyasi xəritə” köhnə qvardiyadan qalan “sonuncu mogikan” K.Heydərovun da vəziyyətini təhlil etmək zərurəti yaradır. Markesin əsərində deyildiyi kimi, polkovnikə heç kəs yazmır…

Əvvəlki yazı

“O mənada deməmişəm” – Cümşüd Nuriyev

Sonrakı yazı

Qurban Qurbanov: “Əgər düzgün oynasaq…”

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.