16-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Flora Kərimova nazirin müdafiəsinə qalxdı

11 May 2020, 13:35
Gündəm
A A
Flora Kərimova nazirin müdafiəsinə qalxdı

Mayın 8-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirdi. Əməliyyat zamanı nazir müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov saxlanıldılar.

Xüsusi xidmət orqanının nazirlikdə səs-küylü əməliyayt keçirməsi birmənalı qarşılanmadı. Ekspertlər nazir Əbülfəs Qarayevin də məsuliyyətə cəlb olunmasının vacibliyini vurğuladılar. Qeyd olundu ki, nazirin xəbəri olmadan hansısa əməkdaşın dövlət əmlakını talaması mümkün deyil. Artıq ayrı-ayrı sənət adamları da bu qurumun qanunsuz əməllərindən danışmağa başlayıblar.

Xalq artisti Flora Kərimova isə fərqli mövqe nümayiş etdirib. Yenisabah.az saytına açıqlama verən sevilən sənətkar Mədəniyyət naziri Əbülfəs Qarayevi açıq mətnlə müdafiə edib: “Mən Əbülfəs Qarayevi şəxsən tanıyıram və onun haqqında çox müsbət fikirdəyəm. Onun çox işlərindən xəbərim var, çoxlarına əl tutduğunu, kömək etdiyini bilirəm. Təəssüflər olsun ki, bizdə bir adam yıxılanda hamı onun üstünə düşür, xəbər yalan da olsa, doğru da olsa hamı o adamı baltalayır. Mən Mədəniyyət nazirindən çox razı idim, çünki onun əl uzatdığı insanları tanıyırdım, o insanları qəbul edib, heç vaxt heç kimi əliboş geri qaytarmayıb, hər zaman əlindən gələni edib. Mədəniyyət naziri digər işlərə cavabdeh deyil. Mədəniyyət naziri orada “KQB” deyil, polis deyil ki, hər işçisinin arxasınca casus göndərsin. Mən bilirəm ki, bu işlərdə o təmiz adamdır. Mədəniyyət Nazirliyi xüsusi nazirlik deyil ki, onun işində korrupsiya olmasın və ya olsun. O da digər nazirliklər kimidir. Yəni əgər ölkədə korrupsiya varsa, hər bir idarədə var. Bunu gizləmək mümkün deyil, gündə bir nəfər tutulur, cəzasını çəkir. Bilirsiniz, mədəniyyət adamları müstəqil adam deyillər, öz sözünün sahibi deyillər, söhbət çoxluqdan gedir. Bəziləri obyektivlikdən kənardırlar, hər şeyi mədəniyyət nazirindən gözləyirlər ki, “o mənə fəxri ad verdirmədi, mənimlə düşmənçilik etdi” və s. Savadsızlıq ucbatından həqiqəti bilmirlərsə, kimsə imkanı hesabına ad alırsa bunu mədəniyyət nazirinin üstünə yıxmaq düzgün deyil, belə şeylərin əleyhinəyəm. Mən millətimə demək istəyirəm ki, kütləyə dönməyin. Kimsə büdrədi deyə bir təpik də siz atıb onu yıxmaq düz hərəkət deyil”.

Flora Kərimova sənət adamlarına fəxri adların verilməsiylə bağlı səslənən ittihamlara da münasibət bildirib. Qeyd edib ki, hansısa əməkdaşın nöqsanını nazirin ayağına yazmaq doğru deyil: “İndi kimsə nazirlikdə hansısa işlə məşğuldur deyə hamı başlayır ki, nazirlik pulla ad satır. Birincisi, onu deyən adamlar bilmir ki, bu sözə görə onu çağıra bilərlər ki, gəl bu sözün arxasında dayan? İkincisi, tutalım, mədəniyyət nazirliyi pul aldı adı saldı siyahıya, bəs yuxarıda oturanlar əfəldirlər? Bilmirlər məsələ nədir? Əgər sənin istəmədiyin, sənətini saymadığın bir adama fəxri ad verilibsə, niyə indiyə qədər adını çəkib açıq danışmırdın? Mən ad çəkmirəm ki, o adamları pərt etməyim. Mən də çox şeylərdən narazıyam, ancaq gözləyirsən ki, mənim kimi 52 yaşında fəxri ad alsınlar? Bir ayağım burda, bir ayağım gorda idi. O da ki, dava-qırğınla verildi. Elə adamlar getdi ki, onun üstünə, müsibət oldu. Bunu gözləyirsiniz ki, sənətkarlar həyatdan incisin, sənətdən incisin? Sənəti yoxdursa, çıx de ki, sənin sənətin yoxdur. Allahın əlindən qisməti almaq mümkün deyil. Əgər onun qismətinə Allah yazıbsa, həmin adam o adı alacaq. Ancaq bir sifətli adam olmaq lazımdır, nə olub indi hamı düşür bir nəfərin üstünə, hamı dilini uzadıb”.

Əvvəlki yazı

Sabirabad İH-də əməliyyat keçirilib?

Sonrakı yazı

Onlar ömürlərinin yarısını icra başçısı olub – Siyahı

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.