07-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“FEYZİYEVİN XAHİŞİ İLƏ OBYEKT ADIMA KEÇİRİLDİ…” – Xalq artisti “Quska”nın məhkəməsində

30 Aprel 2019, 20:24
Gündəm
A A
“FEYZİYEVİN XAHİŞİ İLƏ OBYEKT ADIMA KEÇİRİLDİ…” – Xalq artisti “Quska”nın məhkəməsində

Xalq artisti Gülyaz Məmmədova keçmiş deputat Hüseyn Abdullayevin-“Quska” ləqəbli keçmiş oliqarxın məhkəməsində dindirilib.

Virtualaz.org xəbər verir ki, xalq artistinin məhkəmədə dindirilməsinə səbəb  Bakının mərkəzində – Üzeyir Hacıbəyov küçəsində yerləşən və H.Abdullayevin atasının adına olan 786 kvadratmetrlik obyektin öncə üç nəfərin adına alınması, daha sonra deputat və biznesmen-oliqarx Cavanşir Feyziyevin oğlu Orxan Feyziyevin mülkiyyətinə keçirilməsidir. Həmin üç nəfərdən biri də müğənni G.Məmmədova olub.

Məhkəmədə şahid qismində dindirilən G.Məmmədova deyib ki, deputat Feyziyevlə qohumdurlar. Xalq artisti deputatla konkret hansı formada qohum olduqlarını deməyib. Amma bildirib ki, əmlakın onun adına alınması C.Feyziyevin istəyi olub, o da etiraz etməyib.

Sözügedən əmlaka gəlincə, G.Məmmədova deyir ki, heç onun harada yerləşdiyini bilmir. Yəni onun adına formal alqı-satqı olub.

H.Abdullayevin anası Zeynəb Abdullayeva isə məhkəmədə deyib ki, Hökumət Evinin arxasında yerləşən obyekt 4 milyon manata satılıb.

Abdullayevlər ailəsinə məxsus zavodun səhmlərində pay sahibi olan şəxslər H.Abdullayev və anası haqqında cinayət işində zərərçəkmiş qismində tanınıb. Məsələn, Vəzir Rəcəbov ona görə zərərçəkən sayılıb ki, onun səhmi olsa da, uzun müddət ona düşən payı almayıb. Amma özü deyir ki, şikayət və tələbi yoxdur: «Məni prokurorluğa çağırıb dedilər ki, divident olub, amma almamısınız. Mən bunu unutmuşdum. Amma zavodda səhmlərim var idi. O pulum ödənildi».

Z.Abdullayevanın qardaşı oğlu Elnur Bayraməliyev də məhkəmədə dindirilib. Onun istintaqa ifadəsində bibisi və onun oğlunun 60-a yaxın mülkü, onların yerləşdiyi ərazilər barədə fikirlər yer alıb. Ancaq məhkəmədə bildirib ki, elə ifadə verməyib: «Bibim Zeynəb Abdullayeva Naxçıvanda olan evini mənə bağışlamışdı. Mən də sonradan şəxsi problemlərimə görə evi satdım. Məndən istintaqda ancaq həmin ev haqqında soruşublar. Mən başqa ev, obyekt barədə heç nə deməmişəm. Çünki heç nə bilmirəm. Mən Bakıda heç bir il qalmamışam. Küçə adlarını bilmirəm, onları necə sadalaya bilərdim?».

Xatırladaq ki, “Quska” iri məbləğdə vergidən yayınmada və digər əməllərdə ittiham olunur. O, Almaniyada sığınacaq alandan sonra Türkiyədə yaxalanıb ölkəyə gətirilmişdi. “Quska” ötən məhkəmə iclaslarında danışıb və özünü “təmiz biznesmen” kimi qələmə verməyə çalışıb. Təsdiq edib ki, ötən əsrin 90-cı illərində əsasən metal biznesi hesabına varlanıb, Almaniyada, İsveçrədə və digər Avropa ölkələrində bank hesabları var.

Azərbaycanın yaxın tarixinə bələd olanlar yaxşı bilir ki, “Quska” 90-cı illərdə keçmiş sovet sənaye müəssisələrinin dəzgahlarını, avadanlıqlarını metal tullantısı kimi xaricə satıb talamaqla böyük sərvət yiyəsinə çevrilmişdi və yarımhərbi dəstələr saxlayırdı.

Əvvəlki yazı

Nazir, komitə sədri, icra başçıları və kommunal qurumların rəhbərləri toplandı –FHN-də çoxmərtəbəli binaların problemləri müzakirə olundu

Sonrakı yazı

Bakıda “German Hospital”da uşaq ölümü- ürək ağrıdan VİDEO

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.