12-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Feminizmin ölkəyə idxalı istisna deyil” – Deputat

23 Oktyabr 2019, 10:41
Seçmə, Sosial
A A
“Feminizmin ölkəyə idxalı istisna deyil” – Deputat

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həmin yürüşdən sonra İstanbul Konvensiyasının imzalanması ilə bağlı təkliflər paketini hökumətə təqdim edib.

Bu mövzuda “Yeni Müsavat”a danışan Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev bildirdi ki, Azərbaycanda qadına münasibət nümunəvi olub. Onun sözlərinə görə, dədə – babadan qadına ana, övlad, həyat yoldaşı kimi hörmət göstərilib: “Amma son dövrlərdə, xüsusən 15 ildə Avropaya inteqrasiya etməyə başladıq. Qərbin dəyərlərindən çox mahiyyəti gəldi.

Əslində postsovet məkanında qadına şiddət halları artıb. Ona görə bu istiqamətdə istənilən tədbiri görməliyik, pozitiv qanunlar qəbul etməliyik, qadınlarımızı qorumalıyıq, onları ailələrimizin, cəmiyyətimizin baş tacına çevirməliyik”.

Deputat xatırlatdı ki, Azərbaycanda “Məişət zorakılığı haqqında” qanun qəbul olunub: “Bu qanunda bütün müddəalar öz əksini tapıb. Elə bilirəm ki, İstanbul Konvensiyasına da qoşulmaq olar.

Düzdür, bu layihə Milli Məclisə gəlməyib, amma konvensiyanın parlament tərəfindən dəstəklənəcəyini güman edirəm.

Sadəcə, kişini haqsız, qadını haqlı, qadını əzilən, kişini əzən çıxarmaq… məsələni belə qoymaq da doğru deyil.  İlk növbədə problemin səbəbləri araşdırılmalıdır, müzakirə edilməlidir. Eyni zamanda bu sahə ilə məşğul olan komitə də fəallığını artırmalıdır, QHT-lər qrantlar alırlar, pozitiv işlər görməlidirlər”.

M.Quliyev hesab edir ki, qadına niyə zorakılıq olması daimi diqqətdə saxlanmalıdır: “Təkcə evdə yox, ictimai həyatda, işdə də zorakılıq ola bilər.

Dünyada bir neçə ildir ki, feminizm hərəkatı gedir. Bəzən də onların bu hərəkatı zorakılığı doğuran addımları stimullaşdırır, qıcıqlandırır.

Biz adət-ənənələrə hörmətlə yanaşmalıyıq. Çünki bu cür hallar daha çox namusla bağlı cinayətlərdir. Birdən-birə millətin xarakterini dəyişə bilmərik. Təbii ki, qanun qadına vətəndaş olaraq azadlıq və hüquq verir.

Amma adətlər bunu qəbul etmir. Ola bilsin ki, Avropada bu cür hallar normaldır, 18 yaşa çatanda övlad ataya deyir ki, işimə qarışma. Bizdə belə deyil. Məsələn, əvvəllər qızqaçırmaya görə cinayət işi açılmazdı.

Amma qanun qəbul olundu, insan oğurluğu kimi dəyərləndirildi, müəyyən qədər bu hallar azaldı. Amma tam aradan qalxmadı. Ona görə də İstanbul Konvesiyası ilə problem bitməyəcək”.

Deputat vurğuladı ki, Azərbaycanda I vitse-prezident qadındır və xanımlar Mehriban Əliyevanı idealları kimi götürməlidirlər: “Azərbaycanda alim xanımlar, idmançı qadınlar var, amma insanlar daha çox şou-biznesi görür. Kimsə rayonda özünü həmin müğənniyə bənzətmək istəyir, ailəsində mənfi qarşılanır. Özəl telekanallar pozitivləri verməlidir, cəmiyyəti irəli aparan insanları efirə çıxarmalıdır”.

M.Quliyev feminizm hərəkatının Azərbaycana hansısa dairələr tərəfindən idxal olunmasını istisna etmir: “Belə bir şey mümkündür.

Amma heç bir aksiya razılaşdırılmamış keçirilə bilməz. Yoxsa harada gəldi tədbir keçirməklə cəmiyyətdə harmoniya pozular, anarxiya olar.

Hər kəsin nümayiş keçirmək hüququ ilə yanaşı, hər kəsin rahatlıq hüququ da var. Amma bildiyim qədər həmin aksiyada fəallardan biri Mübariz İbrahimovu təhqir edən qız olub.

Belə bir adamın qadın hüququndan danışmaq haqqı yoxdur. Onlar idarə olunurlar, sabitliyi pozmağa çalışırlar”.

Məlumat üçün deyək ki, Azərbaycan tərəfindən İstanbul Konvensiyasının imzalanması əsasən qadınların hüquqlarının pozulmasına dair şikayətlərə baxılması mexanizmlərinin gücləndirilməsi, qadınların zorakılığın bütün formalarından müdafiə olunması, qadınlara qarşı zorakılığın qarşısının alınması, təqib edilməsi və qaldırılması, qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, qadınların səlahiyyətlərinin genişləndirməsi də daxil olmaqla kişi ilə qadın arasında real bərabərliyi təşviq etmək, qadınlara qarşı zorakılıq və məişət zorakılığının bütün qurbanlarının müdafiəsi və onlara yardım üçün hərtərəfli qanunvericilik bazası, siyasət və tədbirlərin hazırlanması məqsədi daşıyır.

Xatırladaq ki, yürüşdə Azərbaycan Respublikasının “Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” Avropa Şurasının Konvensiyasının (İstanbul Konvensiyası) imzalanması və ratifikasiya edilməsi və “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının (Lanzarotta Konvensiyası) ratifikasiya edilməsi barədə bəyanatlar səsləndirilib.

Əvvəlki yazı

Qarabağın qaytarılmasını canlı yayımlayacam – İrfan Sapmaz

Sonrakı yazı

AMEA prezidenti istefa verdi

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.