23-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Fazil Mustafa: “Valideyn qızını satırsa…”

21 Sentyabr 2019, 10:42
Cəmiyyət, Seçmə
A A
Fazil Mustafa: “Valideyn qızını satırsa…”

“Cənub zonasında erkən nikahlarla bağlı rəqəm artıq qorxulu deyil. Çünki bu göstərici Aran rayonlarında daha çox artıb”. Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova mətbuata açıqlamasında bildirib.

Qurum əməkdaşının sözlərinə görə, bu gün erkən nikahlar Bakı kəndlərində də qeydə alınır: “Araşdırmamıza görə, cənub zonasının bəzi ucqar kəndlərində son 10-15 ildə ali təhsil alan bir qız belə yoxdur. Bəzi bölgələrdə isə təhsil alan qızların sayı oğlanlardan çoxdur. Bunun da səbəbi həmin bölgələrdə oğlanların radikal dini qruplaşmaların təsiri altına çox düşməsidir”.

A.Veysəlova bildirib ki, bu gün 15-17 yaşlı qadınların dünyaya gətirdiyi körpələrin sayı xeyli azalsa da, ötən ilin rəqəmləri (2129) heç də az deyil: “Çünki gərək 15-17 yaşında 3000-3500 qız qeyri-rəsmi nikaha girməlidir ki, onlardan da 2129 körpə dünyaya gəlsin”.

Bəs insanların erkən nikaha cəlb edilməsinin səbəbləri nədir? Cəmiyyət və dövlət erkən nikahların aradan qaldırılması üçün hansı addımları atmalıdır?

Mövzu ilə bağlı deputat Fazil Mustafa “Yeni Müsavat”a danışıb. Deputat qeyd edib ki, problemin kökündə diplomlu ziyalılarının günahı dayanır: “Dəfələrlə  dini cəhalətin nəticələrini gündəmə gətirəndə ən çox müqaviməti savadsız, cahil kütlədən deyil, savadsız diplomlu ziyalılardan alırıq.  Beləliklə, nəticə budur ki, harada dini cəhalət genişlənirsə, orada nadanlıq, erkən nikah olmalıdır. Çünki həmin yerlərdə insanlar oxumaqla, elm qazanmaqla dəyişməyə, ağılla problemləri həll etməyə meylli deyillər. Mütləq hansısa vərdişin, gördüyünün təsir altına düşməklə yaşamağa meyllidirlər. Ağlı, zəkası olan insan hər şeyi, o cümlədən dini də, ata-anasının davranışını, hansısa çatışmamazlığı, hətta nədən yoxsul olduğunu sorğulayır. Bu cür sorğulama ənənəsi olmayan yerdə hamı özündən əvvəlki zəncirin dalınca gedir. Bu baxımdan da dəyişiklik baş vermir. Nəticədə həmin yerdə cəhalət günü-gündən güclənir və özünü erkən nikahlarda, təhsildən yayınmaqlarda özünü göstərir”.

Deputat qızların təhsildən uzaqlaşdırılması probleminə də toxunub: “Qızların təhsilə cəlb olunması üçün dövlət ciddi addımlar atmalıdır. Hətta bir müddət bundan əvvəl belə bir şüar vermişdim ki, Azərbaycanda bir dənə də olsun təhsilsiz qız qalmamalıdır. Hər bir təhsil almayan şagird barəsində mütləq dövlət dərhal araşdırma aparmalı, onu təhsildən yayındıran valideyni ən ciddi şəkildə cəzalandırmaq lazımdır. Valideynlərin bu barədə haqlı iradları da var ki, qızların normal mühitdə təhsil alması üçün infrastruktur yetərli deyil. Amma bəhanə hər yerdə var. Hətta oğurluq edən, qatil olan insanlar da özünə bəraət üçün bəhanə gətirir. Pislik etmək üçün kifayət qədər bəhanə var. Yaxşılıq üçün ən çətin mühitdə belə güc qoyub, fədakarlıq etmək lazımdır. Əgər valideyn fədakarlıq etmir, qızını satıb canını qurtarmaq istəyirsə bu da savadsızlığın, cahilliyin bir növüdür. Buna görə də biz cəmiyyətdə daha çox ananı savadlı yetişdirməliyik ki, övladını düzgün tərbiyə etsin, savadlanması üçün addımlar atsın.  Belə olmayan halda Azərbaycan uşağı orta səviyyədən irəli gedə bilməyəcək”.

Əvvəlki yazı

Fuad Qəhrəmanlı istefa verdi – Son!

Sonrakı yazı

İsa Qəmbər: “Zorakılığa etirazdan çəkinməyin”

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.