12-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Fazil Mustafa: “Hakimiyyət daha çox maraqlı olmalıdır ki, aqressiya azalsın”

05 Fevral 2019, 08:42
Gündəm
A A
Fazil Mustafa: “Hakimiyyət daha çox maraqlı olmalıdır ki, aqressiya azalsın”

“Aqressiyanın artmasında müəyyən barışmaz müxalifət ünsürlərinin də rolu böyükdür”

“Təəssüf ki, Azərbaycanda aqressiyanın artması müşahidə olunur”. Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa bu fikirləri ölkədə düşərgələarası münasibətlərdən “Yeni Müsavat”a bəhs edərkən söylədi.

Millət vəkilinin fikrincə, ilk növbədə, təbii ki, cəmiyyətin müəyyən problemlərinin vaxtında həll olunmaması ilə bağlı məsələlərə diqqət yetirmək lazımdır. Onun sözlərinə görə, hakimiyyətin bir sıra addımları vaxtında atması qarşı tərəfin arqumentlər sarıdan “tərksilah” olunmasına gətirib çıxara, nəticədə aqressiyanın azalmasına səbəb ola bilər: “Ölkə prezidenti şəhid ailələri ilə bağlı problemi həll etdi. Halbuki müvafiq qurumlar vaxtında bunu həll etsəydi, heç bu qədər ajiotaj da yaranmayacaqdı. Yaxud təqaüdçülər, iş yerləri ilə bağlı məsələlər var… Yüzlərlə tikinti obyektinin işinin dayanması problemləri var. Həmçinin istehsalla bağlı problemlər mövcuddur. Artıq alqı-satqı, bazar dayanıb, ticarət yoxdur. Müəyyən maneələr, inhisarçı fəaliyyətlər imkan vermir ki, insanlar çörəkpulu qazansınlar. Çörəkpulu qazanmayan adam mütləq küçəyə çıxmalıdır. Yəni ümid edir ki, bəlkə nə isə dəyişdi və mən çörək qazana bildim. Ona görə də əslində hakimiyyət daha çox maraqlı olmalıdır ki, aqressiya azalsın”.

F.Mustafa burada müxalifətin də günahkar olduğunu vurğuladı: “Aqressiyanın artmasında müəyyən barışmaz müxalifət ünsürlərinin də rolu böyükdür. Bu isə onlara daha çox ziyandır. Çünki bu üslubda mübarizə sabah onların ətrafında toplanan insanların daha cilovlanmamış, cilalanmamış və istənilən vaxt ancaq dağıntılarla, pozuculuq fəaliyyətlə məşğul olan bir davranışa vərdiş elətdirir. Yəni əslində müxalifətin elektoratı daha mədəni, daha səviyyəli davranmaqla iqtidarı islahatlar aparmağa məcbur etməlidir. Bütün hallarda bunu etmək, aqressiyanın tonunun müxalifət tərəfindən aşağı salınması, məncə, daha faydalı yoldur. Çünki bu oyun qaydaları iqtidardan çox, müxalifətə lazımdır. İqtidarın əlində dəyənək var, sənin əlində heç nə yoxdur. Aqressiv mühit yaradılanda uzaqbaşı daha çox dəyənək yeyiləcək. Ona görə də müxalifət dəyənəyi işə salmağa bəhanə verəcək addımlardan çəkinməlidir. O, əlində olan sosial şəbəkənin, mətbuatın, medianın, daha tolerant və müəyyən dərəcədə mədəni üslubundan istifadə edərək səviyyəli tənqidlə cəmiyyətdən dəstək qazanmağı bacarmalıdır. Bu, olarsa, gələcəkdə özünün də kadr bazasının daha sağlam insanlardan ibarət olmasına imkan yarada bilər və bu, onun özünün də xeyrinədir”.

Əvvəlki yazı

Musa Quliyev müxalifəti “seçki dueli”nə çağırdı

Sonrakı yazı

Maduro imzatoplama kampaniyasına başlamaq niyyətindədir – ABŞ-ın hərbi təcavüzünə qarşı

Fuad Qəhrəmanlıya gələn pullar… – Video

Fuad Qəhrəmanlıya gələn pullar… – Video

12 Fevral 2026, 15:21
Yeni metro stansiya bu tarixdən AÇILIR – Sakinlərə ŞAD XƏBƏR

Yeni metro stansiya bu tarixdən AÇILIR – Sakinlərə ŞAD XƏBƏR

12 Fevral 2026, 15:19
Əli Kərimlinin saxlanılmasının ANBAAN GÖRÜNTÜSÜ

Əli Kərimlinin saxlanılmasının ANBAAN GÖRÜNTÜSÜ

12 Fevral 2026, 15:18
“Boz kardinal”ın həmin səs yazısı yayıldı – İlk dəfə

“Boz kardinal”ın həmin səs yazısı yayıldı – İlk dəfə

12 Fevral 2026, 14:34
DTX: Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb

DTX: Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb

12 Fevral 2026, 14:33
Epşteynə bənzədildiyinə görə yaşadığı şəhərdən köçdü

Epşteynə bənzədildiyinə görə yaşadığı şəhərdən köçdü

12 Fevral 2026, 14:31
Faciəli şəkildə ölən Rəşad Əliyev “Qara polkovnik”in qohumu imiş

Faciəli şəkildə ölən Rəşad Əliyev “Qara polkovnik”in qohumu imiş

12 Fevral 2026, 14:30
DTX: Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın KTMT-yə tam üzv olacağı barədə razılıq olub

DTX: Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın KTMT-yə tam üzv olacağı barədə razılıq olub

12 Fevral 2026, 14:28
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı – VİDEO

DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı – VİDEO

12 Fevral 2026, 14:27
Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

11 Fevral 2026, 17:34
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

11 Fevral 2026, 16:34
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.