Cümə axşamı, Mart 23, 2023
Reportyor
Xarı Bülbül
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əlaqə
No Result
View All Result
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əlaqə
No Result
View All Result
Reportyor
Xarı Bülbül
No Result
View All Result
Home Araşdırma

Fantastik daşıma qiymətləri – “Azərpoçt” biznesin inkişafına necə zərbə vurur?

17 Fevral 2023, 15:05
in Araşdırma, SEÇMƏ
Fantastik daşıma qiymətləri – “Azərpoçt” biznesin inkişafına necə zərbə vurur?

Azərbaycanda dövlətin iqtisadiyyatdakı rolu daha çox nəzarətedici xarakter daşıyır. Bu modelə üstünlük verən ölkələrdə dövlət özü iqtisadiyyatda iştirak etmir, iqtisadi münasibətləri tənzimləyir, ona nəzarət edir.

Ancaq bəzi hallarda bir sıra nazirlik və digər qurumların tərkibində fəaliyyət göstərən Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) statuslu dövlət şirkətləri biznesdə iştirak edir. Bu MMC-lər dövlət subsidiyaları ilə fəaliyyət göstərirlər. Onlar gəlir əldə edə bilərlər, ancaq gəlirlə işləmədikləri müddətcə dövlət büdcəsindən onlara vəsait ayrılır, hər hansı yeni bir texnologiya, yeni layihələrlə bağlı ideyalar olarsa, dövlət tərəfindən maliyyələşir. Sadə dildə desək, dövlət, biznes qurumlarından topladığı, vətəndaşlardan aldığı vergi hesabına formalaşan dövlət büdcəsi ilə belə MMC-lərə pul ayırır.

Ancaq bəzən bu MMC-lər özləri biznes qaydalarını pozur, dövlət büdcəsindən aldıqları subsidiyalar hesabına bazara dempinq etməklə məşğul olurlar. Bu baxımdan Azərpoçt MMC-nin fəaliyyəti xüsusilə diqqəti çəkir.

Belə ki, Azərbaycanda son 6 ildə populyarlaşmağa başlayan biznes sahələrindən biri də xarici ölkələrdən daşıma xidmətidir. Azərbaycanda vətəndaşların xarici ölkələrin elektron kommersiya saytlarından aldıqları məhsulun ölkəyə daşınmasını həyata keçirən 100-ə yaxın şirkət var. Bu sahədə azad rəqabət olduğu üçün həm biznesin inkişafına zəmin yaranır, həm də daşıma xidmətinin özü günü-gündən inkişaf edir. Təbii ki, bu kimi şirkətlər poçt xidmətləri sahəsinə aid olduğu üçün bu sahədə fəaliyyət göstməyə görə lisenziyanın alınması vacibdir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərkibində fəaliyyət Azərpoçt MMC bir neçə ay öncə digər şirkətlər kimi müştərilərin “Trendyol”, “Amazon”, “Hepsiburada” və s. elektron tircarət saytlarından aldıqları məhsulu ölkəyə gətirməyə başladı. İlk baxışdan burda qəribə bir şey yoxdur. Bu, gəlir əldə edə bilən bir dövlət şirkətinin öz profilinə çox da yad olmayan bir sahədə fəaliyyətidir.

 

Ancaq son zamanlar görünür ki, Azərpoçt MMC dövlətdən aldığı subsidiyalar hesabına bazar qaydalarına suni maneələr yaradır, qiymət siyasətinə ciddi zərbələr vurur. Belə ki, bu qurum bu günə qədər görünməyən qiymətlərlə xidmət göstərir. Belə ki, Türkiyədən 1 kq ağırlığında yük üçün daşınma qiyməti 2 ABŞ dollarıdır.

Kiçik bir araşdırma etdikdə məlum olur ki, bu qiymətə Türkiyədən məhsul daşımaq gətirilən yükün həcmindən asılı olmayaraq zərərlə işləmək deməkdir. Özəl biznes qurumları bu qiymətə indiyə qədər məhsul daşımayıb. Çünki onların ayın sonunda əməkdaşlara əmək haqqı vermək, dövlətə vergi ödəmək və qazanc əldə etmək öhdəlikləri var. Ancaq görünən odur ki, Azərpoçt MMC-nin belə bir öhdəliyi yoxdur. Çünki ayın sonunda əməkdaşların əmək haqlarını dövlət büdcəsindən ödəyir. Bu qurum gəlir əldə etməsə, zərərlə işləsə belə dövlətdən subsidiya alacaq. Bununla nə özəl sektorun inkişafına şərait yaradılır, nə də özləri qazanc əldə edirlər.
Bu yaxınlarda bu formada bazara qiymət dempinqi edən, rəqabət şəraitini pozan beynəlxalq taksi aqreqatoru platforması kimi fəaliyyət göstərən “Bolt” şirkətinin Azərbaycan nümayəndəliyi külli miqdarda cərimələndi. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yaydığı açıqlamada qeyd olunurdu ki, “Bolt Services AZ” MMC-nin onunla eyni bazarda fəaliyyət göstərən və ya həmin bazara daxil olmaq istəyən digər bazar subyektlərinin təsərrufat qərarlarının qəbuluna qanunsuz təsir göstərib və bununla da “Haqsız rəqabət haqqında” Qanunun tələblərini pozub.

Ancaq görünən odur ki, dövlət şirkəti olaraq Azərpoçt MMC-də qanunun tələblərinə əməl etmir.
Maraqlıdır, bəs nədən eyni sanksiya “Azərpoçt”a tətbiq olunmur?

ShareSendTweetShare
Previous Post

Aytac Bayramzadə yeni layihəyə hazırlaşır – FOTOLAR

Next Post

Polis Qubada kollec tələbələri ilə görüşüb

Related Posts

Azərbaycan və Türkiyə arasında mühüm protokol təsdiq olundu
SEÇMƏ

Azərbaycan və Türkiyə arasında mühüm protokol təsdiq olundu

by reportyor info
18 Mart 2023, 18:48
Baş nazirin müavini quru sərhədlərin açılması ehtimalından danışdı
SEÇMƏ

Baş nazirin müavini quru sərhədlərin açılması ehtimalından danışdı

by reportyor info
17 Mart 2023, 14:18
Araik “istefaya” hazırlaşır
Manşet

Araik “istefaya” hazırlaşır

by reportyor info
17 Mart 2023, 13:13
“Nərmin işi”ndə ekspert rəyini əsaslandıra bilmədi
Cəmiyyət

“Nərmin işi”ndə ekspert rəyini əsaslandıra bilmədi

by reportyor info
16 Mart 2023, 23:01
Sahibkar Bakı Baş Gömrük İdarəsi qarşısında etiraza qalxdı – Video
Cəmiyyət

Sahibkar Bakı Baş Gömrük İdarəsi qarşısında etiraza qalxdı – Video

by reportyor info
15 Mart 2023, 16:19

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Xəbər lenti

Türk Dövlətləri Təşkilatı bir qurum kimi beynəlxalq münasibətlərdə önəmli rol oynayır

Türk Dövlətləri Təşkilatı bir qurum kimi beynəlxalq münasibətlərdə önəmli rol oynayır

22 Mart 2023, 14:38
Novruz bayramını qalib xalq olaraq qeyd edirik

Novruz bayramını qalib xalq olaraq qeyd edirik

19 Mart 2023, 15:01
Bakıda 23 yaşlı qadın 30 yaşlı ərinin qətlini təşkil edib?

Bakıda 23 yaşlı qadın 30 yaşlı ərinin qətlini təşkil edib?

19 Mart 2023, 13:18
Azərbaycanın bəzi bölgələrində yağış yağıb

Azərbaycanın bəzi bölgələrində yağış yağıb

19 Mart 2023, 13:04
Tələbələr kriminal avtoritetə həsr olunan mahnıya niyə oynayır? – “Rektorun başı qarışıb pul silməyə…”

Tələbələr kriminal avtoritetə həsr olunan mahnıya niyə oynayır? – “Rektorun başı qarışıb pul silməyə…”

19 Mart 2023, 13:02
Azərbaycan-Almaniya münasibətləri yeni mərhələdə

Azərbaycan-Almaniya münasibətləri yeni mərhələdə

19 Mart 2023, 12:57
Xızı polisi şəhid ailələrini ziyarət edib

Xızı polisi şəhid ailələrini ziyarət edib

18 Mart 2023, 18:53
Azərbaycan və Türkiyə arasında mühüm protokol təsdiq olundu

Azərbaycan və Türkiyə arasında mühüm protokol təsdiq olundu

18 Mart 2023, 18:48
Polisdən Bakıda əməliyyat: Avtomatlı şəxslər tutuldular – Video

Polisdən Bakıda əməliyyat: Avtomatlı şəxslər tutuldular – Video

18 Mart 2023, 18:46
Abşeron rayonunda Novruz şənliyi keçirilmişdir

Abşeron rayonunda Novruz şənliyi keçirilmişdir

18 Mart 2023, 17:26
“Doğma Qarabağda, Zəngəzurda əbədi yaşayacağıq”

“Doğma Qarabağda, Zəngəzurda əbədi yaşayacağıq”

18 Mart 2023, 14:41
Azərbaycan Xankəndidə hərbi qüvvələr qruplaşdırıb –  Mikaelyan

Azərbaycan Xankəndidə hərbi qüvvələr qruplaşdırıb – Mikaelyan

17 Mart 2023, 15:21
Vardanyan Xankəndini tərk edir: Çevriliş anonsu…

Vardanyan Xankəndini tərk edir: Çevriliş anonsu…

17 Mart 2023, 14:35
Qubada narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib

Qubada narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib

17 Mart 2023, 14:33
Eldar Sultanov vəzifəsindən azad edildi

Eldar Sultanov vəzifəsindən azad edildi

17 Mart 2023, 14:29
Vüqar Qurbanovdan yeni təyinatlar

Vüqar Qurbanovdan yeni təyinatlar

17 Mart 2023, 14:27
“Qiymət bizdə niyə düşməyə başlamır?” – Deputat

“Qiymət bizdə niyə düşməyə başlamır?” – Deputat

17 Mart 2023, 14:22
Baş nazirin müavini quru sərhədlərin açılması ehtimalından danışdı

Baş nazirin müavini quru sərhədlərin açılması ehtimalından danışdı

17 Mart 2023, 14:18
Zaxarova Paşinyanı ələ saldı

Zaxarova Paşinyanı ələ saldı

17 Mart 2023, 13:16
Araik “istefaya” hazırlaşır

Araik “istefaya” hazırlaşır

17 Mart 2023, 13:13
Sevgilisini öldürüb, qadınla hotelə getdi – Video

Sevgilisini öldürüb, qadınla hotelə getdi – Video

16 Mart 2023, 23:11
“Nərmin işi”ndə ekspert rəyini əsaslandıra bilmədi

“Nərmin işi”ndə ekspert rəyini əsaslandıra bilmədi

16 Mart 2023, 23:01
“İnterpol” ilə axtarışa verilən azərbaycanlı Norveçdə saxlanıldı

“İnterpol” ilə axtarışa verilən azərbaycanlı Norveçdə saxlanıldı

16 Mart 2023, 16:03
“Qadın “qarpız” kimidir, kəsəndə görürsən ki…” – İfaçı

“Qadın “qarpız” kimidir, kəsəndə görürsən ki…” – İfaçı

16 Mart 2023, 13:56
Paşinyandan Putinə: “Rusiya Qarabağda bunu bacarmırsa…”

Paşinyandan Putinə: “Rusiya Qarabağda bunu bacarmırsa…”

16 Mart 2023, 13:18
PUTİN XOCALIDA RUS SƏRKƏRDƏLƏRİNƏ NİYƏ ABİDƏ QOYDURUB?

PUTİN XOCALIDA RUS SƏRKƏRDƏLƏRİNƏ NİYƏ ABİDƏ QOYDURUB?

16 Mart 2023, 12:13
“İstəyərdim Bülənt Ərsoy kimi atam olsun” – Günel

“İstəyərdim Bülənt Ərsoy kimi atam olsun” – Günel

16 Mart 2023, 11:58
Bakıdan yeni təkliflər almışıq – Paşinyan

Bakıdan yeni təkliflər almışıq – Paşinyan

16 Mart 2023, 11:50
Kafedə öldürülən və yaralanan şəxslər DSX hərbçiləri olub

Kafedə öldürülən və yaralanan şəxslər DSX hərbçiləri olub

16 Mart 2023, 11:34
Sahibkar Bakı Baş Gömrük İdarəsi qarşısında etiraza qalxdı – Video

Sahibkar Bakı Baş Gömrük İdarəsi qarşısında etiraza qalxdı – Video

15 Mart 2023, 16:19

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon – (99477) 399-55-66
Votsap – (99455) 3490491
Email – [email protected]

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Köşə
  • Manşet
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Uncategorized
Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Fev    

© 2022 Reportyor.info

No Result
View All Result
  • Haqqımızda
  • Əlaqə

© 2022 Reportyor.info