Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
No Result
View All Result
Reportyor
No Result
View All Result
Home Sosial

Falçının zorladığı qızlardan şok açıqlamalar – Bakıda dəhşətli olay (FOTOLAR, VİDEO)

2018-04-20
in Sosial
A A
0
Falçının zorladığı qızlardan şok açıqlamalar – Bakıda dəhşətli olay (FOTOLAR, VİDEO)
0
SHARES
23
VIEWS
Facebook-da paylaş"Twitter"-də paylaş

Zərərçəkənlər “Yeni Müsavat”a başlarına gələnləri danışdılar; 20 yaşlı tələbə qız: “O zaman mənə necə yaxınlaşdığını, zorladığını hiss etməmişəm”; 18 yaşlı tələbə qız: “Özümə gəlməyə başladım və anladım ki, məni zorlayıb”

Bakıda tələbə, yetkinlik yaşına yenicə çatmış qızları sosial şəbəkələr üzərindən “ov”layan falçı peyda olub. Pessimist ruhda statuslar yazan 18-20 yaşlı qızlara bir xanım profil üzərindən köməklik təklif olunub. Qızlar Yasamaldakı evə dəvət edilib. Orada bihuşedici maddə qatılmış çay, su verilib. Qızları yuxuya verib bakirəliklərini pozublar. Özlərini də təhdid edib, bu haqda heç kimə məlumat verməməyi tapşırıblar.

“Yeni Müsavat”ın redaksiyasına falçının qurbanına çevrilmiş 46 qızdan 2 nəfəri müraciət edib. Onlar başlarına gələn dəhşətli, iyrənc olayı anladıblar. 18 və 20 yaşlarında olan qızlar falçının özünü onlara Mirseymur Mirkamil oğlu Seyidov kimi təqdim etdiyini bildiriblər. Qızlar bildirir ki, əslində o özü haqda ilk gündən qurbanlarına yalan məlumat verib. Buna baxmayaraq, onun kimliyi haqda müfəssəl məlumat ala biliblər.

Redaksiyamız müraciət edən qızların kimliyi haqda ətraflı bilgilərə malikdir və baş vermiş iyrənc olay haqda hüquq mühafizə orqanlarına, “Təmiz Dünya” İctimai Birliyinə də məlumat vermişik.

“Quran”da görünür ki, sən əməliyyat olunarkən bakirəliyini itiribsən”

20 yaşlı Ə.A-nın dedikləri: (Redaksiya bəzi məqamları nəzərə alaraq zərərçəkənlərin adlarını şərti verir)

“Ötən ilin noyabr ayında ”İnstagram”da bir qızla tanış olmuşdum. Qız biləndə ki, mənim təhsilim, işim, özümlə bağlı bəzi problemlərim var, məni bir falçıya yönəltdi. Həmin falçı özünü Mirseymur kimi təqdim etdi. Dedi ki, seyiddir. Sonradan bildik ki, onun əsl adı Ramil Durduxan oğlu Talıbovdur”.

0e301ee5-787f-417f-a7f8-eac1b663cbc5 (1).jpg (36 KB)

Mirseymur Mirkamil oğlu Seyidov

Ə.A-nın dediyinə görə, falçı həmin vaxt Rusiyada yaşadığını deyib və ona göstərəcəyi “köməkliklərə” görə alacağı pulu bank hesabı ilə ödəməyi tələb edib:

“Üst-üstə məndən 900 manat pul aldı. Pulu müxtəlif vaxtlarda bank hesabı ilə ona ödədim. Həmin zaman o, Rusiyada olduğu üçün pulu Anna adlı bir qadının adına göndərmişdim. Bir ay sonra, yəni dekabr ayında isə Bakıya döndü. Mənə dedi ki, gəl ”işi” davam etdirək. Bir müddət əvvəl böyrəyimdən əməliyyat olunmuşdum. Bu haqda ona demişdim. Yanında getdikdə dedi ki, “Quran”da görünür ki, sən əməliyyat olunarkən bakirəliyini itiribsən. Bununla məni qorxutdu ki, “həkimə müayinəyə getsən biabır olacaqsan, polisə xəbər verəcəklər, əngələ düşəcəksən, cavan qızsan, həyatını məhv etmə. Gəl, mən özüm sənə bu barədə köməklik edim, yoxsa səni pisliklər gözləyir, sən bədbəxt olacaqsan, pis yola düşəcəksən. Sənə bir dərman verəcəm, 28 gün ərzində yuyunarsan, sonra həkimə gedərsən”.

“Çayı içəndə hiss etdim ki, huşum özümdə deyil, heç nəyi hiss etmirəm”

Əvvəl razı olmadım, həkimə getmək istədiyimi dedim. Onda mənə dedi ki, “effekti olmasa, sənin pullarını geri qaytaracam”. Onun evinə getdim. Bir qədər aramızda pul söhbəti ilə bağlı mübahisə yarandı. Pulumu geri istəyirdim, bildirdim ki, həkimə gedəcəm. Lakin o məni sakitləşdirməyə çalışdı və mənə çay verdi. Çayı içəndə hiss etdim ki, huşum özümdə deyil, heç nəyi hiss etmirəm. O zaman mənə necə yaxınlaşdığını, zorladığını hiss etməmişəm. Bir müddət sonra yavaş-yavaş özümə gələndə anladım ki, artıq “iş işdən keçib”, bakirəliyim pozulub. Məni qaldırıb hamama aparanda onun üstünə atılıb qışqırmağa başladım. O isə mənə dedi ki, “sənə əvvəldən demişdim ki, bakirə deyilsən, indi isə ”aybaşı” olmusan. Daha sonra məni evdən qovdu. Bildirdim ki, bu barədə polisə xəbər verəcəm. Dedi ki, “həyatının məhv olmasını istəmirsənsə, bu addımı atmayacaqsan. Özün də universitetdə tələbəsən, gedib dekanına, ailənə, anana bu haqda deyərəm. Arxanda atan və ya başqa dayağın yoxdur, sənə heç kəs kömək etməyəcək”.

6d81fc3d-eb42-4361-8e08-16bb8f7b431f.jpg (146 KB)

“Hər dəfə onun evinə gedəndə gizlincə sənəd axtarmağa çalışırdım ki…”

Ə.A-nın sözlərinə görə falçı sonradan dəfələrlə müxtəlif şantaj və təhdidlərlə onu evinə gətirib və cinsi əlaqədə olmağa məcbur edib:

“Hər dəfə onun evinə gedəndə gizlincə sənəd axtarmağa çalışırdım ki, əsl adını öyrənə bilim, polisə müraciət edim. Sonra onun qurbanlarından olan bir xanım mənimlə əlaqə saxladı. Bildirdi ki, ailəlidir, lakin 3 ildir ki, onun toruna düşüb. Mənə köməklik etməyə çalışdı”.

Ailəsinin yeganə övladı olan Ə.A. başına gələn olaylara görə 3 dəfə intihara cəhd etdiyini deyib:

“Çox ciddi psixoloji problemlərim yaranıb. Mart ayında artıq dözməyib DİN-in 102 xidmətinə zəng vurdum, başıma gələnləri dedim. Həmin şəxsin ev ünvanını, haqqında bildiyim bütün məlumatları versəm də, bu günə qədər heç bir nəticəsi yoxdur. Əksinə, həmin adam və onun əlaltıları məni hər gün təhdid edir, telefonla zəng edib, məcburən məni görüşə çağırırlar. Hətta bir qadın özünü onun keçmiş həyat yoldaş kimi təqdim edib, məni təhdid edir. Zorlanmağımla bağlı ekspertiza nəticələri də var. Lakin bu günə qədər məsələyə hüquqi qiymət verilməyib, həmin şəxs hələ də azadlıqdadır.

a621308f-afce-4ff5-8461-3059a8b82679.jpg (90 KB)

“Bu günə qədər 46 nəfərin başına bu cür oyun gətirmişəm…”

Bir dəfə onunla mübahisə edəndə dedi ki, “bu günə qədər 46 nəfərin başına bu cür oyun gətirmişəm, amma onlar sənin kimi hay-küy salmır”. Məsələ araşdırılsa, yəqin ki, həmin qurbanlar da ortaya çıxacaq. Aidiyyəti qurumlardan, hüquq-mühafizə orqanlarından xahiş edirəm, bu məsələdə mənim və digər qurbanların haqqı yerdə qalmasın, cinayətkar öz cəzasını alsın”.

“Bir saatdan sonra özümə gəlməyə başladım və anladım ki, məni zorlayıb”

Falçının qurbanı olduğunu bildirən digər tələbə, B.İ. isə bunları söylədi:

“2000-ci il təvəllüdlüyəm, 18 yaşım təzə tamam olub. Bəzi problemlərim var idi. Bir xanımla ”İnstagram”da tanış olmuşdum. O mənə dedi ki, bir falçının nömrəsini verəcək, köməklik edəcək. Onun verdiyi nömrəyə zəng elədim. Özünü Mirseyid Seyidov kimi təqdim edən falçı ilə tanış oldum. Telefonla danışan zaman mənə dedi ki, “Yasamalda qalıram, gəlib falına baxdıra bilərsən”. Bu söhbət yanvarın 19-da olub. Elə həmin gün evinə getdim. Məni qapıda 19-20 yaşında bir qız qarşıladı. Sonradan bildim ki, həmin qız Ə.A-dır. Beləliklə, falçı görəcəyi iş üçün məndən 500 manat istədi, əvəzində isə mənim problemlərimə, o cümlədən xəstə ata-anama yardım edəcəyinə söz verdi. Ayın 19-da məndən pulu götürdü, sabahı gün məni yenə evində qarşıladı. Mənə evdə sakitləşdirici çay verdi. Çayı içdikdən sonra özümü çox pis hiss etməyə başladım. Onun evində təxminən saat 5-6 radələrində olmuşam.

zorlanma.jpg (462 KB)

Bir saatdan sonra özümə gəlməyə başladım və anladım ki, məni zorlayıb. Mən onun üstünə qışqırmağa başlayanda dedi ki, “sən uşaq ikən yıxılmısan, zədə almısan, o vaxt bakirələyini itirmisən. İndi isə səndə soyuqdəymə olub, gedə bilərsən. Qışqıranda isə dedi ki, ”məni şərləmə, get evimdən!” Qorxumdan bu haqda heç kəsə bir söz deyə bilmədim. Bir neçə gün sonra zəng edib dedi ki, mənə bu məsələdə köməklik edəcək, yenidən evinə çağırdı. Mən onun evinə getdim. Bu dəfə isə mənə su içirtdi. İkinci dəfə məni belə zorladı. Bu haqda heç kəsə deməməyim üçün məni şantaj, təhdid edirdi. Olanlardan şoka düşmüşdüm. Onun təhdidlərinə dözməyib aprel ayında polisə müraciət etdim. Lakin o, yenidən məni  qorxutmağa, “ailənizi dağıdaram, sən mənə heç nə edə bilməzsən, polislər mənim əlimdədir, onların işi məndən keçir” və sairə bu kimi təhdidlər etməyə başladı. Bu haqda polisə müraciət etdim. Onu polis bölməsinə aparıb, sorğu-sual etdilər. Lakin o, məni tanımadığını, ilk dəfə gördüyünü söylədi”.

“Cinayətkar cəzasız qalmasın”

B.İ. çıxılmaz vəziyyətdə qaldığını, buna görə aidiyyəti orqanlardan köməklik istədiyini deyib:

“Mənim əsas istəyim budur ki, bizim işimizə baxılsın. Cinayətkar cəzasız qalmasın”.

Məsələ ilə bağlı qarşı tərəfin də rəyini öyrənməyə çalışsaq da, zənglərimiz cavabsız qaldı. Bununla belə, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Xalidə GƏRAY,
Musavat.com

ShareTweetSendSendShareScan
Bizim Video
Previous Post

Prodüser Tolikin BİABIRÇI VİDEOSU yayıldı: “Röyanın ağzına…” -VİDEO

Next Post

Bu məmur işdən çıxarılır (RƏSMİ)

Next Post
Bu məmur işdən çıxarılır (RƏSMİ)

Bu məmur işdən çıxarılır (RƏSMİ)

Prezident iqtidarı yeniləyir – sensasion dəyişim

Prezident iqtidarı yeniləyir - sensasion dəyişim

Ombudsman KİV-ə irad bildirib

Ombudsman KİV-ə irad bildirib

Discussion about this post

Bizə Qoşulun

  • 11.9k Subscribers
  • 1.2k Subscribers

Son Xəbərlər

Xəzərdən Kiyevə hücum: Ən bahalı raketlər atılıb

Xəzərdən Kiyevə hücum: Ən bahalı raketlər atılıb

2022-06-26
Mövlud Çavuşoğlu Azərbaycana gəlir

Mövlud Çavuşoğlu Azərbaycana gəlir

2022-06-26
Sergey Şoyqu Ukraynada – VİDEO

Sergey Şoyqu Ukraynada – VİDEO

2022-06-26
Azərbaycanlı qadın müğənni: “Pike kimi kişidən ayrılmaq olar?!”

Azərbaycanlı qadın müğənni: “Pike kimi kişidən ayrılmaq olar?!”

2022-06-26
BNA indi də kondisionerli dayanacağı su anbarına çevirdi – Foto

BNA indi də kondisionerli dayanacağı su anbarına çevirdi – Foto

2022-06-26
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 104 il ötür

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 104 il ötür

2022-06-26
Silahlı Qüvvələr Günü ilə bağlı 114 hərbçi təltif olunub

Silahlı Qüvvələr Günü ilə bağlı 114 hərbçi təltif olunub

2022-06-25
Bir qrup hərbçiyə ali hərbi rütbələr verilib – SƏRƏNCAM

Bir qrup hərbçiyə ali hərbi rütbələr verilib – SƏRƏNCAM

2022-06-25
Abşeronda 26 İyun Silahlı Qüvvələr Günü silsilə tədbirlərlə qeyd olundu

Abşeronda 26 İyun Silahlı Qüvvələr Günü silsilə tədbirlərlə qeyd olundu

2022-06-25
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin sonuncu respublika zona konfransı keçirilib

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin sonuncu respublika zona konfransı keçirilib

2022-06-24
Abşeron rayonunda silsilə tədbirlər keçirilib

Abşeron rayonunda silsilə tədbirlər keçirilib

2022-06-24
Son sutkanın yoluxma statistikası

Son sutkanın yoluxma statistikası

2022-06-24
DTX əməliyyat keçirdi: Saxlanılanlar var – RƏSMİ

DTX əməliyyat keçirdi: Saxlanılanlar var – RƏSMİ

2022-06-24
Bayden 907-ci düzəlişin dayandırılması müddətini uzatdı

Bayden 907-ci düzəlişin dayandırılması müddətini uzatdı

2022-06-24
Səfər Mehdiyev özü gedəcək, yoxsa göndərəcəklər? 

Səfər Mehdiyev özü gedəcək, yoxsa göndərəcəklər? 

2022-06-24
Şənbə günü Bakıda 33, rayonlarda 37 dərəcə isti olacaq

Şənbə günü Bakıda 33, rayonlarda 37 dərəcə isti olacaq

2022-06-24
Ermənilər Laçını atəşə tutub – RƏSMİ

Ermənilər Laçını atəşə tutub – RƏSMİ

2022-06-24
Azərbaycanla Rusiya arasında Saziş imzalandı

Azərbaycanla Rusiya arasında Saziş imzalandı

2022-06-24
İmzalanmış Siyasi Bəyannamə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdırır

İmzalanmış Siyasi Bəyannamə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdırır

2022-06-24
Rusiya: 2 minə qədər ukraynalı hərbçi mühasirəyə alınıb

Rusiya: 2 minə qədər ukraynalı hərbçi mühasirəyə alınıb

2022-06-24

Seçmə

  • Bütün
  • SEÇMƏ
Silahlı Qüvvələr Günü ilə bağlı 114 hərbçi təltif olunub
Gündəm

Silahlı Qüvvələr Günü ilə bağlı 114 hərbçi təltif olunub

2022-06-25
Azərbaycanla Rusiya arasında Saziş imzalandı
Manşet

Azərbaycanla Rusiya arasında Saziş imzalandı

2022-06-24
Məşhur klinika qapadıldı: Araz Bayramov dələduzdurmu?! – VİDEO
SEÇMƏ

Məşhur klinika qapadıldı: Araz Bayramov dələduzdurmu?! – VİDEO

2022-06-24
Əsir düşən ukraynalı polis intihar etdi
SEÇMƏ

Əsir düşən ukraynalı polis intihar etdi

2022-06-23
Qubadlı sakini Kəmaləddin Heydərova müraciət etdi, şok faktlar açıqladı
SEÇMƏ

Qubadlı sakini Kəmaləddin Heydərova müraciət etdi, şok faktlar açıqladı

2022-06-23
Səfər Mehdiyev Prezident Administrasiyasına çağırıldı
Cəmiyyət

Səfər Mehdiyev Prezident Administrasiyasına çağırıldı

2022-06-22
Reportyor

Bizi İzləyin

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Köşə
  • Manşet
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Uncategorized

Son əlavələr

Xəzərdən Kiyevə hücum: Ən bahalı raketlər atılıb

Xəzərdən Kiyevə hücum: Ən bahalı raketlər atılıb

2022-06-26
Mövlud Çavuşoğlu Azərbaycana gəlir

Mövlud Çavuşoğlu Azərbaycana gəlir

2022-06-26

Xeberler

  • Reportyor.İnfo
  • Əlaqə

© 2020 Reportyor.info.

  • Manşet
  • Gündəm
  • Cəmiyyət
  • SEÇMƏ
  • Siyasət
  • Dünya
  • Sosial
  • Araşdırma
No Result
View All Result

© 2020 Reportyor.info.