18-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Fəzail İbrahimli: “Uğrunda can verdiyimiz, gülüstana çevrilən Qarabağ…”

05 Oktyabr 2022, 14:39
Cəmiyyət
A A
Fəzail İbrahimli: “Uğrunda can verdiyimiz, gülüstana çevrilən Qarabağ…”

Hər bir xalqın yaratdığı mifologiya onun düşüncəsinin məhsulu, dəyərlər sisteminin təzahürüdür. Bu mənada mifik düşüncəmizin, millət olaraq dünyabaxışımızın ensiklopediyası sayıla biləcək “Kitabi Dədə Qorqud” bizim üçün hər zaman aktual olan bir mayakdır. Xalq, dövlət olaraq var olmanın şərti kimi göstərilən bir prinsip var: Torpağın yurd, Vətən olması üçün iki şərt lazımdır. Biri odur ki, torpağı gərək əkib-becərəsən. İkincisi odur ki, gərək onu yağılardan qoruyasan.

Torpağı əkib-becərməsən, qorumağa dəyməz. Onu qorumasan, əkib-becərməyə dəyməz. Vətəni sevmək, onun hər qarış torpağının qədrini bilmək, lazım gələrsə, bu doğma yurd üçün canından keçməyi bacarmaq bizim hər birimizin müqəddəs borcudur. Biz xalq olaraq bu borcu hər zaman yerinə yetirməyə hazır olduğumuzu sübut etmişik.

İki il öncə 44 günlük Zəfər Savaşında canımızdan keçib Vətəndən vaz keçməyəcəyimizi bütün dünyaya nümayiş etdirdik. 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə düşmən tapdağından azad olundu. İndi qəhrəman Azərbaycan oğulları Vətən torpağının hər qarışını göz bəbəyi kimi qoruyurlar.

Tarixi Qələbədən sonra işğaldan azad edilmiş torpaqlarda bərpa və yenidənqurma işlərinə başlanılmışdır. Tamamilə dağıdılmış, yerlə – yeksan edilmiş şəhər və rayonlarımızda ərazilərimizin bərpasını, yenidən qurulmasını səmərəli surətdə həyata keçirmək üçün müvafiq inzibati idarəçiliyin qurulması üçün Prezidentin xüsusi nümayəndəliyi institutu təsis edildi. Vətən üçün vacib iki əsas prinsip- qorumaq və yaratmaq bir liderin-prezidentin rəhbərliyi altında həyata keçirilir.

30 il işğal altında olan ərazilərin xarabalığa çevrilməsi düşmənin bura Vətən gözü ilə baxmamasının daha bir təsdiqi idi. Halbuki, Azərbaycanın 20 faizini təşkil edən 12 rayon ölkənin ən üstün potensiallı əraziləri hesab olunur. İqtisadçıların hesablamalarına görə, həmin ərazilərin işğal altında olması nəticəsində ölkəmizə dəyən zərər yüz milyard dollarlara bərabərdir. 30 ildə əldə edə biləcəyimiz gəlirlərlə biz dünyanın iqtisadi cəhətdən daha inkişaf etmiş ölkələrindən biri ola bilərdik.

Bu gün Azərbaycan sürətli və heyrətamiz bərpa quruculuq işləri ilə itirilmiş illərin fürsətini geri qaytarmaqdadır. Hazırda Qarabağda 11 müxtəlif istiqamətdə avtomobil yolları çəkilir ki, bunların da ümumi uzunluğu min kilometrə yaxındır. Bölgədə tikilən hava limanları, çəkilən dəmir yolları vasitəsilə daşımalar da həm əhalinin Qarabağa qayıdışına, həm də orada icra olunan iqtisadi layihələrin səmərəliliyinin artmasına xidmət edəcək.

Yeri gəlmişkən, ölkəmizin reallaşdırdığı bütün nəqliyyat layihələri, 2023-cü ilədək Füzuli, Zəngilan və Laçında bir-birinin ardınca açılması nəzərdə tutulan hava limanları, çəkilən avtomobil və dəmir yolları qlobal inteq­rasiya proseslərinin də xeyli sürətlənməsinə imkan verəcək. Qlobal baxımdan isə Avropa və Asiyanın daha sıx iqtisadi inteqrasiyasını təmin edəcək.

Azərbaycan prezidenti İlham Əliyevin Ağdam rayonuna son səfəri bu bölgədə görülən işlərin miqyası haqda tam təsəvvür yaradır. Bərdə-Ağdam avtomobil yolunda görülən işlərlə tanış olub, Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin təməlqoyma mərasimində iştirak edib. Bundan başqa Ağdam şəhərində inşa olunacaq yaşayış məhəlləsinin, “City Hotel Agdam” mehmanxanasının, Ağdam rayonunun Sarıcalı kəndinin, Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin təməlqoyma mərasimi keçirilib.

Bu gün Şuşada, Ağdamda, Füzulidə və Qarabağın digər rayonlarında həyata keçirilən bərpa-quruculuq tədbirləri hər kəsdə tükənməz qürur və məmnunluq duyğusu yaradır. İşlər sırf planauyğun şəkildə, ciddi koordinativ formada aparılır. Dövlət səviyyəsində ən mühüm vəzifə bundan ibarətdir ki, əzəli-əbədi yurdlarımı­zın bərpası inkişaf axarına qovuşsun. Biz bu məramımızda son dərəcə qətiyyətliyik. Ötən hər gün məcburi köçkünlərimizin Qarabağa kütləvi qayıdışını daha da yaxınlaşdırır. Dünyanın ağır pandemiya ilə mübarizə apardığı bir dönəmdə Qarabağda aparılan sürətli yenidənqurma işləri eyni zamanda Azərbaycanın dayanıqlı iqtisadi potensialını göstərir.
Prezident İlham Əliyev azad olunan ərazilərdə həyata keçirdiyi quruculuq işləri ilə dünyaya mesaj verir ki, Qarabağ Azərbaycan torpağıdır və biz oranı cənnətə çevirəcəyik. İndi dünya görür ki, torpağın həqiqi sahibi kimlərdir.

Azərbaycan Respublikasının dövlət himnində
“Sən olasan gülüstan,
Sənə hər an can qurban”
devizi bu gün Qarabağda öz reallığını göstərir. Uğrunda qəhrəman əsgərlərimizin can verdiyi Qarabağ gülüstana çevrilir.

Fəzail İBRAHİMLİ
Milli Məclis sədrinin müavini

Əvvəlki yazı

Başlandı!!! Ukrayna Luqanskı azad edir

Sonrakı yazı

Araz Əlizadə vəfat edib

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.