08-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Fəzail Ağamalı: “Hamıya uşaqpulu verməyə ehtiyac yoxdur”

06 Aprel 2021, 15:37
Gündəm, Cəmiyyət
A A
Fəzail Ağamalı: “Hamıya uşaqpulu verməyə ehtiyac yoxdur”

 

Müxalifət düşərgəsində növbəti qarşıdurma başlayıb. Hakimiyyət əleyhdarları bu dəfə uşaqpulu məsələsinə görə üz-üzə gəlib. REAL rəhbərliyinin uşaqpulu verilməsi fikrini dəstəkləyənləri təhqir etməsi hakimiyyət opponentləri arasında söz savaşını daha da alovlandırıb.

Maraqlıdır, hakimiyyətə iddialı olan qüvvələr nə üçün vahid mövqedən çıxış edə bilmirlər?

Mövzu barədə danışan Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı ilk əvvəl bu cür qalmaqallara müdaxilə etmək istəmədiyini diqqətə çatdırıb:

“Şəxsi məsələləridir, özləri bilər, mən onların işinə qarışmıram, ağsaqqal yaşımda əksinə deyərdim ki, barışsınlar, bir-birini başa düşsünlər, bir-birinə qarşı sərt mövqe nümayiş etdirməsinlər. Yəni bir ağsaqqal kimi onları barışa dəvət edərdim”.

Deputat daha sonra uşaqpulunun verilib-verilməməsi ilə bağlı öz fikirlərini bölüşüb:

“Bizim uşaqpulu məsələsi ilə bağlı mövqeyimiz olub. Mən vaxtilə təklif etmişəm ki, ünvanlı sosial yardım ləğv olunsun və oraya ayrılan vəsait iki istiqamətə yönəldilsin. Uşaqpulunun hər kəsə verilməsinə ehtiyac yoxdur. Əgər bir ailənin aylıq gəliri 2-3 min manatdırsa və onların 2 uşağı varsa, ailəyə uşapulu verilməsinə ehtiyac yoxdur. Pulu ehtiyacı olan adamlara vermək lazımdır. Məlumdur ki, 170 manatdan aşağı gəliri olan ailələrə ünvanlı sosial yardım verilir. Ancaq bu prosesdə o qədər mübahisəli və məhdudlaşdırıcı məqamlar var ki, bir çox ehtiyacı olan ailə bu vəsaiti əldə edə bilmir. Məsələn, kimsə atasının mülkiyyətində olan mənzildə qeydiyyatda olur, uzun müddət ailəsi ilə yaşayır, sonra isə özü ailə qurub həmin evdən ayrılır, lakin hələ də həmin mülkiyyətdə qeydiyyatda olduğu üçün ehtiyacı olduğu halda, dövlətdən sosial yardım ala bilmir. Ona görə də bu ünvanlı sosial yardım ləğv olunmalı və ona ayrılan vəsait iki kateqoriyaya bölünməlidir. Vəsaitin bir qismi özünüməşğulluğa göndərilməlidir. Əgəri bir insanın fiziki imkanı çatıb özü üçün təəssərrüfat yarada bilirsə, bu yolla ona dəstək göstərilir və şəxs heç kimdən asılı olmadan ailəsini maliyyələşdirir. Vəsaitin digər qismi isə ehtiyacı olan ailələrə uşaqpulu şəklində verilməlidir. Məsələn, valideynlərdən hansısa əlildirsə, işləmək qabiliyyəti yoxdursa və ya ailənin gəliri çox aşağıdırsa, uşapulu verilməlidir”.

 

Həmsöhbətimiz vətəndaş nikahından dünyaya gələn uşaqlar üçün də yardımın göstərilməli olduğunu vurğulayıb:

“Son vaxtlar vətəndaş nikahı nəticəsində çoxsaylı uşaqlar dünyaya gəlib. Bu cür ailələrdə bəzən kişi məsuliyyətsizlik edərək öz xanımını və uşaqları evdə qoyub ayrı macəra axtarmağa gedir. O qadının çox zaman təhsili və peşəsi olmadığı üçün çətin vəziyyətlə üzləşir. Pulu oraya da yönəltmək lazımdır. Çünki onu taleyin ümidinə buraxmaq olmaz. Bəli, səhv edib ki, nikahsız ailə qurub. Lakin biz onlara dövlət olaraq yardım göstərməliyik. Ehtiyacı olan ailələrə uşaqlar 18 yaşına çatanadək bəlli miqdarda müavinət ödənilməlidir. Mənə elə gəlir ki, ən doğru yanaşma bundan ibarətdir. Bu məsələ ətrafında çoxlu təhlillər aparmışam. Gəldiyim nəticə budur. Fikrimcə, ən optimal variantdır”.(yenisabah.az)

Əvvəlki yazı

Xalq artisti koronavirusa yoluxdu

Sonrakı yazı

Prezident yeni mərkəz yaratdı – FƏRMAN

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.