11-05-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Fəzail İbrahimli: “Siyasi islahatların davamı, zamanın tələbi olan qanun…”

26 Oktyabr 2022, 14:10
Siyasət
A A
Fəzail İbrahimli: “Siyasi islahatların davamı, zamanın tələbi olan qanun…”

2020-ci il il martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasındakı prezident İlham Əliyevin milli və siyasi həmrəyliyin daha da gücləndirilməsini anons edən nitqində siyasi islahatlar və siyasi dialoq mühüm yer tuturdu. Məhz bu çıxışdan sonra Azərbaycanda çoxpartiyalı sistemin daha da möhkəm əsaslar üzərində qurulması, dayanıqlı inkişafın, siyasi sabitliyin, həmrəylik mühitinin və demokratik ənənələrin təminatçısı olan siyasi dialoqun qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin strateji vəzifələrindən birinə çevrilmişdir. Bu günlərdə geniş ictimai müzakirəyə təqdim edilən “Siyasi partiyalar haqqında” qanun layihəsi də sözügedən islahatlarin vacib elementidir.

Yeni qanunun hazırlanmasınə zəruri edən digər amillər də var. Məlumdur ki, “Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə qəbul olunub və bunun üzərindən 30 il keçir. Hazırda Azərbaycanın siyasi sistemində və bu sistemdə partiyaların fəaliyyətində ciddi yeniliklərin, irəliləyişlərin olduğunu nəzərə alsaq hazırda qüvvədə olan qanun müasir dövlətimizin, cəmiyyətimizin inkişafına adekvat deyil. Bu mənada, siyasi partiyaların fəaliyyətinin daha yüksək səviyyədə qurulması, genişlənməsi üçün yeni qanuna ehtiyac vardı.

Digər bir tərəfdən Vətən müharibəsi dönəmindəki milli həmrəylik, siyasi partiyaların 44 gün ərzində siyasi maraqlarını bir kənara qoyaraq ümummilli mövqedən çıxış etməsi və bundan sonrakı dönəmdə diplomatik cəbhədə dövlətimizin mövqeyinin qətiyyətlə müdafiə edilməsi ölkədə yeni bir siyasi mühitin formalaşdığının göstəricisidir ki, bu yeni düzən də yeni qanunun qəbulunu zəruri edir. Zaman yeni qanunun qəbulunu qaçılmaz etmişdi. Söhbət müasir dövrün tələblərinə uyğun olan və siyasi partiyaların hüquqlarını daha doğru ifadə edən qanunun qəbulundan gedirdi ki, bu da böyük məsuliyyət tələb edir.

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı daha bir diqqətçəkən məqam bu qanunun hazırlanması zamanı ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların təklifləri ilə yanaşı, beynəlxalq təcrübə də öyrənilməsidir. Məsələn, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələr, həmçinin 20-dən artıq ölkənin təcrübəsi nəzərdən keçirilib. Bundan başqa ictimaiyyətin, siyasi partiyaların, vətəndaş cəmiyyəti təşkilatlarının, ekspertlərin, dövlət orqan və qurumlarının sənədlə tanış olması, ictimai dinləmə üçün qanun layihəsinin ilkin variantının Milli Məclisin saytında yerləşdirilməsi qanunvericilik prosesində təqdirəlayiq bir hadisə oldu. Bunun ardınca aparılan aktiv müzakirələr yeni siyasi konfiqurasiyanın yüksək səviyyədə qurulmasında əhəmiyyətli rol oynayan qanunun qəbul ediləcəyinə böyük inam yaradır.

Siyasi partiyaların təkliflərinin, beynəlxalq təcrübənin, eləcə də keçiriləcək ictimai dinləmələrin kompleks halda nəzərə alınması nəticəsində müasir dövrümüzün tələblərinə cavab verəcək “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlanacaqdır ki, bu da siyasi sistemimizin daha da təkmilləşdirilməsi işinə verilmiş növbəti töhfə olacaqdır.

Layihəyə əsasən, siyasi partiya digər ölkələrin siyasi partiyaları ilə əməkdaşlıq edə, o cümlədən sazişlər bağlaya bilər. Siyasi partiya siyasi partiyaların beynəlxalq ittifaqlarına üzv ola bilər. “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində göstərilir ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər siyasi partiyanın üzvü ola bilməyəcəklər. Həmçinin siyasi partiyaya üzvlük irqi, etnik, dini, dil, cinsi, mənşə, əqidə və sosial mənsubiyyətinə görə məhdudlaşdırıla bilməz.

Bu qanunun konsepsiyası siyasi sistemimizdə siyasi partiyaların yerinin və rolunun güclənməsinə, onların Azərbaycan dövlətçiliyinə daha ciddi töhfələr verməsinə yönəlib. Bu baxımdan yeni qanun layihəsinin konsepsiyası Prezident İlham Əliyevin apardığı siyasi islahatların tərkib hissəsi kimi dəyərləndirilməli və qəbul edilməlidir. Biz həm bu günün, həm də gələcəyin tələblərinə cavab verə biləcək qanun layihəsi hazırlamalıyıq.

Ümidvaram ki, bunun öhdəsindən həm parlament olaraq gələcəyik, həm də cəmiyyətdən gələn müsbət fikirləri, təklifləri, rəyləri almaqla yüksək səviyyəsi qanun layihəsi qəbul edəcəyik. Beləliklə də bu, ölkə Prezidentinin aparmış olduğu siyasi islahatların tərkib hissəsi kimi önə çıxacaq və partiyaların Azərbaycanın siyasi həyatında yer və rolunun artmasına geniş imkanlar yaranacaq.

Əminliklə demək olar ki, ictimaiyyətin açıq müzakirəsinə verilən, demokartik prinsiplərə uyğun hazırlanan “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ölkəmizdə siyasi münasibətlər sisteminə modernləşmə, rasionallıq gətirərək siyasi sistemin palitrasını daha da zəngiləşdirəcək.

Fəzail İbrahimli
Milli Məclis Sədrinin müavini

Əvvəlki yazı

İran Avropa İttifaqına sanksiyaları genişləndirdi

Sonrakı yazı

Gürcüstan Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir – Şəhla Ağbulud yazır

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.