“Fənərbaxça” heyətinə daha bir futbolçu cəlb edib.
Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Trabzonspor”dan ayrılan Xose Ernetso Sosanı sıralarına qatıb. Superliqa klubu 35 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlayıb.
Qeyd edək ki, başa çatan mövsümdə 29 matça çıxaraq 9 qol vuran və 7 qolun ötürməsini verən argentinalı futbolçu karyerası ərzində “Bavariya”, “Napoli”, “Atletiko”, “Milan”, “Beşiktaş” kimi komandalarda da oynayıb.