02-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Fəal qadınlarımız və araşdırmaçı-yazar Sara Pourun iştirakı ilə “Uğurun açarı-Özgüvən” adlı tədbir keçirildi

15 Noyabr 2018, 23:05
Cəmiyyət
A A
Fəal qadınlarımız və araşdırmaçı-yazar Sara Pourun iştirakı ilə “Uğurun açarı-Özgüvən” adlı tədbir keçirildi

Atası ispan mənşəli Güney azərbaycanlısı, anası iranlı olan Sara Pour həyatını iki dönəmə ayırır. Öncədən yaşadıqları və həyata baxışını dəyişən bir motosiklet qəzasından sonrakı yaşantıları… Bu qəzadan sonra həyatının əlifbasını təzədən yazmış və təkamül yoluna çıxmağa cəsarət tapan Saranın valideynləri 13 il öncə İrandan Türkiyəyə köçüblər. Azərbaycan dilini bildiyindən, Saraya Türkiyədə yaşamaq çətin olmur. Ankarada Osman Qazi Universitetinin əczaçılıq fakültəsini bitirir. Universitetdə təhsil alarkən 3 il aktyorluq dərsləri də alır və Ankaradan İstanbula- heç tanımadığı, bilmədiyi bir şəhərə köçür. 2 il sonra İtaliyaya gedib şüuraltı təmizlik və hipnoz dərsləri alır. Dönəndən sonra motosikletə olan maraqdan dolayı onu sürməyin də dərslərinə gedir və motosikletli həyatına başlayır. Dünyanı, həyatı vecinə almır, ancaq öz işilə məşğul olur. Amma 4 il öncə keçirdiyi qəza zamanı saniyələrin ona saat kimi gəldiyi dönəmdə, hər şeyin bitdiyini, həyatın nə qədər qısa olduğunu düşünərkən şüuraltı “qorxma, mən yanındayam” hissləri onu həyata bağlayır. “Əgər sağ qalsam, həyatımı dəyişdirərəm”—deyə özünə söz verir. “O gündən İtaliyada aldığım hipnoz və şüuraltı dərslərində öyrəndiklərim üzərində çalışmağa başladım. Və qarşılıqlı münasibətlər üzərində çalışdım. Yollaşmalardakı münasibətləri çözməyə, insanlara yol göstərməyə çalışdım və istədiyimə nail oldum”, -deyir Sara. Bu fikirlər NevBaku otelində Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırovanın təşkilatçılığı ilə baş tutan “Uğurun açarı-Özgüvən” adlı çox maraqlı, pozitiv enejri bəxş edən konfransda səsləndirildi. Sosial mediadan çıxış və paylaşımlarını izlədiyimiz tanınmış yazar Sara Hourla keçirilən görüşdə insanın daxili aləmi ilə səsləşən məsələlər ətrafında maraqlı fikir mübadiləsi oldu. Dəyərli ziyalı xanımların, mediya nümayəndələrinin, gənclərin iştirakı ilə keçən görüşdə Sara xanımı görmək və dinləmək həqiqətən də xoş idi. Çünki, bəzən sürdüyümüz həyat, enerji və ürəklərimizdəki ümidləri yenidən cücərtmək və qaldığın yerdən davam edə bilmək üçün bu cür motivasiya xarakterli çıxışlara hər kəsin ehtiyacı olur. Sara Pourun özgüvən, işığa doğru getmək, müsbətə doğru dəyişmək və hədəfə çatmaq üçün ustad dərslərdən aldığı bilgilər istinad edib verdiyi tövsiyə və həyatda baş verən örnək hekayələr həqiqətən də insanda başqa əhval ruhiyənin oyanmasına təkan verən amil kimi qəbul edilə bilər. Həmişə xanımların yanında olan, onların problemlərinə ilk səs verən və qucaq açan, insanlığa dəstək olan millət vəkili Qənirə Paşayeva öz fikir və mülahizələri, həyata yenidən, daha güclü atılmağın yolları barədə söylədikləri bu görüşdə heyranlıqla dinlənildi. Ailə ilə bağlı, iş dünyasında çalışmağın çətinliklərini sadə dillə izah edən Q. Paşayevanın düşüncələri, gətirdiyi misallar, əslində, Sara xanımın söylədikləri ilə üst-üstə düşürdü. Sara Pour 5 dəqiqəlik psixoloji seans da keçdi, “hər şeydə gözəllik görün,”- dedi. Onun fikirləri, yaşam fəlsəfəsi budur ki, insan baxdığı zaman istədiyini, arzusunu, düşüncəsinə uyğun olanı görsün. Neqativ düşüncələri özündən kənar etsin, pozitiv düşünsün ki, pozitiv qarşılıq alsın. Konfransın əsas məqsədi qadınlarımıza özgüvənlik aşılamaq, uğur qazanmağın yollarından danışmaq, özü ola bilmək, yalnız irəliyə doğru, pozitiv düşünərək, uğur əldə edəcəyinə inanaraq addımlamaq lazım olduğunu bildirmək, var olan hər şeyimizi itirmədən dəyərini bilməyin vacibliyini bir daha vurğulamaq idi. Sara Pour deyir ki, bunları qazanmaq üçün isə, hər şeydən əvvəl özünü tanımalısan. Özünü tanımadan xoşbəxt ola bilməzsən. İnsan şüuraltını bir tarlaya bənzətsə, ora bir toxum əkib böyütsə, onu bir anda çıxarıb atmaq çətin olar. Ona görə öncə ağacın qol- budaqlarını kəsmək, seyrəltmək, zamanı çatanda isə kökündən çıxarıb yerinə lazım olan toxumu əkmək lazımdır. İnsanın da dəyişməsi birdən-birə mümkünsüzdür. Dəyişiklik üçün addım-addım irəliləmək, özünə inanaraq dəyişmək lazımdır. Sara Pour ona ünvanlanan sualları cavabladı. Hiss olunurdu ki, xanımlarımızın düşüncəsi, həyata, hadisələrə baxışı, məntiqi fikirləri onu heyran edib. 4 saatlıq görüşdə vaxtın necə sürətlə keçdiyini də bilmədik. Tədbirin pozitivliyi xanımların simasında pozitivliyə qarışmışdı.

Əvvəlki yazı

Deputatlar AzTV-ni topa tutdu:”Elə qələmə verilir ki,sanki Milli Məclisdə dövləti, insanları düşünən insan yoxdur”

Sonrakı yazı

“İndicə Abel Məhərrəmovla birlikdə idim”

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.