10-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

EYYUBOVUN OĞLUNUN LONDONDAN KANADAYDƏK UZANAN BÖYÜK BİZNESİ – Forolar

10 İyul 2019, 16:03
Manşet
A A
EYYUBOVUN OĞLUNUN LONDONDAN KANADAYDƏK UZANAN BÖYÜK BİZNESİ – Forolar

“Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu Orxan Eyyubovun biznesi Avropadan okeanın o tayına–Kanadaya qədər uzanır. Avropada daşınmaz əmlak biznesi ilə məşğul olan cənab Eyyubov Kanadada əsasən səhiyyə biznesi ilə məşğul olur və bu ölkədə klinikaları var…”

“Azpolitika.info” xəbər verir ki, bu barədə  jurnalist Cavanşir Həsənli  öz “facebook” səhifəsindən məlumat yayıb. O Kanada hökumətinə aid saytın (https://opengovca.com/corporation/8989613) şirkətlərlə bağlı bölümündən Orxan Eyyubova aid CANADA LTD haqqında məlumat əldə edib.

Jurnalist yazır: ” 898961-3 saylı federal şirkətlə bağlı bilgilərdə qeyd olunur ki, Canada Ltd (841992399RC0001 saylı biznes nömrə) 2014-cü ilin avqustun 15-dən Ontario əyalətinin Mississauga şəhərində fəaliyyət göstərir. Hazırki ünvanı Mississauga, Burnhamthorpe Road West 900 / 50-dir. Bu ünvan baş nazirin müavininin oğlunun Ontario əyalətindəki şəxsi klinikalarının birinin yerləşdiyi məkandır.
Şirkətə aid digər bir ünvan isə belədir: 201-1300 Cornwall Road Oakville Ontario. Bu adresdə də məxsus daha bir estetik klinika fəaliyyətdədir. Burda 185 kv metrlik ofisin dəyəri 2.2 milyon Kanada dollarınadır.Məlumat üçün bildirək ki, daha əvvəl Eyyubova məxsus Canada LTD şirkəti 2155 Leanne Blvd 105, Mississauga, Ontario ünvanında fəaliyyət göstərmiş Henley Medical Clinic-i də idarə edib. Lakin 2017-ci ilin oktyabrında şirkət klinikanın qeyri-rentabelliyi ilə bağlı rəsmi qurumlara müraciət edib bə fəaliyyətini dayandırıb.Şirkətin qeydiyyat sənədlərində isə Orxan Eyyubovun özünün qeydiyyatda olduğu rezidensiya ünvanı 2114 Glenforest Crescent Oakville, ON L6J 2G4 CA göstərilir. Bu ünvandakı ev hal-hazırda satışa təqdim olunub 1.999.000 min Kanada dollarında (2,5 milyon manata) qiymətləndirilir. Bundan əvvəl ev 2.150.000 CAD-a təqdim olunub.

Orxan Eyyubov Britaniyadakı biznesi isə daha əvvəldən başlayıb. Belə ki, o, özünün ilk şirkətini UNIFOOD LIQUORS (UK) LIMITED-i hələ 2009-cu ilin iyunun 9-da İngiltərədə Berkshire-də qeydiyyatdan keçirib. O zaman Yaqub Eyyubovun oğlunun 27 yaşı vardı və Azərbaycan vətəndaşı idi. Şirkətin qeydiyyat ünvanı London, PRINCES GATE 55 göstərilib.

Sənədlərdən məlum olur ki, 2009-cu ildə Orxan Eyyubov Londonda CHEVAL PLACE 45 – 47 ünvanında qeydiyyatda olub.

Bir il sonra Eyyubov 15A ROTHERFIELD ROAD HENLEY-ON-THAMES OXFORDSHIRE ünvanında sahib olduğu villaya qeydiyyata düşür. Əmlak qiymətləndirilməsi üzrə məlumatlarda villanın qiyməti 4 milyon 466 min funt sterlinq göstərilir.

2010-cu ilin maliyyə hesabatına görə Eyyubovun şirkətinin aktivləri cəmi 30.737 funt sterlinq olub.
Hətta növbəti il bu rəqəm 29.521 funt sterlinqə düşür.

2012-ci ilin sentyabrın 6-da cənab Eyyubov şirkəti NEW CANADA CAPITAL LTD olaraq yenidən qeydiyyatdan keçirdi(qeydiyyat nömrəsi 06928393). Şirkət profilini dəyişərək daşınmaz əmlak biznesi sahəsində fəaliyyət göstərməyə davam etdi. Həmin ilin sentyabrın 18-də şirkətin direktoru ilə bağlı təqdim edilən sənəddə artıq Yaqub Eyyubovun oğlu İngiltərə vətəndaşı kimi qeyd olunub. Yəni anlaşılan odur ki, Orxan Eyyubov hələ 2012-ci ildə Britaniya vətəndaşlığına keçib. O zaman Yaqub Eyyubov Azərbaycan respublikasının baş nazirinin birinci müavini idi.

Britaniya vətəndaşlığı alan Orxan Eyyubov həmin tarixdə həm də yeni ünvana daşınır: ONE FORBURY SQUARE THE FORBURY READING UNITED KINGDOM.

Şirkətin aktivləri həmin il azalaraq 17.736 funt sterlinqə düşür. 2013-cü ildə şirkət birdən-birə daşınmaz əmlak biznesinə iri vəsait yatırır və aktivləri 6 milyon 382 min 638 funt sterlinqə çatır. 2014-cü ilin aprelin 26-da Günay Bayramova adlı qadın şirkətin səhmdarlarından biri kimi rəsmiləşdirilir.

2014-cü ilin 8 dekabr tarixli maliyyə sənədlərinə görə NEW CANADA CAPITAL LTD-nin aktivləri 8 milyon 244 min 489 funt sterlinqə yüksəlir.

2015-ci ilin iyunun 23-də Orxan Eyyubov şirkətin tək səhmdarı olur.

2018-ci il martın 5-də şirkət Thames Tower 5th Floor, Station Road Reading Berkshire ünvanına köçür.

2018-ci ilin dekabrın 31-də təqdim edilmiş maliyyə hesabatında şirkətin aktivləri ilə bağlı son məlumat verilib. Söhbət 13 milyon 366 min 506 funt sterlinqdən gedir.
Bu da hamısı deyil. Panama sənədlərinə görə Orxan Eyyubova məxsus daha bir şirkət – ELLISFIELD DEVELOPMENT LTD 2012-ci il iyunun 6-da Isveçrədə qeydiyyatdan keçirilib.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) qrupunun apardığı araşdırmaya görə Macarıstandakı Velasco International Inc., ofşor şirkəti də Orxan Eyyubova bağlıdır”.

123456789101112131415161718192021222324

 

 

Əvvəlki yazı

Ermənilər Tovuz sakinlərini belə atəşə tutdu – Video

Sonrakı yazı

198 nəfəri aldadanların məhkəməsində zərərçəkmiş: “33 min manatımı alıb…”

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.