05-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Eyyub Hüseynov: “Dönərxanalar leş ət istifadə edir”

23 Sentyabr 2019, 16:50
Seçmə, Sosial
A A
Eyyub Hüseynov: “Dönərxanalar leş ət istifadə edir”
Paytaxt sakinlərinin etibar etdiyi dönərxanalardan olan “Bir-iki dönər” də Qida Təhlükəsizliyi Agnetliyinin (AQTA) yoxlamalarına məruz qaldı. Bu xəbər Bakı əhalisini ciddi təşvişə saldı. Çünki bu hələ insanların inandığı dönərxanalardan biri idi.
Hazırda hamını narahat edən suallardan biri budu – dönərxanalrda leş ətlər satılır? Bir müddət öncə polisin tutduğu leş mafiyasının fəaliyyəti və əldə olunan ətin miqdarı onu göstərdi ki, bu qədər ət varsa demək onun alıcısı da varmış. Görəsən, həmin leş ətlər dönərxanalara da ayaq açmışdımı?
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Lent.az -a açıqlama verib. O, çox az yerdən dönər almağı məsləhət görür:
“Azad İstehlakçılar Birliyi illərdir ki, dönərxanalarla bağlı araşdırmalar aparır. Dönərxanalar təhlükəsiz ola bilər, bu şərtlə ki, onlar əti -40 dərəcə şaxtada dondurmalıdırlar. Həmin donmuş əti də xüsusi maşınlarla dönərxanalara gətirməlidirlər.
Dönərin təhlükəli tərəfi odur ki, ön hissə qızarır, ancaq içəri hissəyə isti çox gec keçir. Bu zaman da içərinin qanlı suyu aşağı təbəqələrə axır.
Heyvan xəstəliklərini özündə daşıyan həmin su ətə qarışır və istehlakçıya verilir. Ancaq ət dondurmadan keçiriləndə həmin xəstəliklər yox olur. Dönərxanalarda leş ətlərindən də istifadə olunur.
Yaxşı haldır ki, bu yaxınlarda leş mafiyası ifşa edilərək tutuldu. Azad İstehlakçılar Birliyi də 22 ildir ki, bununla mübarizə aparır. Leş mafiyasının əti təbii ki, dönərxanalara da gedib çatırdı. 2006-cı ildə quş qripi olan vaxtı, Səhiyyə Nazirliyi ümumiyyətlə toyuq əti dönərini qadağan etdi.
Ancaq yenə də, dondurmadan keçən toyuq ətləri də dönər olaraq satıla bilər. Ancaq araşdırmalar zamanı məlum oldu ki, toyuq əti dönərinin qadağan olunduğu dönərxanalarda belə 85% toyuq əti dönəri satılır”.
Eyyub Hüseynov leş əti biznesi ilə məşğul olanların AQTA-nı aldatdığını vurğulayaraq, ciddi monitorinqlərin lazım olduğunu deyib:
“Leş əti satan şəxslərin də AQTA-dan sertifikatı var. Onlar agentliyə yaxşı əməllərini göstərirlər, ancaq arxada çirkin əməllərindən qalmırlar. AQTA-nın əli hər yerə çatır. Çox ciddi monitorinqlər aparmalıdır. Ancaq təəssüf ki, həmin şəxslərdə də agentliyin sertifikatı var.”
Qida Təhlükəsizlik Agentliyindən verilən məlumata görə isə, cari ilin iyul-sentyabr aylarında dönərdən zəhərlənmə ehtimalı ilə bağlı agentliyə 12 müraciət daxil olub.
Müraciətlər araşdırılaraq, lazımi icra tədbirləri həyata keçirilib. Bundan əlavə həmin dövr ərzində dönərxanalarla bağlı 19 şikayət daxil olub ki, həmin müraciətlərin həlli üçün qanunvericilik çərçivəsində tədbirlər görülüb.
Əvvəlki yazı

Prezident Quba-Qusar yoluna 13,4 milyon ayırdı

Sonrakı yazı

Bağçalı xəstəxanadan buraxıldı

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.