TFF 1-ci Liqada “Gençlerbirliği”nə 2:0 hesabı ilə uduzan “Eyüpspor” baş məşqçi Zəfər Turanla yollarını ayırmağa qərar verib.
class=”medianet-inline-adv”>
İstanbul təmsilçisinin verdiyi açıqlamada, “Texniki direktorumuz Zəfər Turanla qarşılıqlı razılaşma əsasında yollarımızı ayırdığımızı bəyan edirik. Turan bəyə töhfələrinə görə təşəkkür edir və ona karyerasında uğurlar arzulayırıq. Hörmətlə” ifadələri yer alıb. istifadə olunur.
İbrahim Üzülməzin yerinə martın 27-də vəzifəsinin icrasına başlayan Zəfər Turan İstanbul təmsilçisi ilə 4 matçda 1 qələbə, 1 heç-heçə və 2 məğlubiyyət alıb.
“Eyüpspor” rəhbərliyinin çalışdırıcı Səməd Aybaba ilə prinsipial razılığa gəldiyi öyrənilib.