İsrailin baş naziri Binyamin Netanyahu “Eurovision” mahnı müsabiqəsinin gələn il Qüdsdə keçiriləcəyinə vəd verib.
“Report” xəbər verir ki, bu barədə o, “Twitter”də yazıb.
Baş nazir “Eurovision-2018″in İsraildən olan qalibi Netta Barazilayı təbrik edib.
“Netta, sən İsrailə böyük şöhrət gətirdin. Gələn il Qüdsdəyik!”, – deyə o bildirib.