03-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Etibar Məmmədov:”Fərqli fikir bildirən adamları təqib etmək, cəzalandırmaq olmaz…”

24 Fevral 2019, 23:34
Cəmiyyət
A A
Etibar Məmmədov:”Fərqli fikir bildirən adamları təqib etmək, cəzalandırmaq olmaz…”

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu və ilk sədri Etibar Məmmədov Demokrat.az-a müsahibə verib.

Strateq.az həmin müsahibəni təqdim edir:

– Bir neçə gün sonra cinayətkar erməni və rus hərbiçiləri tərəfindən törədilən Xocalı faciəsinin 27-ci ildönümü tamam olur. Bu faciənin qarşısını almaq mümkün ola bilərdimi?

– Xocalı faciəsi Ermənistan-Azərbaycan müharibəsinin ən ağır səhifəsidir, dinc əhaliyə qarşı törədilmiş cinayətdir, soyqırım cəhdidir. Bu, insanlığa qarşı böyük cinayət hesab olunur. Xocalı faciəsinin törədilməsində erməni işğalçıları ilə bərabər Rusiyanın 366-cı alayının hərbiçiləri də iştirak ediblər. Yəni, Xocalı faciəsinin məsuliyyətini həm Ermənistan, həm də Rusiya daşıyır. Onların da cəzalandırılması mütləq vacibdir. Çox təəssüf ki, indiyədək Xocalı faciəsinin törədilməsində iştirak etmiş cinayətkarların heç biri cəzalandırılmayıb. Halbuki, həm beynəlxalq, həm də Azərbaycan qanunlarının tələblərinə görə onlar cəzalandırılmalı idilər. Təəssüf ki, indiyədək onlar hələ də cəzasız qalıblar.

– ­Xocalı faciəsi törədilən zaman Azərbaycana rəhbərlik etmiş Ayaz Mütəllibov müsahibələrində bildirir ki, həmin dövrdə o, Xocalıda baş verənlərdən xəbərsiz olub. Necə düşünürsünüz, Prezidentin belə bir faciənin törədilməsindən və nə qədər adamın həlak olmasından xəbərsiz olması mümkün idimi?

– Belə danışan adamlar gərək öz məsuliyyətlərini dərk etsinlər. Yəni, dövlətə başçılıq edən və Prezident vəzifəsini daşıyan adam həm dövlətin, həm də əhalinin təhlükəsizliyi üçün məsuliyyət daşıyır, buna görə and içir. Prezidentin məsuliyyəti odur ki, o, belə məqamlarda lazımı tədbirləri görməlidir. İndi Ayaz Mütəllibov bu tədbirləri görüb və yaxud görməyib, bütün bunlar o zaman yaradılan Komissiyanın işində öz əksini tapıb. Heç kəs demir ki, Ayaz Mütəllibov bunu bilərəkdən edib və yaxud da xəyanət olub. Sadəcə olaraq, o, bu məsələdə bir Prezident kimi vəzifə məsuliyyəti daşıyır.

Eyni zamanda həmin dövrdə hərbi və inzibati vəzifə tutanlar da məsuliyyət daşıyırlar. Təbii ki, onların məsuliyyəti başqadır, ermənilərin məsuliyyəti isə cinayət məsuliyyətidir. Bu günədək ermənilər insanlığa qarşı törədilən cinayətə görə məsuliyyətə cəlb olunmalı idilər. Çox təəssüf ki, bu təcrübədən hələ ki, istifadə olunmayıb. Dövlət tədbirlər görməli idi ki, Xocalı faciəsini törədənlər sonradan rahat yaşaya bilməsinlər. Onların rahat yaşamasına imkan vermək olmaz.

– Ayaz Mütəllibovun da cəzalandırılmasını istəyirsiniz?

– Xeyr, mən demədim ki, Ayaz Mütəllibov da cəzalandırılsın. Onsuz da o, cəzalandı və Prezident vəzifəsini itirdi. Dediyim kimi, Ayaz Mütəllibov Xocalı faciəsinin törədilməsində vəzifəsini yerinə yetirməməyinə görə məsuliyyət daşıyır. Ancaq burada cinayət törətmiş şəxslər Ermənistan və Rusiya tərəfidir.

Burada söhbət heç də dövləti cəzalandırmaqdan getmir. Xocalıda cinayəti törədən rusları və erməniləri cəzalandırmaqdan söhbət gedir. Bu şəxslər rahat həyatlarını davam etdirməməlidirlər. Yəni, dövlət tərəfindən lazımı tədbirlər görülməlidir ki, onlar ən azı narahatlıq keçirsinlər. Daha əl-qollarını sallaya-sallaya istədikləri yerə rahat gedib-gələ bilməsinlər.

– Bəzən müxalifətdən olan tanınmış şəxslər sizin hakimiyyətlə yaxın əlaqələrdə olduğunu iddia edirlər. Bu nə qədər doğrudur?

– Mən bütün hakimiyyətlərin dövründə hamı ilə münasibətlərimi normal saxlamağa çalışmışam. Hesab edirəm ki, normal insani münasibətlərin saxlanılması başqa cür yozula bilməz. Hər zaman belə düşünmüşəm ki, Azərbaycan daxilində heç kəs bir-birinə düşmən kimi baxmamalıdır. Bizim düşmənimiz məlumdur. Düşmənə qarşı da düşmən mövqeyində olmalıyıq. Aydın məsələdir ki, mənim və hakimiyyətdə təmsil olunan adamların fikirləri fərqli ola bilər. Bu da təbiidir. Mən hakimiyyətin bir çox mövqeyləri ilə razı deyiləm. Mənim kimi narazı olan başqa adamlar da var. Onlar fikirlərini azad şəkildə bildirməlidirlər. Mənim istəyim də odur ki, fərqli fikir bildirən adamları təqib etmək, cəzalandırmaq olmaz. Əgər indi hakimiyyətdə olanlardan kim bunu edirsə, bu dövlətə ziyan vuran addımdır.

Ancaq bir daha deyirəm ki, bu gün hakimiyyətdə təmsil olunan adamlarla 30-40 illik münasibətlərim var. Əgər mən kiminləsə 30-40 ildir tanışamsa, o zaman bu gün ona üz çevirib getməli deyiləm.

– İddialardan biri də sizin fövqəladə hallar naziri Kəmaləddin Heydərovla ortaq biznesə malik olmağınızla bağlıdır…

– Xeyr, bu yalandır. Mənim Kəmaləddin Heydərovla əlaqələrimin və ortaq biznesimin olması barədə xəbərlər cəfəngiyyatdır. Ancaq bu gün iqtidarda təmsil olunan yüksək vəzifəli adamlarla münasibətlərim var. Hesab edirəm ki, bu qəbahət deyil. Mənim hərəkat yoldaşlarımdan bu gün vəzifələrdə olanları da, hərəkatda olmayıb hakimiyyətdə olanları da var. Bu cür münasibətlərin olmasını qınamaq doğru deyil.

– Hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun martda azadlığa buraxılacağı ilə bağlı xəbərlər dolaşır. Bununla bağlı nə deyə bilərsiniz?

– Çox istərdim ki, Əli İnsanov tezliklə azadlığa buraxılsın. Çünki bu yaşda insanın həbsdə qalması heç də xoşagələn hal deyil. Digər tərəfdən isə Əli İnsanov həddindən artıq cəzasını çəkib. Tanınmış alimin, yaşlı insanın hələ də həbsdə qalması Azərbaycana hörmət gətirmir.

Əvvəlki yazı

AMERİKALI DİPLOMATIN BƏYANATI ERMƏNİSTANDA ÇAŞQINLIQ YARADIB:”Tərəflər “Lavrov planı”nı qəbul etmirlərsə, bəs ortada nə var?” – TƏHLİL

Sonrakı yazı

Xocalı köçkününün ailəsi vaqonda yaşayır

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34
DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

03 Fevral 2026, 11:32
Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

03 Fevral 2026, 10:10
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.