Çərşənbə axşamı, İyun 6, 2023
Reportyor
Xarı Bülbül
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Maraqlı
  • Əlaqə
No Result
View All Result
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Maraqlı
  • Əlaqə
No Result
View All Result
Reportyor
Xarı Bülbül
No Result
View All Result
Home Şou

Eşqinin ifadəsi məlum oldu – “Barışmaq üçün getmişdim”

25 May 2023, 16:30
in Şou
Eşqinin ifadəsi məlum oldu – “Barışmaq üçün getmişdim”

Xəbər verdiyimiz kimi, tanınmış müğənni Rəqsanə İsmayılovanın qızı Aysunun şikayəti əsasında onun keçmiş həyat yoldaşı Eşqin Cəlilov həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə) maddəsi ilə yanaşı 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə də təqsirləndirilib.

Dünən Nəsimi Rayon Məhkəməsində barəsindəki protokola baxılan Goranboy rayon sakini, 1993-cü il təvəllüdlü Eşqin Cəlilov hadisənin təfərrüatı ilə bağlı danışıb. O, ifadəsində gözəllik salonuna Aysunla barışmaq üçün getdiyini deyib: “1 il əvvəl Aysunla ailə həyatı qurmuşdum. Lakin 2023-cü ilin may ayının əvvəllərində Aysun Cəlilovadan boşandım. 27 aprel 2023-cü il tarixdə Aysunla birgə icarə əsasında işlətdiyimiz Nəsimi rayonu ərazisində yerləşən “Aysun İsmayılova boutique atelye beauty center” adlı obyektə getmişdim. Orada olarkən Aysun Cəlilova ilə ünsiyyət yaratdım. Lakin həmin vaxt Aysun mənə qarşı nalayiq ifadələr işlətdi və həmin ifadələrdən hiddətləndiyimə görə özümə məxsus olan otaqda Aysunla birgə çəkilmiş fotomuzu vurub sındırdım. Lakin həmin vaxt işçilərin ünvanına hər hansı nalayiq ifadə işlətməmişəm. Daha sonra ortaq istifadə etdiyimiz noutbuku içərisində mənə məxsus olan şəxsi məlumatları köçürmək məqsədilə götürərək obyekti tərk etdim. Daha sonra özümə məxsus olan məlumatları götürdükdən sonra həmin noutbuku vəkilim vasitəsilə geri qaytardım. Daha sonra Aysun Cəlilova ilə münasibətləri aydınlaşdırmaq və yenidən barışıq əldə etmək üçün onunla əlaqə yaratmağa çalışsam da, səylərim nəticəsiz qaldı. Sonra polis əməkdaşları tərəfindən polis bölməsinə izahatımın alınması məqsədilə dəvət olundum. Mayın 24-də saat təxminən 16:00 radələrində polis bölməsinə getdim və orada izahatım alınaraq barəmdə protokol tərtib olundu. Halbuki tərəfimdən hər hansı nalayiq ifadə işlədilməyib, Aysun Cəlilovaya hər hansı xəsarət yetirilməyib. Məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş edirəm”.

Zərərçəkmiş şəxs qismində izahat verən Aysun Cəlilova isə boşandıqdan sonra Eşqinin mübahisələr yaratdığını bildirib. O, Eşqinin ilk dəfə 27 apreldə adıçəkilən salona gələrək digər şəxsləri təhqir etdiyinin, nəticədə müştərilərin obyekti tərk etdiyini bildirib: “Növbəti dəfə isə 07 may 2023-cü il tarixdə Eşqin yenidən gözəllik salonuna gəldi, orada yenə təhqirlər səsləndirərək qolumdan tutaraq itələməyə başladı və xəsarət yetirdi. Bununla kifayətlənməyərək masaüstü noutbuku da götürərək obyekti tərk etdi”.
Ekspertizanın 24 may tarixli rəyində Aysunun sağ əlində xəsarətin olması və bu xəsarətin mayın 7-də əmələ gələ bilməsi qeyd edilib.

Məhkəmənin qərarı ilə Eşqin Cəlilova 30 sutka müddətinə inzibati həbs cəzası verilib.

ShareSendTweetShare
Previous Post

Kamran Əliyev onları təltif etdi – FOTOLAR

Next Post

Alovun bürüyən binanın divarı bir anda uçub

Related Posts

Pərvin Abıyevanın ölkədən çıxışına “stop” qoyula bilər
Şou

Pərvin Abıyevanın ölkədən çıxışına “stop” qoyula bilər

by reportyor info
01 İyun 2023, 16:55
Aysun keçmiş həyat yoldaşı haqda: “Ona ehtiyacım yoxdur”
Şou

Aysun keçmiş həyat yoldaşı haqda: “Ona ehtiyacım yoxdur”

by reportyor info
29 May 2023, 16:05
Aygün Kazımovanın dəbdəbəli evi – VİDEO
Cəmiyyət

Aygün Kazımovanın dəbdəbəli evi – VİDEO

by reportyor info
28 May 2023, 14:11
“Məhkəmə Ülviyyə Alovlunu tapa bilmir” – Flora Kərimova
Şou

“Məhkəmə Ülviyyə Alovlunu tapa bilmir” – Flora Kərimova

by reportyor info
18 May 2023, 16:40
“Bu il incəsənət xadimləri oruc tuturdular ki, onlara yol açılacaq”
Şou

“Bu il incəsənət xadimləri oruc tuturdular ki, onlara yol açılacaq”

by reportyor info
17 May 2023, 13:17

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Xəbər lenti

Vilayət Eyvazov 4 rəisin yerini dəyişdirdi

Vilayət Eyvazov 4 rəisin yerini dəyişdirdi

06 İyun 2023, 10:37
Dövlət Departamenti: ABŞ Azərbaycanla Ermənistan arasında danışıqlardan məmnundur

Dövlət Departamenti: ABŞ Azərbaycanla Ermənistan arasında danışıqlardan məmnundur

06 İyun 2023, 10:30
Polisə bıçaqla hücum edən şəxsə silah tətbiq edildi

Polisə bıçaqla hücum edən şəxsə silah tətbiq edildi

06 İyun 2023, 10:17
Türkiyəni razı salmağa çalışır, ancaq İsveçin 'terrora dəstək' əzmkarlığı

Türkiyəni razı salmağa çalışır, ancaq İsveçin ‘terrora dəstək’ əzmkarlığı

06 İyun 2023, 10:00
Kəlbəcər və Gədəbəydə yerləşən mövqelərimiz atəşə tutuldu

Kəlbəcər və Gədəbəydə yerləşən mövqelərimiz atəşə tutuldu

06 İyun 2023, 10:00
Rusiya: Ukrayna əks hücuma keçdi

Rusiya: Ukrayna əks hücuma keçdi

06 İyun 2023, 09:39
Körfəzdən Türkiyəyə yeni nəqliyyat planı!  Bəsrə-Türkiyə layihəsinə sıx maraq

Körfəzdən Türkiyəyə yeni nəqliyyat planı! Bəsrə-Türkiyə layihəsinə sıx maraq

06 İyun 2023, 09:18
Yunan siyasətçinin Ankara təəssüratları - Son xəbərlər

Yunan siyasətçinin Ankara təəssüratları – Son xəbərlər

06 İyun 2023, 08:57
AP Türkiyə üçün üzvlükdən başqa alternativlər axtarır

AP Türkiyə üçün üzvlükdən başqa alternativlər axtarır

06 İyun 2023, 08:35
Rusiyada Putinə qarşı ilk ciddi tənqid

Rusiyada Putinə qarşı ilk ciddi tənqid

06 İyun 2023, 08:14
Beşiktaşın transfer siyahısında 40 futbolçu var!  - Beşiktaş

Beşiktaşın transfer siyahısında 40 futbolçu var! – Beşiktaş

06 İyun 2023, 08:00
Qalatasaraydan Dinamodan orta sahəyə möhkəmlətmə!  İlk əlaqə quruldu - Qalatasaray

Qalatasaraydan Dinamodan orta sahəyə möhkəmlətmə! İlk əlaqə quruldu – Qalatasaray

06 İyun 2023, 08:00
Anadolu Efesdən Qalatasaray Nef-ə!  Transferin sonuna doğru

Anadolu Efesdən Qalatasaray Nef-ə! Transferin sonuna doğru

06 İyun 2023, 08:00
Fenerbahçe Jorge Jesus ilə ruhunu itirdi!  - Fənərbaxça

Fenerbahçe Jorge Jesus ilə ruhunu itirdi! – Fənərbaxça

06 İyun 2023, 08:00
Rusiyaya casusluq ittihamı ilə həbs edilən keçmiş FTB agenti öz kamerasında ölü tapılıb

Rusiyaya casusluq ittihamı ilə həbs edilən keçmiş FTB agenti öz kamerasında ölü tapılıb

06 İyun 2023, 01:34
Hakan Çalhanoğlundan transfer sözləri!  'Yaxın günlərdə imza atacam' - Futbol

Hakan Çalhanoğlundan transfer sözləri! ‘Yaxın günlərdə imza atacam’ – Futbol

05 İyun 2023, 23:08
Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşidən VAR qeydləri və əcnəbi hakim açıqlaması - Futbol

Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşidən VAR qeydləri və əcnəbi hakim açıqlaması – Futbol

05 İyun 2023, 21:43
Ajax Kayserispor ulduzunun peşində!  "Reyncers" - Kayserisporda aktivdir

Ajax Kayserispor ulduzunun peşində! “Reyncers” – Kayserisporda aktivdir

05 İyun 2023, 20:57
Rusiyanın hücumunda ayağını itirdi, gimnastika yarışında qalib gəldi

Rusiyanın hücumunda ayağını itirdi, gimnastika yarışında qalib gəldi

05 İyun 2023, 18:12
“Sumqayıt Nəqliyyat”a yeni baş direktor təyin olundu

“Sumqayıt Nəqliyyat”a yeni baş direktor təyin olundu

05 İyun 2023, 17:50
Əliyar Ağayev Avropa çempionatının final mərhələsində

Əliyar Ağayev Avropa çempionatının final mərhələsində

05 İyun 2023, 17:43
AzTV-nin əməkdaşına vəzifə verildi

AzTV-nin əməkdaşına vəzifə verildi

05 İyun 2023, 17:20
Qırğızıstanda dövlət çevrilişinə cəhddə şübhəli bilinən kütləvi saxlama

Qırğızıstanda dövlət çevrilişinə cəhddə şübhəli bilinən kütləvi saxlama

05 İyun 2023, 17:09
Türk lirəsini yandıran 3 əcnəbi ölkədən qovulur

Türk lirəsini yandıran 3 əcnəbi ölkədən qovulur

05 İyun 2023, 16:50
Dövlət qurumu 5 şirkəti məhkəməyə verdi

Dövlət qurumu 5 şirkəti məhkəməyə verdi

05 İyun 2023, 16:19
Bakıda sabiq attaşe məhkəmə zalında həbs olundu – 6 il həbs

Bakıda sabiq attaşe məhkəmə zalında həbs olundu – 6 il həbs

05 İyun 2023, 15:51
Naxçıvanın sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı təsdiqləndi

Naxçıvanın sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı təsdiqləndi

05 İyun 2023, 15:30
Ukrayna müharibəsində son vəziyyət: Kiyev hücuma başlayıb... Vaqnerdən etiraf kimi açıqlama

Ukrayna müharibəsində son vəziyyət: Kiyev hücuma başlayıb… Vaqnerdən etiraf kimi açıqlama

05 İyun 2023, 15:23
Fənərbaxçanın favoriti açıqlandı!  “Təklif olarsa, nəzərə alacam”

Fənərbaxçanın favoriti açıqlandı! “Təklif olarsa, nəzərə alacam”

05 İyun 2023, 14:53
DİN Nardaran və Bakıxanovda əməliyyat keçirdi – 75 nəfər saxlanıldı (VİDEO)

DİN Nardaran və Bakıxanovda əməliyyat keçirdi – 75 nəfər saxlanıldı (VİDEO)

05 İyun 2023, 14:52

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon – (99477) 399-55-66
Votsap – (99455) 3490491
Email – [email protected]

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Köşə
  • Manşet
  • Maraqlı
  • Özəl
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Uncategorized
İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930  
« May    

© 2022 Reportyor.info

No Result
View All Result
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Maraqlı
  • Əlaqə

© 2022 Reportyor.info