Ermənistan parlamentində prezident seçkiləri ilə bağlı səsvermənin ikinci turu keçirilir.
“Sputnik Armenia”nın xəbərinə görə, hakim “Vətəndaş Müqaviləsi” partiyasının yeganə namizədi, yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryan 71 səslə Prezident seçilib.