05-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

ERMƏNİSTANIN YENİ PREZİDENTİ KİMDİR? – Sarkisyanın hakimiyyət oyunları…

03 Mart 2018, 12:33
Siyasət
A A
ERMƏNİSTANIN YENİ PREZİDENTİ KİMDİR? – Sarkisyanın hakimiyyət oyunları…

RA Presidential Candidate Armen Sargsyan met the academics of the RA National Academy of Sciences

RA Presidential Candidate Armen Sargsyan met the academics of the RA National Academy of Sciences

Bu gün Ermənistan parlamenti gizli səsvermə ilə ölkənin yeni prezidentini seçib. Bu, Ermənistanın Böyük Britaniyadakı keçmiş səfiri, həmçinin keçmiş baş nazir Armen Sarkisyandır. 64 yaşlı siyasətçinin namizədliyini prezident Serj Sarkisyan və hakim Respublikaçılar Partiyası irəli sürmüşdü. Onun namizədliyini parlamentdəki 100 deputatdan 90-nı dəstəklədi, müxalif “Çıxış” blokunu təmsil edən 10 deputat isə Armen Sarkisyanın əleyhinə səs verdi. 

A.Sarkisyan prezident postuna irəli sürülən yeganə namizəd idi. Yeni prezident öz səlahiyyətlərinin icrasına aprelin 9-da başlayacaq. Həmin gün hazırkı prezident Serj Sarkisyanın səlahiyyət müddəti başa çatmış olacaq. Aprelin 9-u həm də yeni baş nazirin adı açıqlanacaq. Bütün hakimiyyət məhz bu şəxsin əlində cəmlənəcək.

Qeyd edək ki, 2015-ci ildə qəbul edilmiş yeni Konstitusiyaya əsasən Ermənistan 2018-ci ilin aprelindən etibarən parlament üsul- idarəsinə keçir. Bundan sonra  prezident məhdud səlahiyyətlərə malik olacaq, ölkəyə rəhbərliyi isə baş nazir həyata keçirəcək.

Artıq Ermənistanda prezident 7 illiyinə seçiləcək və bu postu cəmi bir dəfə tuta biləcək. Prezident paralel olaraq hər hansı başqa fəaliyyətlə, o cümlədən sahibkarlıqla məşğul ola bilməz. Ölkə başçısı eyni zamanda hər hansı partiyada təmsil oluna bilməz. 

Serj Sarkisyan, Armen Sarkisyan

Son ana qədər müxalifət dəyişiklikləri tənqid edir və Konstitusiya Məhkəməsini prezidentin parlamentdə seçilməsinin qanunazidd olduğunu tanımağa çağırırdı.

“Çıxış” blokunun rəhbəri Nikol Paşinyan prezidentin əvvəllər olduğu kimi, ümumxalq səsverməsi yolu ilə seçilməsini təklif etmişdi. Təkliflə Konstitusiya Məhkəməsinə müraciət etmək üçün 21 deputatın imzası lazım idi ki, müxaliflər onu toplaya bilməmişdi.

Yerli politoloqlar deyir ki, müxalifət 2015-ci ilin konstitusion dəyişikliyi ilə heç vaxt razı olmayıblar. Onların fikrincə, bu yenilik prezident Sarkisyan tərəfindən öz hakimiyyətini qoruyub saxlamaq üçün ortaya atılıb: “Bütün idarəetmə səlahiyyətləri baş nazirdə olacaq. Baş nazir də böyük ehtimalla Serj Sarkisyan olacaq”.

Deyilənlərə görə, hazırda hakim Respublikaçılar Partiyası qanunda korrektələr apararaq prezidentin səlahiyyətlərini baş nazirin xeyrinə daha da məhdudlaşdırmağa çalışır. Planlaşdırılan dəyişikliklərə görə, prezident bundan sonra Milli Təhlükəsizlik Şurasının üzvü ola bilməyəcək. Onun yerini baş nazir tutacaq. 

Prezidentin daha bir səlahiyyəti məhdudlaşdırılır. Artıq prezidentin əfv təklifi vermək səlahiyyəti olmayacaq. Təklifin verilməsi və ya bundan imtina edilməsi məsələsinə baş nazir baxacaq.

“Çıxış” bloku hesab edir ki, hakimiyyət gələcək baş nazirin səlahiyyətlərinin hazırkı prezidentin (Serj Sarkisyan) belə, səlahiyyətlərindən böyük olması üçün çalışır.

Yerli ekspertlərin fikrincə, yeni prezidentin namizədliyi Serj Sarkisyanın son illərdəki siyasəti ilə tamamən uzlaşır: “Əsas postlara Ermənistandakı qalmaqallara qarışmayan, hakimiyyətə sıx bağlılığı olan şəxslər təyin olunanda ictimaiyyətin də reaksiyası mənfi olmur”.  

Armen Sarkisyan ailəsi ilə

Bəzi ekspertlər isə deyir ki, bir çox rusiyameylli erməni siyasətçidən fərqli olaraq Armen Sarkisyan qərbyönümlüdür: “Onun həm Rusiya, həm də uzun zaman işlədiyi Avropa ölkələri ilə yaxşı münasibətləri var”. 

İndi Rusiya üçün də daha vacibi baş nazirin kimliyidir. Çünki bütün vacib qərarların müəllifi məhz baş nazir olacaq. Ona görə hazırda Ermənistanda kimin prezident olmasının Moskva üçün elə bir fərqi yoxdur. Kremlin istədiyi odur ki, hakimiyyətdə kim olursa-olsun, siyasətini onunla razılaşdırsın.

Beynəlxalq əlaqələr və təhlükəsizlik üzrə ekspert Ruben Meqrabyan parlament üsul-idarəsinə keçidin prezidentin səlahiyyətlərini azaldacağını bildirib. Onun sözlərinə görə, Serj Sarkisyan prezident kürsüsünü güzəştə getsə də, icraedici hakimiyyətin rıçaqlarını əlində saxlayır. Üstəlik rezidensiyanı da, yeni prezidentə təhvil vermir: “Armen Sarkisyan siyasi meydandakı hazırkı güclər nisbətində nəyisə dəyişmək və ya güc qütbünə çevrilmək imkanında deyil. O, xalq tərəfindən seçilmiş prezident deyil. Armen Sarkisyanı parlament seçib və o hər zaman hesabat verməlidir. Üstəlik o, hakimiyyət tərəfindən irəli sürülmüş namizəddir. Ona qabağa verməyiblər ki, öz iradəsi ilə nəsə etsin. Sadəcə görüntü yaratmalıdır ki, ölkədə nəsə dəyişir. Digər tərəfdən, Armen Sarkisyan 90-cı illərdə qısamüddətli də olsa ölkənin baş naziri olub. Onun Rusiya və Qərb ölkələrində uğurlu biznesi olub. Təşkilatçılıq qabiliyyəti, opponentlərlə dil tapmaq bacarığı sistemə  Rusiya və Qərblə münasibətlərdə daha geniş manevr üçün kömək edə bilər. Lakin onun imkanlarını şişirtməyə də dəyməz. Çünki siyasəti baş nazir müəyyənləşdirəcək. Baş nazir də böyük ehtimalla Serj Sarkisyan olacaq”. 

Strateq.az

Əvvəlki yazı

Narkoloji Mərkəzdə həlak olanlardan 9-nun meyiti ailələrinə təhvil verilib

Sonrakı yazı

Qənirə Paşayeva dünyanın hər yerində yaşayan diasporumuza və diaspor təşkilatlarına çağırış edib

Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

05 Fevral 2026, 15:10
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

05 Fevral 2026, 14:21
Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

05 Fevral 2026, 14:19
TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

05 Fevral 2026, 14:18
26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

05 Fevral 2026, 13:48
AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026, 11:21

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.